“Taxta körpü” qəsəbəsində məskunlaşan arıçılar təsərrüfatlarını doğma torpaqlarında inkişaf etdirməyə hazırlaşırlar

Zəngin floraya malik Laçın rayonu respublikamızda arıçılıq mərkəzlərindən biri sayılırdı. Füsunkar təbiəti, əlverişli iqlimi, zəngin bitki örtüyü burada arıçılığın inkişafını şərtləndirirdi. Odur ki, rayon iqtisadiyyatının əsasını təşkil edən sahələrdən biri də arıçılıq idi. Laçın rayonu Ermənistan silahlı birləşmələri tərəfindən işğal edilənə qədər rayonda 42 min 364 arı ailəsi var idi. Laçın 1992-ci ildə işğal ediləndə rayonun digər sərvətləri kimi, arı ailələri də erməni qəsbkarları tərəfindən talan edildi. Buna baxmayaraq, ölkəmizin müxtəlif bölgələrində məskunlaşan laçınlı məcburi köçkünlər arıçılıq təsərrüfatlarını yenidən quraraq, ata-babadan qalan bu sahəni yaşatmaqdadırlar. Laçın rayonunun 2020-ci il dekabrın 1-də işğaldan azad edilməsi laçınlı arıçıların daha çox sevincinə səbəb olub. Çünki onlar həm 28 il həsrətində olduqları doğma yurdlarına qayıdacaq, həm də arıçılığı daha yaxşı inkişaf etdirəcəklər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Ağcabədi rayonunun Taxtakörpü ərazisində məskunlaşmış laçınlı arıçılar da öz təsərrüfatlarını Laçın rayonunda inkişaf etdirməyi planlaşdırırlar.

Rayonun peşəkar arıçılarından olan Marks Vəliyev bildirib ki, Laçın rayonunun ərazisi arıçılığın inkişafı üçün olduqca əlverişlidir: “Ata-babadan arıçılıqla məşğuluq. Laçın rayonu işğal edildikdən sonra Ağcabədi rayonunun Taxtakörpü ərazisində arıçılığı davam etdirirəm. Bitki örtüyünə və balının keyfiyyətinə görə Laçınla Ağcabədinin fərqi çoxdur. Laçın rayonu arıçılığın inkişafı üçün əvəzolunmazdır. Zəngin bitki örtüyünə malik Laçında istehsal edilən arı məhsullarının keyfiyyəti hər zaman yaxşı olub. Orada istehsal edilən balın ətri də, rəngi də fərqlidir, müalicəvi xüsusiyyəti yüksəkdir. Şükürlər olsun Allaha, Prezidentimizin, müzəffər ordumuzun sayəsində torpaqlarımız işğaldan azad edildi. Laçına qayıdanda təsərrüfatımı daha da genişləndirəcəyəm, arı ailələrinin sayını artıracağam. Eyni zamanda, gənc nəslə arıçılığın sirlərini öyrədəcəyəm ki, ənənəni davam etdirsinlər.

Dövlət tərəfindən arıçılıqla məşğul olan şəxslərə dəstək göstərilməsi sayəsində Laçında bu sahəni yenidən inkişaf etdirmək çətin olmayacaq. Bundan başqa Laçının təbiəti, iqlimi və zəngin bitki örtüyünün də arıçılığın inkişafı üçün əlverişli olması təsərrüfat sahiblərini əlavə xərclərdən azad edəcək. Çünki yaz-yay mövsümündə arı ailələrinin bir ərazidən başqa əraziyə köçürməyə ehtiyac qalmayacaq.

Digər arıçı Hüseyn İsmayılov da Laçın rayonuna qayıtdıqdan sonra arı ailələrinin sayını artıracağını deyir: “Burada 10 arı ailəsi saxlayıramsa, Laçında 60-70 arı ailəsi saxlamağı planlaşdırıram. Artıq buna hazırlaşmağa başlamışam. Əlavə yeşiklər düzəltmişəm”.

Hazırda laçınlı arıçılar arı ailələrinə yaz qulluğu edirlər. Qulluq işlərini vaxtında və düzgün aparmaqla onlar bol məhsulun əsasını qoyurlar. Gövhər Hümbətova bildirib ki, yaz mövsümündə arıçıların arı pətəklərində görəcəyi işlər bol məhsulun əldə olunması baxımından əhəmiyyətlidir. “Arı pətəklərinə baxış günəşli, sakit və havanın temperaturu 15 dərəcədən artıq olan günlərdə aparılmalıdır. Bu zaman pətəyin nəmliyi, ailənin gücü, ana arının varlığı və yaxud səmərəliliyi, işçi arıların, yumurta və sürfənin vəziyyəti, yem ehtiyatı yoxlanılır. Nəmli və zibilli yeşiklər dəyişilir. Arı pətəyinə baxış zamanı ana arıya xüsusi diqqət yetirilməlidir. Əgər sürfələr aralarda boş gözlər olmaqla qoyulubsa, bu, ana arının yaşlılığının və ya səmərəsizliyini göstərir. Yumurta qoyma bacarığı azalmış ana arılar yenisi ilə əvəzlənməlidir, – deyə o qeyd edib.

Yaz mövsümündə pətəklərdə arı xəstəliklərinə tez-tez rast gəlinir. Laçının təcrübəli arıçıları bildirirlər ki, doğma yurdlarında əvvəllər bu cür hallar çox az müşahidə olunurdu. Onlar əmindirlər ki, Laçın rayonuna qayıtdıqdan sonra təbiətin zənginliyinə görə yenə də arıların sağlam inkişafını təmin edə biləcəklər.

Millət vəkilindən mediaya dəstək

Xəbər verdiyimiz kimi, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə olunan məsələlər arasında medianın vergidən azad...

Mehriban Əliyeva Türkiyəyə başsağlığı verib

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Türkiyədə baş vermiş zəlzələ ilə əlaqədar qardaş ölkəyə başsağlığı verib.  "Instaqram" hesabında olan paylaşımda...

Bu gün Xankəndi-Laçın yolunda sülhməramlıların 26 avtomobili maneəsiz keçib

Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus daha 20 avtomobilin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.   "Report"un aksiya keçirilən...

Azərbaycanda qəzet və saytlara verilən maddi yardımlar vergilərdən azad edilir

Aranın xəbərinə görə, bununla bağlı Vergi Məcəlləsinə dəyişiklik təklif olunur. Layihənin qeyd hissəsində əsaslandırılıb...

Azərbaycan və  Macarıstan oxşar cəhətlərə malik ölkələrdir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Macarıstana rəsmi səfəri zamanı Budapeştdə mətbuata bəyanat vermişdir. Bəyanatda qeyd edilir ki, dost ölkələr kimi Azərbaycanla Macarıstan...

Azərbaycanda media subyektlərinin əldə etdikləri gəlirlər vergidən azad olunacaq

Azərbaycanda media subyektlərinin əldə etdikləri gəlirlər vergidən azad olunacaq. "Report"un xəbərinə görə, bununla bağlı Vergi Məcəlləsinə dəyişiklik təklif olunur.

Azərbaycan və Macarıstan münasibətləri yeni inkişaf mərhələsində

Şərqi Avropa ölkələri, o cümlədən Macarıstanla ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişafı ölkəmizin xarici siyasətinin vacib istiqamətlərindən biridir. Bu ölkələr arasında qarşılıqlı səviyyədə...

Türkiyədə zəlzələdə ölənlərin sayı 284 nəfərə çatıb, 2323 nəfər yaralanıb 

Türkiyədəki zəlzələdə ölənlərin sayı 284 nəfərə çatıb. “Aran” xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Fuat Oktay jurnalistlərə açıqlamasında deyib.

Azərbaycan Prezidentinin tapşırığı ilə FHN-in çevik qüvvələri Türkiyəyə yola düşəcək

Bu gün səhər saatlarında Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab...

Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan başsağlığı verib. Aran xəbər verir ki, başsağlığında deyilir:

Şərhlər