Yevlax Regional Miqrasiya İdarəsinin əməkdaşları Ağcabədidə səyyar xitmətdə

Əcnəbi və vətəndaşlığı olmayan şəxslər tərəfindən Dövlət Miqrasiya Xidmətinə (DMX) edilən bütün növ müraciətlərin qəbulunu yerində və operativ şəkildə həyata keçirmək məqsədi daşıyan növbəti səyyar xidmət Gəncə şəhərində, eləcə də Samux, Qazax, Tovuz, Şəmkir, Göygöl və Goranboy rayonlarında təşkil olunub.

DMX-dən AZƏRTAC-a bildiriblər ki, Xidmətin imkanlarından 45 nəfər istifadə edib. Onlardan 7-sinə ölkə ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi, 34 nəfərə vətəndaşlıq mənsubiyyətinin müəyyən olunması ilə bağlı qərar verilib. Bir əcnəbidən vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsinə dair sənəd qəbul olunub. İki nəfərdən vətəndaşlığa qəbulla əlaqədar sənədlər götürülüb. Bir nəfərin miqrasiya ilə bağlı müraciəti dinlənilib və qanunvericilik çərçivəsində izahedici söhbətlər aparılıb.

Daha bir səyyar xidməti Yevlax Regional Miqrasiya İdarəsinin əməkdaşları Ağcabədi rayonunda təşkil ediblər. Rusiya vətəndaşı Sabir Hüseynova “Azərbaycan Respublikasının müvəqqəti yaşama üçün icazə vəsiqəsi” yaşadığı ünvanda təqdim olunub.

Şərhlər