19.8 C
Aghjabadi

Suvarmada subartezian quyularının imkanlarından geniş istifadə olunur

Rayonda kənd təsərrüfatı əkin sahələrinin suvarma suyu ilə təmin
olunmasında, əhalinin içməli su təchizatında Ağcabədi rayon Subartezian
Quyularının İstismarı İdarəsi də mühüm rol oynayır. Sözügedən idarənin rəisi
Atamoğlan Babayevin sözlərinə görə, kollektiv üzvləri bölgənin Kanalüstü adlanan
ərazisində taxıl, pambıq, yonca və digər əkin sahələrinin, eləcə də həyətyanı torpaq
sahələrinin suvarılmasında yaxından iştirak edir. Rayon Subartezian Quyularının
İstismar İdarəsi bu məqsədlə bölgə ərazisində yerləşən 995 artezian quyusu vasitəsi
ilə xidmət göstərir. Kollektivin səyi ilə rayon üzrə cari ildə 6200 taxıl, 2209 həyatyanı
torpaq, 203 örüş -otlaq, 52 bağ, 1850 bostan-tərəvəz, 450 qarğıdalı, 200 hektar
çuğundur sahələrində suvarma işləri təşkil olunub.
İdarə tərəfindən 2021-ci ilin pambıq mövsümü ilə əlaqədar olaraq, Kanalüstü
ərazilərdə fəaliyyət göstərən istehsalçılara, fermerlərə məxsus 3 min 100 hektar əkin
sahəsinin 2 min hektarından çoxunda arat aparılıb.
Rayon qəsəbə və kəndlərində, şəhər mərkəzində sakinlərin içməli suya olan
tələbatını ödəmək məqsədi ilə 109 subartezian quyusunun imkanlarından istifadə
olunur. Görülmüş tədbirlər nəticəsində bölgədə əhalinin suvarma suyuna və içməli
suya ehtiyacı fasiləsiz ödənilir. Suvarma işləri növbəli şəkildə həyata keçirilir ki, bu
sahədə heç bir problem yoxdur. Qarşıya çıxan problemlər operativ olaraq həll olunur.
Lakin qeyd olunan ərazilərdə quraqlıq səbəbindən yaranan su qıtlığı suvarmada
müəyyən çətinliklər törədir. Buna baxmayaraq, alternativ su mənbəyindən istifadə
etməklə, suvarma işlərində fasilə yaranmasına imkan verilmir.
Görülən işlərdə hər bir kollektiv üzvünün xüsusi əməyi vardır. Hər kəs öz
üzərinə düşən vəzifəni yerinə yetirmək üçün əlindən gələni əsirgəmir. İdarənin
mühəndisləri Ələkbər Əsgərov, Tahir Əliyev, çilingərlərdən Nizami Məmmədov,
Bəhruz Dadaşov, Nicat Qarayev, qaynaqçı Rafiq Hüseynov öz işlərinin öhdəsindən
layiqincə gəlir, tapşırılan işləri vaxtında yerinə yetirirlər.
Atamoğlan Babayev onu da bildirdi ki, rayonun istehsalçıları və fermerlərinə
məxsus əkin sahələri suvarma suyu sarıdan heç bir korluq çəkmir. Sahibkarlar sudan
istifadə haqlarını tələb olunan müddətdə ödəyirlər.

Adil MİSİRLİ

Xəbər lenti

Mənim anam Zəhra müəllimdir

Anamla mən bir-birimizdən çox fərqli insanlarıq. Yox, bəzi oxşarlıqlarımız da var. Məsələn, ondan mənə yazmaq, bir də nəfəs...

Həcər Əliyeva: Müəllim kimi də, qadın kimi də xoşbəxtəm

Əliyeva Həcər Əlinağı qızı Ağcabədidə doğulub. Azərbaycan Pedaqoji Dillər İnstitutunu (İndiki ADU) bitirib. İngilis dili müəllimidir. Hazırda M.F.Axundov adına Ağcabədi şəhər 3...

“Müəllim məni atamın ölümünə görə utanmağa qoymadı…”

 7-ci sinifdə oxuyuram. Qış aylarıdır. Atamın 40-ı təzə çıxıb. Yeni-yeni məktəbə qayıdıb, dərslərə adaptasiya oluram... Azərbaycan dili dərsidir. Müəllim...

Ağcabədi sakinini maşın vurub

Oktyabrın 4-ü, saat 23:00 radələrində, Qaradağ rayonunun ərazisində Saatlı rayon sakini Y.Məmmdəov idarə etdiyi “Chevrolet” markalı avtomobillə yolu keçən Ağcabədi rayon sakini Elşən...

Bu müəllimləri siz də tanıyın

Ötən tədris ilində Ağcabədidən 20 nəfər məzun 600 baldan yuxarı nəticə göstərərək ali məktəblərə qəbul olunmuşdu. “Aran” qəzetində onların hər biri haqqında...

Ağcabədi məktəbliləri Vətən müharibəsinə və Müstəqilliyin Bərpası Gününə həsr edilən məruzələr dinləyiblər

Ağcabədi rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları tərəfindən yeni tədris ilində ümumtəhsil məktəblərində məruzələrin keçirilməsi davam etdirilir. Oktyabr ayında keçirilən məruzələr Vətən müharibəsinin...

Ulu Öndərin arzuları reallığa çevrildi

Azərbaycanın çoxəsrlik dövlətçilik tarixi taleyüklü anlar və məqamlarla zəngindir. Həlledici amil isə liderlik fenomeni, yaxud lider faktorudur. İnkaredilməz həqiqətdir...

Şəhid Anar Cəfərovun anım mərasimi keçirildi

                            44 günlük Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızdan biri də 1977-ci ildə Ağcabədi şəhərində...

Prezident təqaüdünə layiq görülüblər

Prezident İlham Əliyev 2022-2023-cü tədris ilində Azərbaycanın ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam imzalayıb. “Aranqazeti.az”  saytı xəbər...

Elm və təhsil naziri Bərdədə Ağcabədi sakinlərini qəbul edəcək

Elm və təhsil naziri Emin Əmrullayev oktyabrın 27-də Bərdə şəhərində vətəndaşları qəbul edəcək. Qəbulda Bərdə, Ağcabədi, Ağdam, Tərtər, Füzuli, Xocalı, Xocavənd rayonları...

Şərhlər