Şuşanın alınması ayrıca bir dastandır

26 fevral 2021-ci il tarixdə xarici media nümayəndələri üçün keçirilən keçrilən
mətbuat konfransında Prezident Şanlı Ordumuzun qalib ordu olduğunu vurğulayıb.
Qeyd edib ki, Müzəffər Ordu öz hədəfinə çatdı, qarşısında duran vəzifənin
öhdəsindən məharətlə gəldi. Torpaqları danışıqlar, müzakirə yolu ilə yox, hərbi yolla
azad etdi. Şəhidlərimizin qanını yerdə qoymadıq, düşməndən qisasımızı döyüş
meydanında aldıq. Azərbaycanın xüsusi təyinatlılarının və digər hərbi birləşmələrinin
misilsiz mərdliyi, qəhrəmanlığı, fədakarlığı nəticəsində qələbəni qısa müddət ərzində
əldə edə bildik.
Vətən müharibəsi eyni zamanda peşəkar komandanlıq nümunəsidir. Əldə edilmiş
böyük qələbədə bütün qoşun növlərinin öz payı var. 44 gün ərzində ərazilərin azad
olunmasında ordumuz vahid komandanlıq altinda öz vəzifəsini şərəflə yerinə yetirdi.
Ordu korpusları da ərazilərin azad edilməsində və mövqelərin əldə saxlanılmasında
böyük rol oynayıblar. Cəbhə aviasiyası, pilotsuz uçuş aparatları itkilərin minimuma
endirilməsində çox böyük rol oynayıb. Pilotsuz uçuş aparatları zərbə və kəşfiyyat
funksiyalarını yerinə yetirirdi. Buna görə də bütün bu əməliyyatlar uğurla nəticələnib.
Şuşanın alınması isə ayrıca bir dastandır. Bu tarixi hadisə illər ötsə də, yaddaşlarda
əbədi qalacaqdır.

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər