Ağcabədidə top kimi yumurta

Şəkildə gördüyünüz yumurtadır. Yox, yox, çinlilərin hazırladığı süni yumurta deyil.
Formasına baxıb dərhal bu fikrə düşməyin.
Əməkdaşımız Adil Misirlinin həyətində bəslənən toyuq tennis topunu xatırladan fərqli
görünüşdə yumurtlayıb.
Adil müəllim deyir ki, toyuq bir neçə müddət əvvəl alınıb. Əvvəl əhəmiyyət
verməsələr də sonradan toyuğun yumurtaları öz forması ilə diqqət çəkib. O, bildirib
ki, yumurtanın sarısı da digər yumurtalarınkına nisbətən daha iridir.
Qeyd edək ki, canlıların qeyri-adi formalı yumurta verməsini mütəxəssislər toyuğun
orqanizmində baş verən çatışmazlıqla bağlı olduğunu bildirirlər. Amma belə baxanda
yumru da pis deyil…

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər