Rayon baytarlıq idarəsi dezinfeksiya tədbirlərinə başlayıb

Rayonda cari ildə barama yetişdirilməsi üçün hazırlıq işlərinə start verilib. Artıq ipəkqurdu saxlanılacaq yerlərdə Ağcabədi rayon Baytarlıq İdarəsi  tərəfindən dezinfeksiya tədbirləri həyata keçrilir.  Bununla əlaqədar olaraq, rayon üzrə bütün kümçülərin siyahısı tərtib olunaraq qeydiyyata alınır.

Ötən il bölgədə qeydiyyata alınmış 503 nəfər kümçü 1500 ədəd ipəkqurdu qutusundan 55 ton 528 kq barama tədarük edib.

Şərhlər