3.1 C
Aghjabadi

Bir gündə 15 minə yaxın ağac əkildi – FOTOLAR

Yaz ağac əkini mövsümündə ölkənin meşə fondu torpaqlarının açıq və seyrək ərazilərində genişmiqyaslı silsilə ağacəkmə tədbirləri keçirilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, bütün ölkə ərazisini əhatə edən irimiqyaslı ağacəkmə və meşəbərpa tədbirləri qurumun rəsmilərinin və Regional Meşə Təsərrüfatı Mərkəzlərinin əməkdaşlarının iştirakı ilə bu gün Zərdab, Ağsu, Qobustan, Ağdaş, Quba, Şamaxı, Ağcabədi, Bərdə, Sabirabad və Masallı rayonlarının meşə fondu torpaqlarında həyata keçirilib.

Gün ərzində ölkə üzrə ümumilikdə 13 hektar ərazidə 15 minə yaxın müxtəlif cinsli ağac əkilib, 500 kq-dan çox palıd toxumu səpilib.

Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Vüqar Kərimovun rəhbərliyi ilə Ağcabədi rayonunda keçirilən ağacəkmə tədbirində yaz əkin planına uyğun olaraq meşəbərpa işləri aparılıb. Təkcə Ağcabədi rayonunun yol kənarı meşə fondu ərazisində 6000-dən çox həmişəyaşıl ağac tingi əkilib və palıd toxumları səpilib.

Növbəti ağacəkmə tədbiri Meşələrin İnkişafı Xidmətinin rəisi Namik Xıdırovun və Regional Meşə Təsərrüfatı Mərkəzlərinin əməkdaşlarının iştirakı ilə Ağsu və Qobustan rayonlarının yol kənarı meşə torpaqlarında baş tutub. Tədbir çərçivəsində 3000-dən çox müxtəlif cinsli həmişəyaşıl ağac tingi əkilib.

Xatırladaq ki, yaz ağac əkini mövsümünə martın 9-da Zəngilan rayonundan start verilib.

Xəbər lenti

12 dekabr ümummilli lider Heydər Əliyevin anım günüdür

Azərbaycan xalqının böyük oğlu Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Naxçıvanda anadan olub. 1944-cü ildən təhlükəsizlik orqanları...

“12 Dekabr-Ümummilli Lider Heydər Əliyevin Anım günü”ilə əlaqədar məktəblərdə mühazirələr davam etdirilir

Bu gün Mərkəzin direktor səlahiyyətlərini icra edən Rövşanə Əliyeva tərəfindən M.Aranlı adına 11 saylı tam orta məktəbin Gənc Heydərçilərinə Ulu Öndər Heydər...

Ağcabədi rayon Heydər Əliyev Mərkəzində “12 Dekabr-Anım Günü” ilə əlaqədar “Heydər Əliyev və Gənclər siyasəti” adlı tədbir keçirildi

Tədbir 07 dekabr 2022-ci il tarixində Ağcabədi rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı və Ağcabədi şəhər M.Aranlı adına 11 saylı tam orta...

Ağcabədi sakininin çantasından oğurluq edilib

Yasamal rayonu ərazisindəki mağazaların birində Ağcabədi rayon sakini olan bir qadının çantasından içərisində pulu olan cüzdanının oğurlanması barədə polisə məlumat daxil olub.

Həmyerlimizdən daha bir uğur

Maltanın paytaxtı Valetta şəhərində 2022-ci il 25-28 noyabr tarixlərində yeniyetmə taekvondoçular arasında Avropa çempionatı keçirilib. Həmin turnirdə uğurlu nəticə qazananlardan biri həmyerlimiz...

Mədəniyyət və dünyagörüşü

 Mədəniyyət maddi və mənəvi sərvətlərin yaradılmasına, mənimsənilməsinə, saxlanmasına və bölgüsünə istiqamətləndirilən ictimai münasibətlər sistemidir. Bu maddi istehsalla şərtlənən, öz mahiyyəti etibarilə sosial...

Süleyman Gözəlov: İlk növbədə gənclərimizin sağlam ruhda böyüməsini düşünürdüm

İdmanla məşğul olmaq insanı bir çox zərərli vərdişlərdən uzaq etdiyi kimi, pis xəstəliklərdən də qoruyur. Müasir dövrün tələblərinə uyğun olan “Sağlam bədəndə,...

Ağcabədidə 5 dekabr Beynəlxalq Könüllülər Günü qeyd edilib

       Ağcabədi rayonunda Gənclər üçün Təhsil Mərkəzi (GTM) Qarabağ regional ofisi, Ağcabədi regional "ASAN xidmət" mərkəzi, Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM)...

Mən Şuşadan gəlirəm -2

                                       Artıq dekabr ayıdır. Amma mən sizə avqust ayında baş tutmuş bir səfərimdən...

Xolesternlə necə mübarizə aparmalı? – MÜTƏXƏSSİS YANAŞMASI

Xolestern bir lipid, yəni bir yağ növüdür. Heyvan mənşəli qidalarda və bütün hüceyrələrdə olan şam quruluşunda yağ kimi maddələrdir. Yüksək xolesterin isə...

Şərhlər