17.6 C
Aghjabadi
Cümə, May 20, 2022

Yenə gəldi yaz ayları

Maşallah, bayramlardan boluq. Adət-ənənələrimizə, dini ayinlərimizə, hətta qonum-qonşunun ənənələrinə dayanan günləri həvəslə qeyd edirik.

Qurban bayramı, Yeni il bayramı, 8 Mart, Novruz bayramı və sair və ilaxır. Bayramların çoxluğunun eybi yox eee. Amma bu bayramlar ərəfəsində adam əlinə telefon almaq istəmir. Sosial şəbəkələrdə qırmızı lentli qoyun-quzu, Şaxta baba, gül-çiçək, səməni, paxlava, şəkərbura, şorqoğalı şəkilləri ilə göndərilən şablon sözlər, bayram təbrikləri, videolar adamın canını boğaza yığır. Mənim kimi telefonun “dilini” yaxşı bilməyənlərin telefonunda isə foto və videoqalereya xirtdəyəcən dolur. Cihaz donur, zarıyır, iməkləyir, beyninə yığılmış bu “fermadan”, səmənidən, ot-ələfdən, standart cümlələrdən xilas olmaq üçün sahibindən imdad diləyir. Cansız bir cihazın dözüm gətirmədiyi süniliyə şüurlu insan necə dözsün? Dəfələrlə statuslarda yalvarırıq, “təbrik edən”lərin başına dönürük, ayaqlarının altına döşənirik ki, etməyin, eləməyin, göndərməyin bu cür təbrikləri. Amma kimə deyirsən? Elə ki bayram günü gəldi, səhərin gözü açılmamış ardıcıl göndərilən mesajların quqqultusu artıq sənin günə necə başlayacağından xəbər verir. Hər dəfə kiçik bir ümidlə mesajlara baxmağa başlayırsan. Bircə səmimi söz ümidi ilə, göndərənin özünəməxsus təbriki ümidi ilə, sırf sənin özünə yazılmış kəlmə ümidi ilə… Amma və lakin, ya heç bir məntiqə sığmayan, “gəlinlik paltarı” geyindirilmiş, qadın kimi bəzədilmiş qoç şəkilləri, ya Şaxta babanın “he-he-heeeey” – deyə hörüldədiyi yeni il videoları, ya da səməni, paxlava şəkillərinin üzərinə yazılmış ümumi, quru təbriklər göz çıxarır. Və bu təbriklər səni xoşbəxt etmir, əksinə, qəlbini qırır, əhvalını korlayır, telefonunu yükləyir.

Anlayıram sizi (əslində anlamıram). Kimsəni yaddan çıxarmaq istəmirsiniz, diqqət göstərmək, təbrik etmək və təbrikə qarşılıq almaq, bir sözlə bayramlaşmaq istəyirsiniz. Amma bir dəqiqəlik musiqi fonunda şirniyyat şəkilləri göndərməkdənsə, bir-iki kəlmə ilə içinizdən gələn təbrik yazsanız daha xoş olmazmı? Şəxsən mən o şəkil təbriklərə cavab yazmıram. Bəzən çox yaxın kimsə olanda da sonrakı giley-güzara qulaq asmamaq üçün bir çəhrayı “ürək işarəsi” göndərirəm. O təbrikin özü kimi süni, ürəkdən xəbəri olmayan bir işarə…

Bəli, hamı gözəl səslənən cümlələr qurmağı, xüsusi şəkildə təbrik sözləri yazmağı bacarmır. Amma buna məcbur da deyillər axı. Balanı öpüb əzizləməyi, ananı yoxlamağı, bacına zəng vurub hal-əhval tutmağı qəlbinin istəyi ilə etdiyin kimi, təbrikləri də çöldən-çölə, qonşudan dala qalmamaq üçün yox, bu istəklə etmək lazımdır. Əgər istək yoxdursa, özünüzü də, təbrik göndərdiyiniz insanı da əziyyətə salmayın. Bax elə qarşıdan gələn Novruz bayramında əgər içinizdə hamını elliklə təbrik etmək arzusu aşıb-daşırsa, o üstü “bantikli”, zə(hə)rli şəkərbura fotosunu bircə statusda paylaşıb dost-tanışın, qohum-əqrəbanın hamısını orada təbrik edin. Daha eyni təbriki ünvanlara bircə-bircə göndərməklə insanlara zülm etməyin. Zatən əsəbi, narahat, gərgin olan bu günün insanına əlavə stress lazım deyil vallah…

“525-ci qəzet”

Mart, 2020-ci il

Xəbər lenti

Azərbaycan sülhə, təhlükəsizliyə və sabitliyə sadiqdir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevmayın 18-də Litva Prezidenti Gitanas Nausadının ölkəmizə səfəri ilə əlaqədar mətbat üçün bəyanat verib.  Ölkə Prezidenti bildirib...

“Çempionumuz” layihəsi çərçivəsində növbəti görüş

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan İdman Könüllüləri İctimai Birliyi tərəfindən təsdiq edilmiş birgə əsasnaməyə müvafiq...

Deyimlərimiz, kəlamlarımız

         Bədii yaradıcılıq xalqımızın ruhunda, canındadır. Lap qədimdən bu günə qədər qaynayıb-daşan, axıb-coşan bu yaradıcılıq çeşməsi bitib-tükənmək bilmir. Zəngin məna çalarlarına malik...

Avşar elinin tarixi

         Fəzlullah Rəşidəddin (“Cəmiəttəvarix”), Yazıçıoğlu Əli (“Səlcuqnamə”) və Əbülqazi Bahadır Xan Xivəliyə (“Şəcəreitərakimə”) görə Avşar adının anlamı “işlərini cəld görən və ova...

Kümçülərə 877 qutu barama qurdu paylanılıb

         Respublikamızda barama istehsalına yüksək dövlət diqqət və qayğısından ruhlanan rayon kümçüləri 2022-ci təsərrüfat ilində  də bu mühüm kampaniyaya böyük həvəslə qoşulublar.

Şəhidlərin xatirəsi əbədiləşdirilib

         Rayonun İmamqulubəyli kəndində Birinci Qarabağ müharibəsi şəhidləri Hidayət Kərimov, Cavanşir Zeynalov, Savalan Kərimov, Yadigar Bəşirov və Röyal Baxşəliyevin xatirələrini əbədiləşdirmək məqsədi...

ZƏFƏR QURULTAYI UĞURLU SİYASƏTİN NƏTİCƏSİDİR

https://www.youtube.com/watch?v=dqfE9owZVPk&t=71s

Kürdəmirdə baş verən avtoqəzada Ağcabədi sakinləri xəsarət alıb

Hadisə bu gün səhər Ağsu-Kürdəmir-İmişli avtomobil yolunun rayonun Atakişili kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, “Mercedes” markalı minik avtomobilinin sürücüsü İmişli...

“Rəqəmsal icra hakimiyyəti”

“Rəqəmsal icra hakimiyyəti” portalı istifadəyə verilib. Portal vətəndaş qəbulu, xidmətlər, elektron iştirakçılıq və məlumatlandırma bölmələri olmaqla 4 istiqamətdə vətəndaşlara xidmət göstərir.

Mehrablıda səyyar qəbul

            Ağcabədi sakinlərinin təklif, müraciət və mövcud problemlərini yerindəcə öyrənib həllini sürətləndirmək məqsədi ilə Ağcabədi Rayon İcra Hakimiyyətinin baçısı Rafil Hüseynov növbəti...

Şərhlər