14.6 C
Aghjabadi
Çərşənbə, May 25, 2022

Azad olunan ərazilərin zəngin su ehtiyatları ölkə sənayesi və kənd təsərrüfatı üçün xüsusi əhəmiyyət kəsb edir

Yeraltı və yerüstü sərvətləri, təbiəti ilə zəngin olan Qarabağ torpaqları 30 il ərzində erməni vandalizminə məruz qalmış, xalqımıza, dövlətimizə qarşı cinayət törədilmişdir. Ali Baş Komandan İlham Əliyevin göstərişi ilə rəşadətli ordumuz işğal altında olan ərazilərin geri qaytarılmasına, ölkəmizin bütövlüyünün bərpa edilməsinə nail oldu. Bu şanlı qələbə sayəsində regionun əsas problemi öz həllini tapdı. İndi qarşıda duran başlıca vəzifə illərdir erməni tapdağı altında olan torpaqlarda baş vermiş dağıntıları bərpa etmək, tikib-qurmaqdır.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Dövlət Aqrar Universitetinin kafedra müdiri, professor Azad Bayramov söyləyib.

O qeyd edib ki, azad olunan ərazilərin bərpası və inkişafı istiqamətində dövlət tərəfindən həyata keçiriləcək tədbirlər və həmin rayonların iqtisadi potensialı ölkəyə, xüsusilə də qeyri-neft sektoruna yerli və xarici investisiyaların cəlb olunmasına təkan verəcək.

“İşğaldan azad olunan ərazilərin zəngin su ehtiyatları ölkənin sənayesi və kənd təsərrüfatı üçün xüsusi əhəmiyyət kəsb edir. Düşmən o torpaqlarda hidrotexniki qurğuları da tamamilə sıradan çıxarıb. Hazırda hidrotexniki qurğuların bərpası və suvarma işinin təşkili ilə bağlı planlar həyata keçirilir”, – deyə Azad Bayramov bildirib.

Onun sözlərinə görə, Sərsəng su anbarı respublikanın 6 rayonunda (Tərtər, Ağdam, Bərdə, Goranboy, Yevlax və Ağcabədi) 100 min hektara yaxın torpaq sahəsini suvarma suyu ilə təmin etməyə imkan yaradacaq. Azad olunan ərazilərimizdə Sərsəng su anbarından başqa ümumi tutumu 80 milyon kubmetr olan digər su anbarları da var. Onların da ölkə təsərrüfatına qatılması əlavə 15 min hektar torpaq sahəsinin suvarılmasına şərait yarada bilər. Bundan əlavə, Cəbrayıl və Zəngilan ərazisində yerləşən Xudafərin su anbarının azad olunması 75 min hektar yeni ərazinin suvarılması və mövcud suvarılan ərazilərin su təminatının yaxşılaşdırılması deməkdir.

Azad Bayramov qeyd edib ki, azad olunmuş ərazilərdə böyük müalicə əhəmiyyəti olan 120-dək mineral su yataqları da var. Bunların içərisində Kəlbəcər rayonunda Yuxarı və Aşağı İstisu, Bağırsaq, Keşdək, Laçın rayonunda İlıqsu, Minkənd, Şuşa rayonunda Turşsu, Sırlan və başqa mineral su yataqlarını xüsusi qeyd etmək lazımdır.

“Dövlət başçısı İlham Əliyevin də dediyi kimi, “Biz işğaldan azad olunan bütün şəhərləri, rayonları yenidən dirçəldəcəyik. Bu rayonların bərpası ilə bağlı böyük planlarımız var. Artıq, bu planlar reallaşır, infrastruktur layihələri icra edilməyə başlayır”. Bir sözlə, əminliklə deyə bilərik ki, azad olunmuş torpaqların dirçəldilməsi istiqamətində atılan addımlar, görülən işlər bölgənin inkişafında mühüm rol oynayacaq”, – deyə Azərbaycan Dövlət Aqrar Universitetinin kafedra müdiri əlavə edib.

Xəbər lenti

Azərbaycan-Litva münasibətləri yüksələn xətlə inkişaf edir

     Tarixin hansı mərhələsində olursa-olsun, dünyanın siyasi xəritəsində meydana çıxan yeni müstəqil dövlət ayaq üstə qalmaq üçün bir-birindən çətin sınaqlarla üz-üzə gəlir....

Ümumrayon yığıncağı keçirilib

May ayının 21-də Ağcabədi rayon Mədəniyyət Mərkəzində bölgə  ərazisində ideoloji maarifləndirmə işini həyata keçirən təbliğat qrupu üzvlərinin iştirakı ilə ümumrayon yığıncağı keçirilib.

Bu gün onların peşə bayramıdır

Mayın 23-ü Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramıdır.  Bu münasibətlə 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları ulu...

“Fədakarlar bir amalın uğrunda” kitabının təqdimatı keçirilib

Mayın 21-də Nizami Kino Mərkəzində Mədəniyyət Nazirliyi tabeliyində Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin sektor müdiri,  Azərbaycan Jurnalistlər Birliyinin üzvü Aydın Tağıyevin...

Azərbaycan sülhə, təhlükəsizliyə və sabitliyə sadiqdir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevmayın 18-də Litva Prezidenti Gitanas Nausadının ölkəmizə səfəri ilə əlaqədar mətbat üçün bəyanat verib.  Ölkə Prezidenti bildirib...

“Çempionumuz” layihəsi çərçivəsində növbəti görüş

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan İdman Könüllüləri İctimai Birliyi tərəfindən təsdiq edilmiş birgə əsasnaməyə müvafiq...

Deyimlərimiz, kəlamlarımız

         Bədii yaradıcılıq xalqımızın ruhunda, canındadır. Lap qədimdən bu günə qədər qaynayıb-daşan, axıb-coşan bu yaradıcılıq çeşməsi bitib-tükənmək bilmir. Zəngin məna çalarlarına malik...

Avşar elinin tarixi

         Fəzlullah Rəşidəddin (“Cəmiəttəvarix”), Yazıçıoğlu Əli (“Səlcuqnamə”) və Əbülqazi Bahadır Xan Xivəliyə (“Şəcəreitərakimə”) görə Avşar adının anlamı “işlərini cəld görən və ova...

Kümçülərə 877 qutu barama qurdu paylanılıb

         Respublikamızda barama istehsalına yüksək dövlət diqqət və qayğısından ruhlanan rayon kümçüləri 2022-ci təsərrüfat ilində  də bu mühüm kampaniyaya böyük həvəslə qoşulublar.

Şəhidlərin xatirəsi əbədiləşdirilib

         Rayonun İmamqulubəyli kəndində Birinci Qarabağ müharibəsi şəhidləri Hidayət Kərimov, Cavanşir Zeynalov, Savalan Kərimov, Yadigar Bəşirov və Röyal Baxşəliyevin xatirələrini əbədiləşdirmək məqsədi...

Şərhlər