2 C
Aghjabadi

Cari ilin fevralında icbari tibbi sığorta çərçivəsində 1,2 milyondan artıq tibbi xidmət göstərilib

İcbari tibbi sığortanın tətbiq edildiyi 59 inzibati ərazi üzrə fəaliyyət göstərən mərkəzi xəstəxanaların və onların struktur bölmələrinin, habelə müalicə diaqnostika mərkəzlərinin İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə təqdim etdikləri ilkin hesabatlara əsasən 2021-ci ilin fevral ayı ərzində 335 561 nəfər sözügedən müəssisələrə ümumilikdə 560 464 dəfə müraciət edib. Bu müraciətlər üzrə ümumilikdə 1 214 418 tibbi xidmət göstərilib. Tibbi xidmətlərin 1 045 155-i ambulator, 169 263-ü isə stasionar şəraitdə göstərilib. Yanvar ayı ilə müqayisədə fevral ayında müraciət edənlərin sayında 25 faiz artım olub.

Bu barədə AZƏRTAC-a dövlət agentliyindən bildirilib.

Məlumata görə, cari ilin fevralında əhalinin hər 1000 (min) nəfərinə tibb müəssisələrinə olunan müraciət sayına görə ilk onluqda yer alan şəhər və rayonlar: Mingəçevir şəhəri (449), Şirvan şəhəri (234), Zaqatala rayonu (176), Yevlax rayonu (169), Gəncə şəhəri (164), Qəbələ (158), Ağdaş (152), Qax (143), Göygöl (143) və Xaçmaz (135) rayonları.

Ən çox xidmət göstərmiş tibb müəssisələrinin ilk onluğu: Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası (137 628), Gəncə Birləşmiş Şəhər Xəstəxanası (103 800), Xaçmaz (58 725), Yevlax (58 631), Şəki (40 562), Quba (39 803), Zaqatala (37 327), Ağdaş (35 396), Göyçay (34 520) və Qusar (33 084) Rayon Mərkəzi xəstəxanaları.

Ən çox ambulator xidmət göstərən tibb müəssisələrinin ilk onluğu: Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası, Gəncə Birləşmiş Şəhər Xəstəxanası, Yevlax, Xaçmaz, Şəki, Quba, Zaqatala, Ağdaş, Göyçay və İsmayıllı Rayon Mərkəzi xəstəxanaları.

Ən çox stasionar xidmət göstərən tibb müəssisələrinin ilk onluğu: Gəncə Birləşmiş Şəhər Xəstəxanası, Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası, Xaçmaz Rayon Mərkəzi Xəstəxanası, Qusar Rayon Mərkəzi Xəstəxanası, Şirvan Şəhər Mərkəzi Xəstəxanası, Bərdə, Şəki, Quba, Salyan və Göygöl Rayon Mərkəzi xəstəxanaları.

Tibb müəssisələrinə müraciətlərin çoxu tibbi müayinə (hərbi xidmətə çağırılanların müayinəsi daxil olmaqla), qan dövranı sistemi, endokrin sistemin xəstəlikləri, maddələr mübadiləsi və qidalanma pozuntusu, həzm, sidik-cinsiyyət, tənəffüs, sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri, habelə gözün və gözün əlavə aparatının xəstəlikləri, sinir sistemi xəstəlikləri, mamalıq və ginekologiya ilə bağlı olub.

Qeyd olunmalıdır ki, agentlik tərəfindən Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyinə verilmiş tibb müəssisələrinin resurslarından və kadr potensialından səmərəli istifadəni təmin etmək, fəaliyyətlərini optimallaşdırmaq və əhalinin müxtəlif növ tibbi yardıma əlçatanlığını təmin etmək məqsədilə respublikanın inzibati ərazi vahidləri üzrə tibbi ərazi bölmələri (TƏB) yaradılıb. Hazırda icbari tibbi sığortanın tətbiqi 11 TƏB-i və Sumqayıt TƏB-ə aid olan Xızı rayonunu əhatə edir.

2021-ci ilin fevral ayı ərzində TƏB-lər üzrə göstərilmiş tibbi xidmət sayına görə ardıcıllıq aşağıdakı kimidir: Bərdə-Yevlax TƏB (267 838), Şəki-Zaqatala TƏB (195 528), Quba-Xaçmaz TƏB (169 896), Gəncə TƏB (141 584), Dağlıq Şirvan TƏB (91 947), Göyçay-Kürdəmir TƏB (90 059), Şəmkir-Tovuz TƏB (62 824), İmişli-Sabirabad TƏB (60 669), Ağdam-Ağcabədi TƏB (55 190), Lənkəran TƏB (44 322), Cəlilabad-Salyan TƏB (33 191) və Sumqayıt TƏB (1 370).

2020-ci ilin yanvarın 1-nə olan rəsmi məlumata əsasən, icbari tibbi sığortanın tətbiq edildiyi 59 inzibati ərazi vahidləri üzrə qeydiyyatda olan əhalinin sayı 6 milyon 577 min 600 nəfər təşkil edir.

Qeyd edək ki, 2021-ci ilin aprelin 1-dən etibarən Bakı, Sumqayıt şəhərlərində, Abşeron rayonunda rəsmi qeydiyyatda olan şəxslər də icbari tibbi sığortanın xidmətlər zərfindən istifadə edəcəklər.

Xəbər lenti

Ağcabədi sakininin çantasından oğurluq edilib

Yasamal rayonu ərazisindəki mağazaların birində Ağcabədi rayon sakini olan bir qadının çantasından içərisində pulu olan cüzdanının oğurlanması barədə polisə məlumat daxil olub.

Həmyerlimizdən daha bir uğur

Maltanın paytaxtı Valetta şəhərində 2022-ci il 25-28 noyabr tarixlərində yeniyetmə taekvondoçular arasında Avropa çempionatı keçirilib. Həmin turnirdə uğurlu nəticə qazananlardan biri həmyerlimiz...

Mədəniyyət və dünyagörüşü

 Mədəniyyət maddi və mənəvi sərvətlərin yaradılmasına, mənimsənilməsinə, saxlanmasına və bölgüsünə istiqamətləndirilən ictimai münasibətlər sistemidir. Bu maddi istehsalla şərtlənən, öz mahiyyəti etibarilə sosial...

Süleyman Gözəlov: İlk növbədə gənclərimizin sağlam ruhda böyüməsini düşünürdüm

İdmanla məşğul olmaq insanı bir çox zərərli vərdişlərdən uzaq etdiyi kimi, pis xəstəliklərdən də qoruyur. Müasir dövrün tələblərinə uyğun olan “Sağlam bədəndə,...

Ağcabədidə 5 dekabr Beynəlxalq Könüllülər Günü qeyd edilib

       Ağcabədi rayonunda Gənclər üçün Təhsil Mərkəzi (GTM) Qarabağ regional ofisi, Ağcabədi regional "ASAN xidmət" mərkəzi, Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM)...

Mən Şuşadan gəlirəm -2

                                       Artıq dekabr ayıdır. Amma mən sizə avqust ayında baş tutmuş bir səfərimdən...

Xolesternlə necə mübarizə aparmalı? – MÜTƏXƏSSİS YANAŞMASI

Xolestern bir lipid, yəni bir yağ növüdür. Heyvan mənşəli qidalarda və bütün hüceyrələrdə olan şam quruluşunda yağ kimi maddələrdir. Yüksək xolesterin isə...

İnkişaf Qələbənin əsasıdır

 “Azadlıq meydanında paradlar çox keçirilib. Ancaq bu paradın xüsusi önəmi var. Bu, Zəfər paradıdır. Bu, tarixi hadisədir. Bu tarixi günün şahidi bizik,...

“Niva” “Ford Transit”lə TOQQUŞDU- Sürücü öldü

Dekabrın 4-də saat 2 radələrində Ağcabədi rayonunun Aşağı Avşar kəndi ərazisində Ağdam rayon sakini Məhəmməd Hüseynzadənin idarə etdiyi “Niva” və Ağcabədi şəhər...

Ağcabədidə ” 3 Dekabr -Beynəlxalq Əlillər Günü” qeyd olundu

Ağcabədidə " 3 Dekabr -Beynəlxalq Əlillər Günü" qeyd olunduAğcabədi rayonunda " 3 Dekabr Beynəlxalq Əlillər Günü"nə həsr olunmuş...

Şərhlər