Rayonun taxılçılıq təsərrüfatlarında becərmə işləri davam etdirilir. Əkin sahələrində bol məhsul yetişdirmək üçün kompleks aqrotexniki tədbirlər həyata keçirilir.
Salmanbəyli kənd sakini Elçin Hüseynovun başçılıq etdiyi təsərrüfatda da bol taxıl məhsulunun möhkəm bünövrəsi qoyulub. İstehsalçı bu il 20 hektar sahədə taxıl yetişdirir. Əkin sahələri vaxtında gübrələnib, alaq otlarına, xəstəliklərə və ziyanvericilərə qarşı mübarizə tədbirləri təşkil olunub. Hazırda əkin sahələrində suvarma aparılır.
Elçin Hüseynov becərdiyi sahənin hər hektarından 53 sentner taxıl götürməyi qərara alıb.