31 Mart 2021-ci il tarixdə rayon Şəhidlər Xiyabanında 31 Mart soyqırımı qurbanlarının xatirəsinə həsr edilmiş anım tədbiri keçrilib.Tədbirdə Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, rayon hüquq-mühafizə orqanları, idarə və müəssisələrin rəhbərləri, yerli icra hakimiyyəti, bələdiyyə nümayəndələri, ziyalılar, şəhid ailələrinin üzvlərini iştirak ediblər. Tədbir iştirakçıları I və II Qarabağ müharibəsi şəhidlərinin məzarlarını ziyarət edib, onların qəbirləri üzərinə tər çiçək dəstələri qoyublar. Sonda şəhidlərin ruhuna dualar oxunub.
