29.8 C
Aghjabadi
Şənbə, İyun 25, 2022

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi Ağcabədidə iki kafeni cərimələdi

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən qanunvericiliyin tələblərinə, həmçinin Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydlər davam etdirilir.

AQTA-dan NOCOMMENT.az -a verilən məlumata görə, nəzarət tədbirləri çərçivəsində 31 martda ölkə üzrə 474 ictimai iaşə obyektində 810 monitorinq keçirilib.

Monitorinqlər zamanı 25 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar olunmuş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Uyğunsuzluqlar aşkar edilən ictimai iaşə müəssisələri aşağıdakılardır:

1. Bakı şəhəri, Binəqədi ‎rayonu, Binəqədi şossesi ünvanında yerləşən, fiziki şəxs Məmmədov Asif Kamal oğluna məxsus kafe;

2. Bakı şəhəri, Yasamal ‎rayonu, Şərifzadə küçəsi 44 ünvanında yerləşən, fiziki şəxs Hacıyev Mirələkbər Seyidəhməd oğluna məxsus kafe;

3. Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi ilə Qara Qarayev prospektinin kəsişməsində yerləşən, fiziki şəxs Qəhrəmanlı Orxan Azik oğluna məxsus “Laçın” kafesi;

4. Bakı şəhəri, Xətai rayonu, N. Tusi küçəsi, ev 2980 ünvanında yerləşən, fiziki şəxs Qaraşov Əfqan Böyükkişi oğluna məxsus “Şəlalə” restoranı;

5. Bakı şəhəri, Xətai ‎ rayonu, Əhmədli ŞTQ, Gəncə prospekti, ev 2980 ünvanında yerləşən, fiziki şəxs Həsənov Nizami Həsən oğluna məxsus “Uluxanlı” kafesi;

6. Bakı şəhəri, Xətai ‎ rayonu, Gəncə prospektində yerləşən, fiziki şəxs Məmmədov Nurlan Gündüz oğluna məxsus çay evi;

7. Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi 41 ünvanında yerləşən, fiziki şəxs Əmiraslanlı İlkin Əhməd oğluna məxsus “İlmazlı” restoranı;

8. Bakı şəhəri, Nizami rayonu, Babək prospekti ev 38Q ünvanında yerləşən, fiziki şəxs Sevindik Hüseynov Hüseyn oğluna məxsus “Alanayalı” dönər və lahmacun evi;

9. Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi, ev 19 ünvanında yerləşən, fiziki şəxs Həsənov Fəxrəddin Qədir oğluna məxsus restoran;

10.Bakı şəhəri, Xətai rayonu, Ə. Şirvani küçəsi, ev 2 ünvanında yerləşən, fiziki şəxs Ziyad Əliyev Eldar oğluna məxsus kafe;

11. Bakı şəhəri, Xətai rayonu, Hadi və Sarayevo küçələrinin kəsişməsində yerləşən, fiziki şəxs Şöhrət Babaşov Adışirin oğluna məxsus “Pakdad” kafesi;

12. Bakı şəhəri, Nərimanov rayonu, Ə. Əliyev və F. Xoyski küçələrinin kəsişməsində yerləşən, fiziki şəxs Əlibalayev Şəmsi Qurban oğluna məxsus kafe;

13. Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli AB yaşayış massivi, ev 6 ünvanında yerləşən, fiziki şəxs Rüstəmov Nofel Əmiraslan oğluna məxsus kafe;

14. Bakı şəhəri, Sabunçu ‎rayonu, Sülh küçəsi 1 ünvanında yerləşən, fiziki şəxs Beydullayev Ceyhun Çələbi oğluna məxsus kafe;

15. Bakı şəhəri, Xəzər ‎rayonu, Mərdakan ŞTQ, ev 51a ünvanında yerləşən, fiziki şəxs Ramazanov Ramil Akif oğluna məxsus “Sunrise” restoranı;

16. Bakı şəhəri, Nəsimi rayonu, Həzi Aslanov küçəsi 101 ünvanında yerləşən, fiziki şəxs Salmanova Səbinə Etibar qızına məxsus “Road cafe pub” restoranı;

17. Bakı şəhəri, Səbail ‎rayonu, Neftçilər prospekti, ev 145 ünvanında yerləşən, fiziki şəxs Əskərov Eldar Əfqan oğluna məxsus kafe;

18. Sumqayıt şəhəri, 5-ci mikrorayon ünvanında yerləşən fiziki şəxs Fəracov Elvin Nizami oğluna məxsus “TT pub” kafesi;

19. Bakı şəhəri, Binəqədi rayonu, M. Rəsulzadə ŞTQ, Faiq Rüstəmov küçəsi, ev 18C ünvanında yerləşən, fiziki şəxs Abdullayev Samir Oqtay oğluna məxsus “İron” mehmanxanasının tərkibində fəaliyyət göstərən restoran;

20. Ağcabədi rayonu, Qaravəlli kəndində yerləşən, fiziki şəxs Gülmalıyev Vüqar Tapdıq oğluna məxsus kafe;

21. Ağcabədi rayonu, Qaravəlli kəndində yerləşən, fiziki şəxs Abasquliyev Əbülfəz Abasqulu oğluna məxsus “Körpü” kafesi;

22. Şirvan şəhəri, Şıxbalaoğlu küçəsində yerləşən, fiziki şəxs Zəkiyev Ağacəfər Miri oğluna məxsus kafe;

23. Ağsu rayonu, Üzeyir Hacıbəyov küçəsində yerləşən, fiziki şəxs Mənəfov Rabil Ağasən oğluna məxsus çayxana;

24. Gəncə şəhəri, Əliyev prospekti 87 ünvanında yerləşən, fiziki şəxs Həsənov Fuad Azər oğluna məxsus kafe;

25. Ağstafa rayonu, Əliyev prospektində yerləşən, fiziki şəxs Mirzəyev Səttar Eldar oğluna məxsus kafe.

Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda respublika üzrə AQTA müfəttişləri tərəfindən monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.

Xəbər lenti

26 İyun Azərbaycan Silahlı Qüvvələri Günüdür

1918-ci il mayın 28-də müstəqilliyini elan etmiş Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşamasına baxmayaraq, ölkədə ordu quruculuğu sahəsində əhəmiyyətli addımlar ata...

“Şuşa ili”nə həsr olunmuş tədbir maraqla qarşılanıb

Ağcabədi Rayon Heydər Əliyev Mərkəzinin təşəbbüsü və təşkilatçılığı, "Ələk" ədəbi məclisi, Ağcabədi şəhər Uşaq İncəsənət Məktəbi, Qarabağ Muğam Mərkəzi və Ağcabədi Rayon...

Dövlətçiliyin və Xalqın xilaskarı

Azərbaycanın Xalqının Ümummilli Lideri Heydər Əlirza oğlu Əliyev  tarixə öz adnını qızıl həriflərlə yazmış dahi sərkərdə olmuşdur. Heç şübhəsiz ki, Ulu...

“Qəbələ”nin kapitanı: “Valideynlərim futbola getməyimə ancaq bir şərtlə razılaşmışdılar ki…” – MÜSAHİBƏ

Saytımızda bu gündən etibarən "TAM ŞƏXSİ" rubrikasına start veririk. Sözügedən rubrikada tanınmış futbolçularla onların futbol karyerası və ailə həyatına dair müsahibələrə yer...

Təbrik edirik!

            Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 22 iyun 2022-ci il tarixli Sərəncamı ilə respublikamızda bir qrup dövlət qulluqçusu “Dövlət qulluğunda fərqlənməyə görə”...

23 İyun Dövlət Qulluqçularının peşə bayramıdır

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25 may 2006-cı il tarixli Sərəncamına əsasən hər il İyunun 23-ü dövlət qulluqçularının peşə bayramı günü kimi...

Yerli idarəetmədə yeniliyin ünvanı

Dövlətin istəyi reallaşır, vətəndaş məmnun qalır Ağcabədi ölkənin böyük iqtisadi potensiala, əmək ehtiyatlarına malik rayonlarındandır. Bu diyarın torpağı münbit,...

Aran kəndində səyyar qəbul keçirilib

            Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə icra və idarəetmə orqanlarının rəhbərləri tərəfindən vaxtaşırı yerlərdə səyyar qəbullar keçirilir, vətəndaşların problemlərinin həlli...

Azərbaycan Milli Kitabxanasının direktoru , həmyerlimiz CENL toplantısında çıxış edib

Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov Ankarada Prezident Kitabxanasında keçirilən CENL toplantısında çıxış edib. Kitabxanadan bildirilib ki, Avropa Milli...

Azərbaycanda qanunsuz ağackəsmə ilə bağlı cinayət işi başlanılıb

Azərbaycanda qanunsuz ağackəsmə ilə bağlı cinayət işi başlanılıb. Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Şərhlər