Ağcabədi rayonunda şəhidlərin xatirəsinin əbədiləşdirilməsi davam edir.
Ağcabədi rayon İcra Hakimiyyəti başçısı Rafil Hüseynov, rayon
hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri, media mənsubları
Şərəfxanlı kəndində Murad Əsədov, Qaraxanlı kəndində Nurlan Quliyev,Ceyhun
Məmmədov, Rövşən Allahverdiyev, Kəhrizli kəndində Tariyel Salmanov, Arasbar
kəndində Ceyhun Hüseynov, Elsevər Piriyev, Sarvanlar kəndində Həsən Quliyev,
Yuxarı Qiyaməddinli kəndində Sahil Məmmədov və Azər Əliyevin xatirəsinin
əbədiləşdirilməsinə həsr edilən mərasimdə iştirak ediblər. Şəhidlərin adlarına verilən
küçələrin girişində onların portretləri və tərcümeyi-hallarını əks etdirən lövhələr də
vurulub.







Mərasim zamanı rayon rəhbəri, kənd sakinləri, şəhidlərin ailə üzvləri çıxış etmiş, onların ruhuna dualar oxunmuşdur. Xatirə lövhələrinin qarşısına tər çiçək dəstələri düzülmüşdür