20.2 C
Aghjabadi

Ağcabədidə restoran cərimələndi – TAM SİYAHI

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən qanunvericiliyin tələblərinə, həmçinin Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydlər davam etdirilir.

AQTA-dan Yenicag.az-a verilən məlumata görə, nəzarət tədbirləri çərçivəsində 12 aprel 2021-ci il tarixində ölkə üzrə 469 ictimai iaşə obyektində 800 monitorinq keçirilib. Monitorinqlər zamanı 18 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar olunmuş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Uyğunsuzluqlar aşkar edilən ictimai iaşə müəssisələri aşağıdakılardır:

1. Bakı şəhəri, Binəqədi ‎rayonu, S. Axundov 4 ünvanında yerləşən, fiziki şəxs Şahbazi Zahid Musa oğluna məxsus “Zev” kafesi;

2. Bakı şəhəri, Yasamal ‎rayonu, Əhmədbəyov küç., ev 2 ünvanında yerləşən, fiziki şəxs Hüseynov Fərid Rəfail oğluna məxsus “Mixək” çay evi;

3. Bakı şəhəri, Xətai rayonu, Nobel pr., ev 23 ünvanında yerləşən, fiziki şəxs Seyidli Xəyyam Məhəmmədəli oğluna məxsus “Şaurma” kafesi;

4. Bakı şəhəri,Yasamal rayonu, Nərimanov prospekti, ev 207 ünvanında yerləşən, fiziki şəxs Məmmədov Rasim Oruc oğluna məxsus “Everest” kafesi;

5. Bakı şəhəri, Nəsimi rayonu, Mirqasımov küç., ev 28, m. 972 ‎ ünvanında yerləşən, fiziki şəxs Əlliyev Rauf Tair oğluna məxsus kafe;

6. Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov 53 ‎‎ ünvanında yerləşən, fiziki şəxs Səmədov Cavid Tofiq oğluna məxsus kafe;

7. Bakı şəhəri, Binəqədi rayonu, Deska yolu, Hərbi hissənin yanında yerləşən, fiziki şəxs Həsənova Əzimə Ümidvar qızına məxsus “Çempionlar” restoranı;

8. Bakı şəhəri, Binəqədi rayonu, Ş. Məmmədova küç., ev 117 ‎ünvanında yerləşən, fiziki şəxs Əliyev Elvin Elçin oğluna məxsus kafe;

9. Bakı şəhəri, Binəqədi rayonu, Kunanbayev 66c ‎ ünvanında yerləşən, fiziki şəxs Abdullayev Sahib Mürşüd oğluna məxsus kafe;

10. Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 21/99 ünvanında yerləşən, hüquqi şəxs “Cahan Holdinq“ə məxsus, “Days“ mehmanxanasının tərkibində fəaliyyət göstərən restoran;

11. Abşeron rayonu, Masazır kəndində yerləşən, fiziki şəxs Poladov Elvin Lətif oğluna məxsus “Çənlibel” kafesi;

12. Gəncə şəhəri, M. Y. Axundzadə küç., 7-ci döngədə yerləşən, fiziki şəxs İsmayılov Xaqani Fərhad oğluna məxsus kafe;

13. Quba rayonu, Nəriman Nərimanov küçəsində yerləşən, fiziki şəxs Əjdərova Qəmər Vaqif qızına məxsus restoran;

14. Qazax rayonu, İkinci Şıxlı kəndində yerləşən, fiziki şəxs Kələşov Allahverdi Hümbət oğluna məxsus kafe;

15. Göyçay rayonu, Qaraməryəm kəndində yerləşən, fiziki şəxs Abbasov Ərziman Əslan oğluna məxsus kafe;

16. Masallı rayonu, Ərkivan ünvanında yerləşən, fiziki şəxs Kərimov İbrahim Gülverdi oğluna məxsus kafe;

17. Ağcabədi rayonu, Ağcabədi şəhəri, Üzeyir Hacıbəyli küçəsində yerləşən, fiziki şəxs İslamov Məzahir Məmməd oğluna məxsus “Ozan” kafesi;

18. Ağcabədi rayonu, Ağcabədi şəhəri, F. Əlizadə küçəsində yerləşən, fiziki şəxs Quliyev Sərvan Qəşəm oğluna məxsus “Ay işığı” kafesi.

Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda respublika üzrə AQTA müfəttişləri tərəfindən monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.

Xəbər lenti

Şəhid Hafiz Həziyevin anım mərasimi keçirildi

Il Qarabağ müharibəsində işğal altında olan torpaqlarımızın düşməndən azad edilməsi əməliyyatlarında iştirak edən qəhrəmanlarımızdan biri də Ağcabədi rayonunun Yeni Qaradolaq kəndindən olan...

Cəbrayıldan başlayan “Böyük Qayıdış”

         Azərbaycan 44 günlük Vətən müharibəsini qələbə ilə yekunlaşdırdıqdan sonra dünyaya azad etdiyi torpaqlara necə sahibləndiyini, onu necə göz...

Avşar kəndində səyyar qəbul

Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının 2022-ci il üçün sayca  30-cu səyyar qəbulu Avşar kəndində  keçirilib. Səyyar qəbulda rayon icra hakimiyyəti başçısı  aparatının məsul şəxsləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və...

Şagirdlərə “18 Oktyabr Müstəqiliyin Bərpası Günü” adlı məruzə oxunub

Ağcabədi rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları tərəfindən yeni tədris ilində şəhər ümumtəhsil məktəblərində məruzələrin davam etdirilir Oktyabr ayında keçirilən məruzələr Vətən muharisəsinin...

Bronxoektaziya xəstəliyində niyə müalicəvi idman terapiyası mütləqdir?

Bronxoektaziya – bronxların patoloji genişlənməsi ilə xarakterizə olunan iltihabı xəstəlikdir. Bronxoektaziya əksər hallarda ağciyərin bir çox xəstəliklərinin (vərəm, xroniki abses və bir...

4 Oktyabr Yaddaşlarda qalan tarixi gün

Azərbaycan Ordusu 44 gün ərzində Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə Zəfər yürüşünü uğurla, şərəflə və qətiyyətlə davam etdirdi, daim irəli getdi,...

Ağcabədidə 5 Oktyabr – Müəllimlər Günü qeyd olundu

Ağcabədi rayonunda 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə ümumrayon tədbiri keçirilib. Tədbir iştirakçıları öncə ulu  öndər Heydər Əliyevin abidəsini ziyarət edib...

Müəllimlər təltif olundu

5 oktyabr Müəllimlər Günü ilə bağlı növbəti tədbir  Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağcabədi rayon şöbəsində keçirilib. Çağırışa qədər...

Böyük Qayıdış Cəbrayıldan başlamışdır

           Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti nəticəsində 30 ilə yaxın Azərbaycan torpaqlarının 20 faizi, Qarabağ ərazisi və ətraf...

Ağcabədidə “Zəfərin ilk müjdəçisi – Cəbrayıl“ adlı dəyirmi masa keçirilib

Ağcabədi rayon Heydər Əliyev Mərkəzində “Zəfərin ilk müjdəçisi - Cəbrayıl“ adlı dəyirmi masa keçirilib. Ağcabədi şəhər 3 nömrəli...

Şərhlər