İBRAHİM KƏBİRLİ

(1928-1980)

İbrahimov İbrahim İsmayıl oğlu  1928-ci ildə Ağcabədi rayonunun Kəbirli kəndində anadan olub. Uzun müddət xüsusən, müharibə dövründə banditizmə, qaçaq-quldura qarşı kəskin mübarizə aparıb. Keçmiş SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin məsul işçisi olub. Ədəbi yaradıcılığa 1938-ci ildən başlayıb. 1957- ci ildə “Səhralar çiçəklənir” adlı iri həcmli poeması “Stalin” mükafatına təqdim edilib, amma bir sıra səbəblərdən mükafatı almayıb. Ömrünün sonuna qədər M.Qorki adına Moskva Ədəbiyyat İnstitutunda Azərbaycan SSR üzrə kurator işləyib. 30-dan çox kitabı dərc olunub. Şeirləri Azərbaycan, rus, alman, ingilis, fransız, çin, yapon, ərəb dillərində dərc edilib.

Əsərləri:

I. “Səadət nəğməsi”, B., “Uşaqgəncnəşr”, 1949, 52 s. 10 000 nüs.

2, “Şeirlər”, B., “Uşaqgəncnəşr” 1950, 32 s, 14 000 nüs.

3, “İbrahimov İ.İ. ( tərcümə N.Vasilenko)”, “Ulduz”, B., 1950. 240 s, 20 000 nüs.

4. “Səhralar çiçəklənir”, B., “Uşaqgəncnəşr”, 1953, 80 s, 30 000 nüs.

5. “İmtahan”, B.,”Azərnəşr”, 1957, 72 s.  20 000 nüs.

6, “Özümə dost gəzdim”. B., “Uşaqgəncnəşr”, 1960, 92 s. 10 000 nüs.

7. “Adsız adam” B., “Azərnəşr”, 1963, 89 s. 20 000 nüs.

8.  “Ürəyə düşən izlər” B.,”Azərnəşr”, 1965, 148 s, 18 000 nüs.

9. “Açıq ürək” B., Azərnəşr”, 1970, 236 s. 30 000 nüs.

10. “Sevmək üçün yaşayıram” B., “Gənclik”, 1974, 138 s. 15 000 nüs.

11. “İnsan sevinir” B., “Azərnəşr”, 1977, 177 s. 18 000 nüs.

12. “Mənim qismətim” B., “Gənclik”, 1979, 140 s. 10 000 nüs.

13. “Səni səsləyirəm” B., “Azərnəşr”, 1980, 67 s, 15 000 nüs.

14. “Sənə arxayınam” B., “Yazıçı”, 1981, 304 s, 12 000 nüs.

15. “Ürəyimdən eşitmişəm” B., “Yazıçı”, 1989, 181 s, 15 000 nüs.

16. “Ürəyimlə görürəm”. B., “Yazıçı”, 1981, 144 s, 12 000 nüs.

17, “Ürəyinə yatırammı” B., “Gənclik”, 1971, 198 s, 10 000 nüs.

18. “Ürək pünhan sevinmir”. B., “Azərnəşr”, 247 s, 18 000 nüs.

19. “İbrahim Kəbirli (tərcümə Dostoyevski F.M.)” B., “Gənclik” 1977, 180s, 15 000 nüs.

AHIL OLMAZ

                                             Xasiyyətlər mənə tanış…

                                               Əlim yanmış, dilim yanmış,

                                               Əsillərdən yaxşı yapış,

                                               Əsil insan paxıl olmaz,

                                               paxıl olmaz.

                                               Yıxılana əl uzatdım,

                                               Sevincimə sevinc qatdım.

                                               Ömür bəzər doğru addım,

                                               Haqq yol tutan zayıl olmaz,

                                               zayıl olmaz.

                                               İbrahiməm, ağlım kəsən

                                               Mənalara inandım mən.

                                               Paxıllıqdan uzaq gəzən

                                               Yüz il yaşar, ahıl olmaz,

                                              ahıl olmaz!..

Şərhlər