COVİD-19 əleyhinə vaksinasiya tədbirləri davam etdirilir

Respublikamızın hər yerində olduğu kimi Ağcabədi rayonunda da koronavirus pandemiyası əleyhinə vaksinasiya kampaniyası davam etdirilir. Qeyd edək ki, vaksinasiya tədbirləri bayram günlərində də həyata keçirilib. Rayon üzrə COVİD-19-a yoluxma sayında hələ ki, artım müşahidə olunmayıb. Peyvənd kampaniyası dövründə vətəndaşlar tərəfindən hər hansı bir problemlə bağlı müraciət daxil omayıb. Bunu RMX-nin şöbə müdiri, vaksinasiya kompaniyasının rəhbəri Sabir Məhərrəmov söyləyib. O, bildirib ki, vaksinasiya tədbirlərində ən çox 50 yaşından yuxarı şəxslər iştirak edib. Peyvənd olunan şəxslər əvvəlcə hərtərəfli həkim müayinəsindən keçir və yoxlanılır.

Rayon üzrə vaksinasiyada Poladlı, Cəfərbəyli, Şənlik, Qaravəlli, Şahsevən Təzəkənd, Qaradolaq kənd sakinləri xüsusilə fəallıq göstəriblər. Şöbə müdirinin qeyd etdiyi kimi, rayonda birinci və ikinci doza üzrə vaksinasiya olunanların sayı 11 000 nəfəri keçib. Rayon əhalisinin 50 yaşdan yuxarı hissəsinin 70 faizində artıq peyvəndləmə aparılıb.

Bu günə qədər rayonda 3 000 nəfərdən çox vətəndaş ikinci doza üzrə vaksinasiya ilə əlaqədar rayon mərkəzi xəstəxanasına müraciət edib. Vaksinasiya tədbirləri bundan sonra da davam etdiriləcəkdir.

“ARAN”

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Əvvəlki məqaləBu yol canımızdan keçir
Növbəti məqalədəƏsl qəhrəmanlıq nümunəsi

Şərhlər