2.7 C
Aghjabadi

Müharibədən zərərçəkmiş ərazilərdə yaşayan 2200 uşağa psixoloji yardım göstərilib

Müharibədən zərərçəkmiş ərazilərdə yaşayan uşaqlara “Fövqəladə hallarda uşaq müdafiəsi layihəsi” çərçivəsində ASAN könüllüləri tərəfindən əlavə dəstək fəaliyyətlərinin icrasına başlanılıb. Bu fəaliyyətlər BMT-nin Uşaq Fondunun (UNICEF) Azərbaycan Nümayəndəliyinin fövqəladə hallarda uşaqlar üçün nəzərdə tutulmuş oyun proqramı və müvafiq oyuncaq dəstləri əsasında peşəkar psixoloqların müşayiəti ilə onların asudə vaxtlarını səmərəli keçirmələri üçün təşkil edilir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, “ASAN Könüllüləri” Təşkilatı və UNICEF-in Azərbaycan Nümayəndəliyinin birgə təşkilatçılığı, tərəfdaşların dəstəyi ilə müharibədən zərərçəkmiş ərazilərdə yaşayan psixi sağlamlıqlarına risk yaranmış uşaqlara psixo-sosial dəstək işinin gücləndirilməsi üçün icra edilən “Fövqaladə hallarda uşaq müdafiəsi layihəsi” çərçivəsində 2200 uşağa psixoloji yardım göstərilib.

Layihə silahlı münaqişə zamanı narahatlıq və qorxu keçirən uşaqlara psixoloji və psixo-sosial dəstəyin göstərilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Layihə əsasən Gəncə şəhəri, Ağdam, Goranboy və Tərtər rayonlarının ən çox zərərçəkmiş ərazilərində yaşayan ailələri əhatə edir. O cümlədən 2020-ci ilin noyabr ayından şəhid hərbçilərin və həlak olan mülki şəxslərin ailələrinin övladlarında travmatik və ya stresli hadisə yaşamasından sonra müşahidə olunan simptomların kəskinliyinin qiymətləndirilməsi və psixososial reabilitasiya işinə başlanılıb.

Təşkilatçılar tərəfindən bu layihəyə cəlb olunmuş peşəkar psixoloq və sosial işçilər üçün beynəlxalq təcrübənin tədris olunması məqsədilə xüsusi proqram, o cümlədən travma sonrası psixoloji vəziyyətin müəyyənləşdirilməsi, kədər, itki, hüzünlə bağlı uşaqlarda güclü reaksiyanın riskləri ilə bağlı təlimatlar üzrə metodiki kurslar təşkil edilib.

Bu günə kimi layihə çərçivəsində qeyd olunan ərazilərində yaşayan 1200-dən çox ailə ziyarət edilib və 2200-dən çox uşağa ilkin psixoloji yardım işi təşkil olunub. İlkin psixoloji yardım göstərilmiş uşaqların 40 faizinə ehtiyacı üzrə əlavə psixoloji müdaxilə işləri həyata keçirilir və bu fəaliyyətlərin 2021-ci ilin aprel ayınadək davam etdirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, 26 ASAN könüllüsü UNICEF-in fövqəladə hallarda uşaqlar üçün nəzərdə tutulan istirahət və əyləncə fəaliyyətləri üzrə bələdçiyə əsasən təlim keçib və Bərdə, Ağcabədi, Ağdam, Tərtər, Gəncə və Goranboy şəhərlərində 2500dən çox uşağın iştirakı ilə fəaliyyətlər həyata keçirib.

Xəbər lenti

Mən Şuşadan gəlirəm -2

                                       Artıq dekabr ayıdır. Amma mən sizə avqust ayında baş tutmuş bir səfərimdən...

Xolesternlə necə mübarizə aparmalı? – MÜTƏXƏSSİS YANAŞMASI

Xolestern bir lipid, yəni bir yağ növüdür. Heyvan mənşəli qidalarda və bütün hüceyrələrdə olan şam quruluşunda yağ kimi maddələrdir. Yüksək xolesterin isə...

İnkişaf Qələbənin əsasıdır

 “Azadlıq meydanında paradlar çox keçirilib. Ancaq bu paradın xüsusi önəmi var. Bu, Zəfər paradıdır. Bu, tarixi hadisədir. Bu tarixi günün şahidi bizik,...

“Niva” “Ford Transit”lə TOQQUŞDU- Sürücü öldü

Dekabrın 4-də saat 2 radələrində Ağcabədi rayonunun Aşağı Avşar kəndi ərazisində Ağdam rayon sakini Məhəmməd Hüseynzadənin idarə etdiyi “Niva” və Ağcabədi şəhər...

Ağcabədidə ” 3 Dekabr -Beynəlxalq Əlillər Günü” qeyd olundu

Ağcabədidə " 3 Dekabr -Beynəlxalq Əlillər Günü" qeyd olunduAğcabədi rayonunda " 3 Dekabr Beynəlxalq Əlillər Günü"nə həsr olunmuş...

Ağcabədidə 3 dekabr – Beynəlxalq Əlillər Günü münasibəti ilə tədbir keçirilib

Ağcabədi rayonunda 3 dekabr - Beynəlxalq Əlillər Günü münasibətilə Gənclər üçün Təhsil Mərkəzi (GTM) Qarabağ Regional ofisi,Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Ağcabədi filialının birgə əməkdaşlığı ilə tədbir keçirilib. 

Ağcabədidə “Təhlükəsiz Həyat” gənclər arasında maarifləndirici tədbirlər layihəsi keçirilmişdir

   Ağcabədi rayonunda Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin təşkilatı dəstəyilə “Aydınlar Ocağı” humanitar ictimai birliyi tərəfindən “Təhlükəsiz Həyat” gənclər arasında maarifləndirici...

Köyük kəndində səyyar qəbul keçirilib

Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun dekabr ayı üzrə ilk, 2022-ci il üçün isə növbəti səyyar qəbulu Köyük kəndində keçirilib. Qəbulda rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, kənd sakinləri...

Əhməd Cavadın 130 illik yubileyi qeyd olunub

Noyabrın 24-də ADPU-nun Ağcabədi filialında görkəmli Azərbaycan şairi və ictimai xadimi Əhməd Cavadın anadan olmasının 130 illik yubiley tədbiri keçirildi.

Müasir poeziyamızda Qarabağ hadisələrinin və qələbəmizin bədii əksi

      Bütövlüyün, vəhdətin izini, bəlkə də, sərhədlərdən silmək olar, amma yadlaşlardan, qandan yox. Odur ki, bu xalqın yaddaşından silinməyən, “böyük bir həsrət...

Şərhlər