Qida təhlükəsizliyi tədbirləri genişləndirilir

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Ucar Regional Bölməsi 1 iyul 2018-ci il tarixdən fəaliyyətə başlayıb. Ucar Regional Bölməsi 9 bölgəni Xocavənd, Laçın, Cəbrayıl, İmişli, Füzuli, Beyləqan, Ağcabədi, Ucar, Zərdab rayonlarını əhatə edir. Adıçəkilən təşkilatda 30 nəfər mütəxəssis çalışır . Ucar Regional Bölməsinə Azad Əlizadə rəhbərlik edir. 6 şöbə üzrə fəaliyyət göstərən bölmə qeyd olunan 9 rayonda qida təhlükəsizliyinin təmin olunmasına nəzarət edir.

            Bölmə tərəfindən texniki normativ hüquqi aktların tələblərinə uyğun olaraq bölgələrdə sanitariya qaydaları yeyinti məhsulları haqqında qanununa əsasən qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən obyektlərin qeydiyyata alınması ilə məşğuldur.

            Kollektivin mütəxəssisləri bütün bölgələr üzrə əhatə etdiyi iaşə müəssisələrinin, obyektlərinin müntəzəm baxışlar keçirilir, monitorinqlər təşkil edilir. Pandemiya dövründə region üzrə fəaliyyət göstərən ictimai iaşə müəssisələrində 1700-dən artıq  monitorinq keçirilib.

            Ucar Regional Bölməsinin mütəxəssisləri müntəzəm olaraq yerlərdə olur, ətkəsimi məntəqələrinin fəaliyyətinə nəzarət edirlər. Həmin ət kəsimi məntəqələrinin biri Ağcabədi rayonunda, digəri isə Zərdab rayonunda fəaliyyət göstərir.

            Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Ucar Regional Bölməsi ərazidə fəaliyyət göstərən obyektlərdə, eləcə də ictimai iaşə müəssisələrində ciddi nöqsanlara yol verən şəxslər barədə müvafiq tədbirlər görür, cərimələr tətbiq edirlər.

            Regional Bölmədən “Aran” qəzetinə verilən məlumata görə Ağcabədi rayonu üzrə fəaliyət göstərən 51 ictimai iaşə müəssisəsində 200-dən çox monitorinq keçirilib. Nöqsanlara yol verən 29 sahibkar subyektinə cərimə sanksiyası tətbiq olunub.

Hüseyn QULUZADƏ

Şərhlər