15 C
Aghjabadi
Şənbə, May 21, 2022

Azərbaycan və Türkiyə mütəxəssisləri bölgələrdə heyvandarlıq müəssisələrində olublar

Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Türkiyə Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinin nümayəndələri ilə birgə Bakı şəhəri və ölkəmizin bölgələrində fəaliyyət göstərən heyvandarlıq müəssisələri, kəsim məntəqələri və Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunda iş prosesi ilə yaxından tanış olublar.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, tanışlıq prosesində heyvan sağlamlığı və yoluxucu heyvan xəstəlikləri ilə mübarizə çərçivəsində həyata keçirilən tədbirlər, təsərrüfatlarda baytarlıq nəzarətinin gücləndirilməsi, baytarlıq-sanitariya tələblərinin yerinə yetirilməsi və heyvanların qeydiyyat sisteminin qurulması ilə əlaqədar görüləcək işlər haqqında fikir mübadiləsi aparılıb.

Səfər zamanı Bakıda “AzMeat Production”, “AzProtein Foods Group”, Hacıqabulda “Anqus Heyvandarlıq Kompleksi”, Ağcabədi rayonunda fəaliyyət göstərən özəl qoyunçuluq təsərrüfatları və heyvan kəsimi məntəqələrinə baxış keçirilib. Eyni zamanda müvafiq qurumun nümayəndələri ilə birgə Göygöldə Kənd Təsərrüfatı Nazirliyi Respublika Suni Mayalanma Mərkəzi və Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunda mütəxəssislərin iştirakı ilə görüşlər keçirilib. Həmin görüşlərdə heyvandarlıq məhsullarının qonşu ölkələrə, xüsusilə, Türkiyəyə ixrac imkanları, heyvan sağlamlığı və baytarlıq nəzarəti sahəsində işin daha səmərəli təşkili, həmçinin heyvanların qeydiyyat sisteminin qurulması ilə əlaqədar zəruri tədbirlərin həyata keçirilməsi müzakirə olunub.

Mütəxəssislərdən ibarət nümayəndə heyətinin bölgələrə səfəri davam edir.

Mənbə: azertag.az

Xəbər lenti

“Fədakarlar bir amalın uğrunda” kitabının təqdimatı keçirilib

Mayın 21-də Nizami Kino Mərkəzində Mədəniyyət Nazirliyi tabeliyində Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin sektor müdiri,  Azərbaycan Jurnalistlər Birliyinin üzvü Aydın Tağıyevin...

Azərbaycan sülhə, təhlükəsizliyə və sabitliyə sadiqdir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevmayın 18-də Litva Prezidenti Gitanas Nausadının ölkəmizə səfəri ilə əlaqədar mətbat üçün bəyanat verib.  Ölkə Prezidenti bildirib...

“Çempionumuz” layihəsi çərçivəsində növbəti görüş

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan İdman Könüllüləri İctimai Birliyi tərəfindən təsdiq edilmiş birgə əsasnaməyə müvafiq...

Deyimlərimiz, kəlamlarımız

         Bədii yaradıcılıq xalqımızın ruhunda, canındadır. Lap qədimdən bu günə qədər qaynayıb-daşan, axıb-coşan bu yaradıcılıq çeşməsi bitib-tükənmək bilmir. Zəngin məna çalarlarına malik...

Avşar elinin tarixi

         Fəzlullah Rəşidəddin (“Cəmiəttəvarix”), Yazıçıoğlu Əli (“Səlcuqnamə”) və Əbülqazi Bahadır Xan Xivəliyə (“Şəcəreitərakimə”) görə Avşar adının anlamı “işlərini cəld görən və ova...

Kümçülərə 877 qutu barama qurdu paylanılıb

         Respublikamızda barama istehsalına yüksək dövlət diqqət və qayğısından ruhlanan rayon kümçüləri 2022-ci təsərrüfat ilində  də bu mühüm kampaniyaya böyük həvəslə qoşulublar.

Şəhidlərin xatirəsi əbədiləşdirilib

         Rayonun İmamqulubəyli kəndində Birinci Qarabağ müharibəsi şəhidləri Hidayət Kərimov, Cavanşir Zeynalov, Savalan Kərimov, Yadigar Bəşirov və Röyal Baxşəliyevin xatirələrini əbədiləşdirmək məqsədi...

ZƏFƏR QURULTAYI UĞURLU SİYASƏTİN NƏTİCƏSİDİR

https://www.youtube.com/watch?v=dqfE9owZVPk&t=71s

Kürdəmirdə baş verən avtoqəzada Ağcabədi sakinləri xəsarət alıb

Hadisə bu gün səhər Ağsu-Kürdəmir-İmişli avtomobil yolunun rayonun Atakişili kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, “Mercedes” markalı minik avtomobilinin sürücüsü İmişli...

“Rəqəmsal icra hakimiyyəti”

“Rəqəmsal icra hakimiyyəti” portalı istifadəyə verilib. Portal vətəndaş qəbulu, xidmətlər, elektron iştirakçılıq və məlumatlandırma bölmələri olmaqla 4 istiqamətdə vətəndaşlara xidmət göstərir.

Şərhlər