Ağcabədidə “Novruz gəlir, yaz gəlir” adlı onlayn fotomüsabiqə keçirilir

Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “Novruz gəlir, yaz gəlir” adlı onlayn fotomüsabiqə keçirilir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, müsabiqədə Ağcabədi rayon sakini olan 12-29 yaş arası hər kəs iştirak edə bilər. Martın 15-dən 18-dək davam edəcək müsabiqədə iştirakçılar Novruz bayramını və yazın gəlişini əks etdirən fotoları Gənclər və İdman İdarəsinin təyin etdiyi “WhatsApp” nömrəsinə və ya elektron ünvana göndərirlər.

Qaliblər Ağcabədi Rayon Gənclər və İdman İdarəsi tərəfindən müvafiq diplomlarla mükafatlandırılacaqlar.

Şərhlər