Güclu Azərbaycan naminə yaranan siyasi partiya

Müstəqilliyini yenicə qazanan Azərbaycan 20-ci əsrin sonlarına yaxın özünün tənəzzül dövrünü yaşayırdı. Sovetlər İttifaqının tərkibindən yenicə ayrılan Azərbaycan bütün sahələrdə məhvolma gerçəkliyi ilə üz –üzə qalmışdı. Birpartiyalı Sovet sistemindən çoxpartiyalı sistemə keçən ictimai təfəkkür çıxış yolunu tapa bilmirdi.
Siyasi partiyalarda dövlətçilik təfəkkürünün tam formalaşmaması, demokratiya adı altında siyasi bohranın dərinləşməsi olkəni məhvə sürükləyirdi. Ölkəmiz üçün belə çıxılmaz vəziyyəti təhlil edən xalqın ağıllı ziyalıları yeni bir partiyanın yaranmasına zərurətin olduğunu bildirdilər.
Bu partiya həm yaranmalı, həm də tale yüklü məsələləri həll etməli, Dövlətçilik təməllərini möhkəmləndirməli idi. Bunun üçün o partiyanın yaradıcısı böyük dövlətçilik təfəkkürünə malik olmalı idi.
O dövrdə belə şəxsiyyət ancaq Ümummilliilli Lider Heydər Əliyev idi. Yalnız belə şəxsiyyətlər tarixi gedişatı dəyişə bilərlər. Tarix Sübut etdi ki, həmin ziyalılar çox düzgün qərar veriblər.
Beləliklə, bu partiya- Yeni Azərbaycan Partiyası Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə yarandı. Və çox böyük tarixi zəfər yolu keçdi.
Yeni Azərbaycan Partiyasının ideologiyasi güclü dövlət, güclü xalq, güclü siyasi hərəkat mexanizmini özündə etiva edirdi. Yeni Azərbaycan Partiyası yaranma əhəmiyyəti , müasir dövlətçiliymizin formalaşmasındakı xidmətlərdir.
Bir vaxtlar Ulu Öndər deyirdi: “Yeni Azərbaycan Partiyasına xidmət etmək dövlətə və xalqa xidmət etməkdir”.
Bütün bunlar onu sübut edir ki, müasir dövlətçiliyimizi Yeni Azərbaycan Partiyasız təsəvvür etmək olmaz.
Partiyanın yeddinci qurultuyanda 6 siyasi partiyanın Yeni Azərbaycan Partiyasına qoşulması bu partiyaya olan inamdan xəbər verir. Ölkədə siyasi partiyaların ləğv olunmadan sayının azalması siyasi proseslərə təsir etmək iqtidarında olan partiyalar üçün daha əlverişli şərait yaradılmasına xidmət edəcəkdir.
44 günlük vətən müharibəsi həm xalqın, həm də başqa siyasi partiyaların Yeni Azərbaycan Partiyasına olan hörmətini və etibarını daha da artırdı. İndi hamı bilir ki dövlətin sükanı etibarlı əllərdədir.

Rövşən Bayramov

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər

Social Media Auto Publish Powered By : XYZScripts.com