Son günlər rayon sakinləri arasında bir neçə məktəbin koronavirusa görə bağlanması ilə bağlı söz-söhbət gəzir. Məsələ ilə bağlı Ağcabədi rayon Təhsil Şöbəsi ilə əlaqə saxladıq. Şöbədən bildirildi ki, mart ayında şəhər 3 saylı məktəb liseyində COViD-19 infeksiyasına yoluxmalar təsdiq olunmuş, müəllim və şagirdlər arasında koronavirusun yayılmasının qarşısını almaq üçün dərslər iki həftəlik distant davam etdirilmişdir. Bundan əlavə, şəhər 2 və 11 saylı məktəblərdə yoluxma qeydə alınan siniflərdə də dərslər həmin müddətə onlayn şəkildə keçirilmişdir. Lakin 29 mart 2021-ci il tarixdən etibarən sözügedən məktəb və siniflərdə dərslərin yenidən əyani şəkildə keçirilməsinə başlanmışdır. Hal-hazırda rayonda heç bir məktəb bağlanmayıb və dərslər müvafiq qaydalara uyğun şəkildə davam edirilir