Şəhər mərkəzində yaşıllaşdırma işləri geniş vüsət alıb

Son vaxtlar Ağcabədi şəhəri ərazisində yaşıllıq zolaqlarının salınması işləri genişlənib. Bu baxımdan, Xocalı faciəsi qurbanlarının xatirəsinə Mingəçevir-Bəhrəmtəpə yolu istiqamətində, eləcə də rayon Şəhidlər Xiyabanı qarşısında müxtəlif ağac növlərinin əkilməsi xüsusi önəm kəsb edib. Bundan başqa, şəhərin Xətai, Üzeyir Hacıbəyli, Nəriman Nərimanov, Səməd Vurğun küçə və prospektlərində, “Taxta körpü” qəsəbəsi istiqamətində yeni istifadəyə verilmiş magistral yol boyu müxtəlif çeşidli həmişəyaşıl və meyvə ağacları əkilməsi də diqqəti çəkir.

            Həmin ağacların suvarılması da daim diqqət mərkəzində saxlanılır. Yeni salınmış yaşıllıqlar şəhər mərkəzinə xüsusi gözəllik bəxş edib.

            Şəhər ərazisində yerləşən küçə və meydanlara, magistral yolların kənarlarında yaşıllaşdırma tədbirləri davam etdirilir.

Şərhlər