Vətən müharibəsində canından keçərək şəhidlik zirvəsinə ucalan ağcabədililərin
xatirəsinə həsr olunmuş “Vətənin ölməz oğulları” adlı kitab çap edilib. Kitabın ideyası
və ön sözünün müəllifi Milli Məclisin komitə sədri Tahir Rzayevdir. Kitabda Adil
Misirli, Yəhya Paşazadə, Məhsəti Musa, Tahirə İsaqızı, Mirələm İbrahimov, Vüsalə
Məmmədova, Zəhra İbrahimova, Nazim Əlioğlu və digər müəlliflərin şəhidlərimizin
xatirəsinə həsr edilmiş məqalələri yer almışdır