31 Mart Azərbaycanlıların Soyqrımı Günüdür – “Tarix unudulmur”

Ağcabədi rayon MKS-də 31 Mart Azərbaycanlıların Soyqrımı günü ilə əlaqədar xüsusi tədbirlər planı hazırlanıb, sisilə tədbirlər həyata keçirilibdir. Mərkəzi Kitabxanada və kitabxana filiallarında faciəni əks etdirən foto-stend və sərgilər təşkil edilib, soyqırıma həsr edilmiş video-çarxlar hazırlanıb. Mərkəzi kitabxanada keçirilən “Tarix unudulmur” başlıqlı tədbir pandemiya şəraitinə uyğun olaraq məsafə saxlanılmaqla təşkil olunub. Tədbiri giriş sözü ilə MKS-nin direktoru M.Əliyeva açıb. Soyqrım qurbanlarının xatirəsi, eləcə də torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş bütün şəhidlərin ruhu 1 dəqiqəlik sükutla yad edilib. M.Əliyeva bildirib ki, 31 Mart Dünya Azərbaycanlıları kədər və hüzn, tarixi yaddaş günü kimi qeyd edirlər. Ulu öndər Heydər Əliyevin 26 mart 1998-ci il  tarixli “31 mart Azərbaycanlıların Soyqırımı haqqında” fərmanı ilə 31 mart Azərbaycanlıların Soyqırım günü elan edilmişdir.

Daha sonra MKS-nin direktor müavini T.Məmmədova son 200 ildə azərbaycanlıların başına gətirilən faciələrin xronologiyasını bir daha diqqətə çatdırdı. Tədbirdə çıxış edən Xidmət şöbəsinin müdiri İ.Musayeva, Metodika şöbəsinin Biblioqrafı D.Həsənova, Biblioqrafiya proseslərinin Avtomatlaşdırılması şöbəsinin İnformasiya texnologiyaları üzrə mütəxəssisi A.İsayeva ermənilərin zaman zaman başımıza gətirdikləri faciədən söz açdılar, Azərbaycanlılara qarşı törədilmiş bu vəhşilikləri unutmamağın, zaman-zaman gələcək nəsillərə çatdırmağın vacibliyini vurğuladılar.

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər