Rayonda şəhidlərin xatirəsi əbədiləşdirilir – FOTOLAR

Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun müvafiq
sərəncamına uyğun olaraq, rayon ərazisində Vətən Müharibəsində şəhid olan
həmyerlilərimizin xatirəsinin əbədiləşdirilməsi istiqamətində tədbirlər davam
etdirilir.18 mart 2021-ci il tarixdə Kəbirli kəndində şəhid Qarayev Təhmasib Hikmət
oğlu, Avşar kəndində Tapdıqov Azad Azər oğlu, Qaravəlli kəndində Bayramov Xəzər
Azad oğlu, Qiyaməddinli kəndində Quliyev Məhəbbət Arzu oğlu və Yeni Qaradolaq
kəndində Həziyev Hafiz Varoğlu oğlunun xatirəsinin əbədiləşdirilməsinə həsr
olunmuş açılış mərasimləri keçirilib. Sözügedən ərazilərdə yerləşən küçələrə
şəhidlərin adları verilib. Şəhidlərin adlarını daşıyacaq küçələrdə onların portretləri
əks olunmuş xatirə lövhələri vurulub.
Mərasimlərdə Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov,
millət vəkili Tahir Rzayev , hüquq-mühafizə orqanlarının rəhbərləri, yerli sakinlər, icra
və bələdiyyə nümayəndələri, şəhidlərin ailə üzvləri, media mənsubları iştirak
etmişlər.
Tədbir zamanı Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov,
millət vəkili Tahir Rzayev, şəhid ailələrinin üzvləri və yaxınları çıxış etmişlər. Millət
vəkili Tahir Rzayev bu yaxınlarda işıq üzü görmüş “Ağcabədi şəhidləri” kitabını şəhid
ailələrinin üzvlərinə təqdim etmişdir.
Şəhidlərin ruhuna dualar oxunmuşdur. Sonda şəhidlərin adları əks olunmuş
lövhələrin qarşısına tər çiçək dəstələri düzülmüşdür.
Rayonumuzda şəhid həmvətənlərimizin xatirəsinin əbədiləşdirilməsi işləri
davam etdirilir.

“ARAN”

Şərhlər