Şəhid Məkan Qəhrəmanovun atasının təşəbbüsü ilə Qaraxanlı kəndində
salınan Ehsan bağında ağacların əkilməsi davam etdirilir. Rayon və kənd sakinləri,
şəhid ailələri bu təşəbbüsə həvəslə qoşulurlar. Ağcabədi rayon MKS-nin Qaraxanlı
kənd kitabxana filialının əməkdaşları və oxucuları bağda ağac əkilməsini həyata
keçiriblər. Millət vəkili Aqil Abbasın da iştirak etdiyi tədbirdə şəhidlərimizin xatirəsi
yad edilmiş və bağda 100 ədəd müxtəlif meyvə ağacları əkilmişdir.