16.6 C
Aghjabadi
Bazar ertəsi, Noyabr 29, 2021

Subsidiya qaydalarındakı dəyişiklik və səyyar gübrə satışı fermerlərin işini asanlaşdırır

Ağcabədi rayonunun fermerləri və torpaq mülkiyyətçiləri taxıl sahələrində yaz-tarla işlərini davam etdirirlər. Hazırda payızlıq əkinlərin gübrələnməsi həyata keçirilir.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, 2021-ci ilin məhsulu üçün 29 min 935,3 hektarda taxıl səpilib. Payızlıq səpinin 22 min 224,1 hektarı buğda, 7711,2 hektarı arpadır. Keçən il taxıl zəmilərindən bol məhsul götürən Ağcabədi fermerləri 2021-ci ildə də yüksək məhsuldarlığa nail olmaq əzmindədirlər. Bunun üçün taxıl əkinlərinə aqrotexniki qulluq göstərilir, sahələrə gübrə verilir. Yemləmə gübrələrinin tətbiqi payızlıq taxılın məhsuldarlığını artırmaqla yanaşı, onun keyfiyyət göstəricilərinin yüksəlməsinə də yaxşı təsir göstərir.

Fermerlərə verilən subsidiya qaydalarındakı dəyişiklik və səyyar gübrə satışının aparılması torpaq sahiblərini işini asanlaşdırır. “Aqroservis” ASC Ağcabədi regional nümayəndəliyinin direktoru Elgün Gəraylı bildirib ki, “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”ndakı dəyişikliklərə əsasən, fermerlər aldıqları biohumusun və gübrənin tam dəyərini “Fermer kartı”nın nağdlaşdırılmayan hissəsindəki vəsait hesabına ödəyə bilirlər. Fermerlər taxıl əkinlərinə əsasən ammonium nitrat gübrəsi verirlər. Əvvəllər qiyməti 26 manat 67 qəpik olan bu gübrənin 8 manatı fermer tərəfindən, 18 manat 67 qəpiyi isə dövlət büdcəsi hesabına ödənilirdi. İndi isə tam dəyəri dövlət büdcəsi hesabına “Fermer kartı” vasitəsilə ödənilir. Bundan başqa, “Aqroservis” əməkdaşları kəndlərə və qəsəbələrə gedərək fermer və sahibkarların tələbatlarına uyğun mövsümi gübrələrin satışını həyata keçirir, əksər hallarda mineral gübrələrin fermerin ünvanına kimi ödənişsiz çatdırılmasını təmin edirlər.

Subsidiya qaydalarındakı dəyişiklik və səyyar gübrə satışının aparılması torpaq sahibləri tərəfindən razılıqla qarşılanıb. Hüsülü kənd sakini Natiq Xəlilov deyib: “Əvvəllər gübrənin pulunun bir hissəsini özümüz ödəyirdik. İndi isə ödəniş tam şəkildə kartdan həyata keçirilir. Heç bir pul ödəmədən gübrəni alıb sahəyə verə bilirik. Gübrənin səyyar satışı da çox yaxşıdır. Bəzən olurdu ki, çatdırıb gübrə ala bilmirdik. Məhsuldarlığımız aşağı düşürdü. İndi isə gübrənin satışı kəndimizdə həyata keçirilir. Bunun üçün əlavə vaxt və xərc sərf edib aqroservisə getməyə ehtiyac qalmır. Fermerlərə yaradılan bu şəraitdən razıyam”.

Qeyd edək ki, təsərrüfat sahibləri şənbə və bazar günləri də daxil olmaqla “Aqroservis” ASC-nin istənilən rayon bölməsinə yaxınlaşaraq heç bir əlavə sənəd və vəsait ödəmədən mineral gübrə əldə edə bilərlər. Bununla yanaşı, gübrə və pestisid sifarişlərini operativ qəbul edilməsi və səyyar xidmətlərin keçirilmə ünvanlarının fermerlərin istəyinə uyğun təşkil olunması üçün 1659 nömrəsi fəaliyyət göstərir.

Xəbər lenti

Xatirə bulaq kompleksinin açılışı

Noyabrın 19-da Ağcabədi rayonunun Minəxorlu kəndində Birinci və İkinci Qarabağ müharibələrində qəhrəmancasına həlak olan 11 nəfər Minəxorlu şəhidlərinin xatirəsini əbədiləşdirən bulaq kompleksinin...

Şəhadətə ucalmasından bir il ötdü

Noyabrın 22-də Ömər Rəhimlinin şəhidliyə qovuşmasının ildönümü mərasimi onun doğulub boya-başa çatdığı Hindarx qəsəbəsində qeyd edilmişdir. Mərasimdə rayon icra...

Ödənişsiz müayinə aksiyası

Gənclər üçün Təhsil Mərkəzi Qarabağ regional ofisi nəzdində fəaliyyət göstərən “İnklüziv Təhsil və Uşaq İnkişaf Mərkəzi”ndə “Green zone” sağlamlıq və estetika mərkəzinin...

Həsən Quliyevin xatirəsi anıldı

Noyabrın 21-də Ermənistan işğalçıları ilə gedən qızğın döyüşlərdə qəhrəmancasına həlak olan şəhid Həsən Quliyevin ildönümü onun doğulduğu və dəfn olunduğu doğma Sarvanlar...

ELAN – Ağcabədi rayonunda məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi vəzifəsinə işə qəbul üzrə MÜSABİQƏYƏ start verilir

15 noyabr 2021-ci il tarixdən tərbiyəçilərin işə qəbulu üzrə müsabiqə üçün elektron qeydiyyat prosesinə başlanılır. Elektron qeydiyyat prosesi 15 noyabr – 01...

Laçın rayonu əhəmiyyətli geostrateji mövqeyə malikdir

Laçın rayonu 1930-cu ildən inzibati ərazi vahidi statusu alıb. Azərbaycan Respublikasının füsunkar guşələrindən biri olan Laçın rayonu ölkəmizin cənub-qərbində, Kiçik Qafqazda yerləşir. Rayonun...

Nə yazdığınızı bilirsiniz?

                                                Yenə də məsələnin əslindən xəbəri olmayan jurnalistlərin hay-küyü, yenə də özlərini  müdafiəçi kimi göstərərək reytinq toplamaq istəyi...

Bənövşəyi eşqim

  Qəmər  Ayatam Qəmər Ayatam yazıçılıq iddiasında olmayan, sadəcə düşüncələrini, yaşadıqlarını qələmə almaqdan rahatlıq tapan bir xanımdır. O qədər...

Ağcabədidə tütün məmulatı oğurlayan şəxs saxlanılıb

Ağcabədi rayonunda mağazaların birindən 1500 manat dəyərində tütün məmulatı oğurlamaqda şübhəli bilinən şəxs tutulub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən...

Silsilə tədbirlər

Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 29-cu ildönümü münasibətilə YAP Ağcabədi rayon təşkilatı tərəfindən silsilə tədbirlər keçirilib. YAP üzvü olmuş...

Şərhlər