Ağcabədidə Novruz bayramı ilə əlaqədar olaraq, Vətən müharibəsi şəhidlərinin
ailələri və qazilər ziyarət olunur. Şəhid ailələrini və qaziləri hər zaman diqqət
mərkəzində saxlayan, yüksək səviyyəli qayğı ilə əhatə edən Ağcabədi rayon İcra
Hakimiyyətinin başçısı Rafil Hüseynovun iştirakı ilə baş çəkilən ailələrə
bayram sovqatları çatdırılıb.


Görüşlərdə torpaqlarımızın bütövlüyü uğrunda
canlarından keçən şəhidlərimizin xatirəsi ehtiramla yad olunub, dövlətimizin bu
ailələrə göstərdiyi diqqət və qayğıdan söz açılıb. Rayon rəhbəri qeyd edib ki,
şəhidlərimizin xatirəsini əziz tutmaq, onların ailələrinə, eləcə də qazilərimizə qayğı ilə
yanaşmaq həm vətəndaşlıq borcumuz, həm də ən əsas vəzifələrimizdəndir. Və bu
hər zaman belə olacaqdır.