16 C
Aghjabadi
Bazar, May 29, 2022

ÜST Azərbaycanın bir neçə xəstəxanasında araşdırma aparıb

“COVID-19” pandemiyasına qarşı mübarizədə Azərbaycana davamlı texniki dəstəyin tərkib hissəsi kimi Avropa İttifaqı (Aİ) və ÜST-nin birgə layihəsi ölkəmizdəki bir sıra xəstəxanalarda İPN (COVID-19 infeksiyası üçün spesifik olan profilaktika və nəzarət) tədbirlərinin qiymətləndirilməsini aparıb.

BAKU.WS-ə ÜST-nin Azərbaycan nümayəndəliyindən verilən məlumata görə, Avropa İttifaqının maliyyələşdirdiyi Sağlamlıq üçün Həmrəylik Təşəbbüsünün tərkib hissəsi kimi baş tutan qiymətləndirmə ÜST-nin Azərbaycandakı Nümayəndəliyi tərəfindən Səhiyyə Nazirliyi və TƏBİB-lə birgə təşkil edilib. Bildirilib ki, qiymətləndirmə missiyası ölkənin müxtəlif bölgələrindəki on xəstəxana, o cümlədən Bakıda iki, Şamaxıda bir və münaqişədən zərər çəkmiş ərazilər kimi Bərdə, Tərtər, Ağdam, Ağcabədi və Füzuli rayonlarında yerləşən yeddi xəstəxananı əhatə edib. Missiya üzvləri qeyd edilən tibb müəssisələrində xəstələrin skrininq və triajı, reanimasiya, doğum, sterilizasiya və cərrahiyə şöbələri, eləcə də tibbi tullantılarının idarə olunmasına dair tədbirlərin qiymətləndirilməsini həyata keçirib. Münaqişədən zərər çəkmiş rayonlardakı xəstəxanaların direktorları ilə İPN tədbirlərilə bağlı ehtiyacların qarşılanmasında ən effektiv dəstək yolları müzakirə edilib və bu ərazilərdə çalışan 100-dək səhiyyə işçisinə qiymətləndirmə zamanı müəyyən edilimiş prioritet istiqamətlər üzrə təlim keçilib.

Qiymətləndirmə missiyası Səhiyyə Nazirliyi və TƏBİB nümayəndələri və ÜST ekspertlərinin iştirakı ilə 10-11 mart tarixlərində Bakıda keçirilən iki günlük seminarla başa çatıb. Seminarda ölkənin İPN-ə dair texniki sənədləri müzakirə edilib və ÜST ekspertlərinin bu sahədəki tövsiyələri təqdim edilib. Missiyanın və müzakirələrin nəticəsi olaraq İPN sahəsində ölkəyə dəstəyinin davam etdirilməsi, o cümlədən tibb müəssisələrinin maarifləndirici posterlərlə təmin edilməsi, xəstəxanalarda əl sanitariyası punktlarının yaradılması, ÜST-nin İPN-ə dair texniki sənədlərinin Azərbaycan dilinə tərcüməsi və yayılması və yerli səhiyyə işçiləri üçün vebinarlar silsiləsinin keçirilməsi qərarlaşdırılıb.0616

Xəbər lenti

Şənlik kəndində Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib

28 May - Müstəqillik Günü münasibətilə Şənlik kənd tam orta məktəbində tədbir  keçirilib. Tədbirdə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Ağcabədi Rayon Komitəsinin  sədri...

İcra başçısının səyyar qəbulları davam edir

    Növbəti görüş Şahsevən kəndinin sakinləri ilə keçirilib   Ağcabədi Rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynovun mütəmadi olaraq keçirdiyi...

Bir səyyar görüş haqqında təəssüratlarım

28 Aprel 2022-ci il tarixdə Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov Nəcəfqulubəyli kənd tam orta məktəbində səyyar qəbul keçirdi. Sözügedən kənd...

Ağcabədidə “Əbədi müstəqillik” adlı sərgi açılıb

Ağcabədi rayon Heydər Əliyev Mərkəzində 28 May – Müstəqillik Günü ilə əlaqədar olaraq “Əbədi müstəqillik” adlı sərgi açılıb. Sərgidə...

Bağçılıq təsərrüfatı genişləndirilir

         Son illər rayonumuzda bağçılıq təsərrüfatının inkişaf etdirilməsi istiqamətində mühüm addımlar atılır. Artıq ayrı-ayrı şəxslər, fermer təsərrüfatı rəhbərləri, mütəxəssislər özlərinə məxsus olan...

Ekoloji təfəkkürlə mədəniyyətin sosial sferada münasibətləri haqqında

Mədəniyyət problemi əsrlər boyu insanları düşündürmüşdür. Son iki əsrdə isə mədəniyyətlə yanaşı, daha çox diqqət çəkən məsələlərdən biri də ekoloji problemlərdir. Aydın...

Şəhidin doğum günü mərasimi

         Kəbirli kəndində Vətən müharibəsi şəhidi Təhmasib Qarayevin doğum günü qeyd olunub. Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov,...

Təcrübə məşğələləri yaxşı səmərə verir

         Nəcəf Allahverdiyev adına Ağcabədi Peşə Məktəbi tədris işlərini müasir səviyyədə qurur, tələbələrin bilikli və hazırlıqlı mütəxəssis kimi yetişmələri istiqamətində lazımi tədbirlər...

Azərbaycan-Litva münasibətləri yüksələn xətlə inkişaf edir

     Tarixin hansı mərhələsində olursa-olsun, dünyanın siyasi xəritəsində meydana çıxan yeni müstəqil dövlət ayaq üstə qalmaq üçün bir-birindən çətin sınaqlarla üz-üzə gəlir....

Ümumrayon yığıncağı keçirilib

May ayının 21-də Ağcabədi rayon Mədəniyyət Mərkəzində bölgə  ərazisində ideoloji maarifləndirmə işini həyata keçirən təbliğat qrupu üzvlərinin iştirakı ilə ümumrayon yığıncağı keçirilib.

Şərhlər