Onlayn konfrans keçirilib

YAP Ağcabədi rayon təşkilatı tərəfindən 31 Mart Azərbaycanlıların soyqırımı günü münasibətilə onlayn konfrans keçirilib. Konfransı giriş sözü ilə açan YAP Ağcabədi rayon təşkilatının aparat rəhbəri Nazim Bünyadov soyqırım haqqında ətraflı məlumat verdi. Daha  sonra Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin şöbə müdiri Əlizadə Nəcəfov, Gənclər və İdman İdarəsinin sədr müavini Eldəniz Qənbərov, Heydər Əliyev Mərkəzinin direktor əvəzi Rövşanə Əliyeva və digərləri çıxış edərək mart soyqırımı ilə bağlı fikirlərini bölüşdülər.

Şərhlər