16.1 C
Aghjabadi
Çərşənbə axşamı, May 24, 2022

“Gözlərimi açanda ayağım yox idi” – Minaya düşən şuşalı – FOTO

“Möhkəm partlayış oldu. Gözlərimi açanda ayağım yox idi. Həmişə orada qoyun otarırdım. Necə oldusa, bilmədim”. Xocavənd rayonunun işğaldan azad edilmiş ərazisində minaya düşən İman Baxşəliyev Sputnik Azərbaycan-a danışıb.

Xəbər verdiyimiz kimi, 1980-ci il təvəllüdlü İman Baxşəliyev Xocavənd rayonunun işğaldan azad edilmiş ərazisində minaya düşməsi nəticəsində ayağının birini itirib. Zərərçəkən Sputnik Azərbaycan-a danışıb. O bildirib ki, qoyun otararkən minaya düşüb və nəticədə çoxsaylı xəsarətlər alıb: “Xocavənd rayonu tərəfdə qoyun otarırdım. Qoyunun arxasınca getmək istəyirdim ki, minaya düşdüm. Gündəlik qoyun otardığımız yer idi. Heç ağlıma da gəlməzdi ki, minaya düşəm”.

Müsahibimiz hadisə vaxtı ərazidə tək olduğunu bildirib: “Xeyli uzaqda əsgərlərimiz vardı. Köməyimə onlar gəldilər. Onlar olmasalar, indi ölmüşdüm. Sağ olsunlar, köməklik etdilər. Xəstəxanaya gətirdilər. Gözlərimi açanda ayağımın birinin olmadığını gördüm. Yenə də şükür edirəm ki, sağ qalmışam”.

Ağcabədi rayon Mərkəzi xəstəxanasının həkim-cərrahı Azər Sadıqov

Ağcabədi rayon Mərkəzi xəstəxanasının həkim-cərrahı Azər Sadıqov Sputnik Azərbaycan-a xəstənin son vəziyyəti ilə bağlı açıqlama verib. O bildirib ki, İman Baxşəliyev Şuşa şəhər sakinidir və martın 13-də saat 17 radələrində heyvan otarakən mina partlaması nəticəsində aldığı xəsarətlərlə xəstəxanaya gətirilib.

“Sağ baldırın orta üçdə biri və ətrafın travmatik qopması və sol budun yuxarı üçdə birinin, sol əlin qəlpə yaralanması diaqnozu ilə xəstəxanamıza daxil olub. İlkin tibbi yardım göstərilib. Qısa müddətdən sonra xəstə əməliyyata götürülüb. Sağ baldırın yuxarı üçdə bir hissəsindən ətraf amputasiya edildi. Yaralar işlənildi. Hazırda xəstənin həyati təhlükəsi yoxdur”.

Qeyd edək ki, yaralı hazırda Ağcabədi rayon Xəstəxanasında müalicəsini davam etdirir. Baş verən hadisə ilə bağlı Xocavənd rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Mənbə : Sputnik.az

Xəbər lenti

Bu gün onların peşə bayramıdır

Mayın 23-ü Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramıdır.  Bu münasibətlə 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları ulu...

“Fədakarlar bir amalın uğrunda” kitabının təqdimatı keçirilib

Mayın 21-də Nizami Kino Mərkəzində Mədəniyyət Nazirliyi tabeliyində Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin sektor müdiri,  Azərbaycan Jurnalistlər Birliyinin üzvü Aydın Tağıyevin...

Azərbaycan sülhə, təhlükəsizliyə və sabitliyə sadiqdir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevmayın 18-də Litva Prezidenti Gitanas Nausadının ölkəmizə səfəri ilə əlaqədar mətbat üçün bəyanat verib.  Ölkə Prezidenti bildirib...

“Çempionumuz” layihəsi çərçivəsində növbəti görüş

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan İdman Könüllüləri İctimai Birliyi tərəfindən təsdiq edilmiş birgə əsasnaməyə müvafiq...

Deyimlərimiz, kəlamlarımız

         Bədii yaradıcılıq xalqımızın ruhunda, canındadır. Lap qədimdən bu günə qədər qaynayıb-daşan, axıb-coşan bu yaradıcılıq çeşməsi bitib-tükənmək bilmir. Zəngin məna çalarlarına malik...

Avşar elinin tarixi

         Fəzlullah Rəşidəddin (“Cəmiəttəvarix”), Yazıçıoğlu Əli (“Səlcuqnamə”) və Əbülqazi Bahadır Xan Xivəliyə (“Şəcəreitərakimə”) görə Avşar adının anlamı “işlərini cəld görən və ova...

Kümçülərə 877 qutu barama qurdu paylanılıb

         Respublikamızda barama istehsalına yüksək dövlət diqqət və qayğısından ruhlanan rayon kümçüləri 2022-ci təsərrüfat ilində  də bu mühüm kampaniyaya böyük həvəslə qoşulublar.

Şəhidlərin xatirəsi əbədiləşdirilib

         Rayonun İmamqulubəyli kəndində Birinci Qarabağ müharibəsi şəhidləri Hidayət Kərimov, Cavanşir Zeynalov, Savalan Kərimov, Yadigar Bəşirov və Röyal Baxşəliyevin xatirələrini əbədiləşdirmək məqsədi...

ZƏFƏR QURULTAYI UĞURLU SİYASƏTİN NƏTİCƏSİDİR

https://www.youtube.com/watch?v=dqfE9owZVPk&t=71s

Kürdəmirdə baş verən avtoqəzada Ağcabədi sakinləri xəsarət alıb

Hadisə bu gün səhər Ağsu-Kürdəmir-İmişli avtomobil yolunun rayonun Atakişili kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, “Mercedes” markalı minik avtomobilinin sürücüsü İmişli...

Şərhlər