MOB Mərkəzi vətəndaşlarda inam yaradır

“Aran” qəzeti MOB Mərkəzinə daxil olmuş və həllini tapmış son müraciətlərdən daha bir neçəsini təqdim edir

Hindarx qəsəbə sakini Hacıyev İlham İngilis oğlu müraciətində özünə məxsus 10 hektar torpaq sahəsinin 4 hektarında pambıq əkmək məqsədində olduğunu bildirib. Ancaq bu əraziyə xidmət edən artezian quyusunun transformatorunda nasazlıq olduğu üçün fəaliyyətini dayandırdığını qeyd edib. MOB Mərkəzi tərəfindən Ağcabədi Elektrik Şəbəkəsi İdarəsi ilə yaxından əlaqə saxlanılmış, görülmüş tədbirlər nəticəsində artezian quyusu işə düşmüşdür.

*     *      *

            Mehrablı kənd sakini Həsənov Əzim Adil oğlu 2 hektar pambıq əkmək üçün nəzərdə tutduğu sahənin suvarılmasında çətinlik çəkməsi barədə MOB Mərkəzinə müraciət etmişdir. Görülmüş tədbirlər nəticəsində vətəndaşın torpaq sahəsi suvarma suyu ilə təmin olunub.

*        *          *

            Qaraxanlı kənd sakini Əliyev Xanlar Əli oğlu kənd ərazisində mövcud olan əkin sahələrinə xidmət edən 3 ədəd subarterzian quyusunun nasosunun yanaraq sıradan çıxması ilə əlaqədar Ağcabədi MOB Mərkəzinə müraciət edib. Problemin həlli ilə bağlı lazımi tədbirlər görülüb, Ağcabədi SSQİ tərəfindən həmin ərazidə olan 2 ədəd subartezian quyusu təmir edilərək, vətəndaşların istifadəsinə verilib. Bir artezianda isə nasos sökülərək təmir emalatxanasına aparılıb.

*        *        *

            Hindarx qəsəbə sakini Rəhimov Xaliq Nəriman oğlu müraciətində Vətən Müharibəsində iştirak etdiyini, Füzulidə, Qubadlıda vuruşduğunu, ali təhsilli olduğunu, 2015-ci ildə Azərbaycan Dillər Universitetinin regionşünaslıq və beynəlxalq münasibətlər fakultəsini bitirdiyini bildirərək iş üçün MOB-a müraciət edib. O, COVİD-19 pandemiyası ilə əlaqdar olaraq Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı tərəfindən videoformatda qəbul olunub və rayon icra hakimiyyətinin İmamqulubəyli kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəsinin müavini təyin edilib.

*       *        *

            Poladlı kənd sakinləri Əli Cəfərov, Allahverdi Mamedov, Narıngül Əliyeva müraciətlərində özlərinə məxsus 70 hektar torpaq sahəsinə xidmət edən artezian quyusunun nasosunun yandığını bildiriblər. MOB Mərkəzindən bununla əlaqədar olaraq birbaşa Ağcabədi SQİİ-nə məlumat verilib. Görülmüş tədbirlər nəticəsində vətəndaşların tələbi ödənilib, artezian quyusu işlək vəziyyətə gətirilib.

*      *        *

            Qaraxanlı kənd sakini Əliyev Hafiz Həsən oğlu 2020-ci ildə istifadəyə verilmiş subartezian quyusunun yanaraq sıradan çıxdığı barəsində Ağcabədi MOB Mərkəzinə müraciət edib. MOB Mərkəzi tərəfindən Ağcabədi SQİİ-si ilə əlaqə saxlanılıb, görülmüş tədbirlər nəticəsində subartezian quyusunun fəaliyyəti bərpa olunub.

            Rayon vətəndaşları hər gün Müraciətlərə Operativ Baxılma Mərkəzinə müxtəlif məsələlər üzrə müraciət edirlər. Çünki, onlar bilirlər ki, MOB Mərkəzində onları diqqətlə dinləyib, lazımi köməyi mütləq göstərəcəklər.

Adil MİSİRLİ

Şərhlər