14.4 C
Aghjabadi
Cümə axşamı, Oktyabr 28, 2021

Maket şüvəni

Hərbi Qənimətlər Parkının doğurduğu əks-səda

 Aprelin 12-də Bakıda Hərbi Qənimətlər Parkının açılışı oldu. Bildiyimiz kimi, parkda II Qarabağ müharibəsi zamanı ermənilərin qoyub qaçdığı silahlar, texnikalar, hərbi nəqliyyat vasitələri və s. qənimətlər nümayiş etdirilir. Amma nədənsə parkdakı bəzi görüntülər  insanlar tərəfindən birmənalı qarşılanmadı. Sosial şəbəkələrdə buna qarşı çıxanlar düşmən maketlərinin nümayiş etdirilməsini özümüzə yaraşdırmadılar. Bəziləri  bununla erməni “şəhid”lərinin təhqir edilməsini, o görüntülərin necə dəhşətli olmasını yazdılar. Bəli,”dəhşətdir”. Maketləri qoyaq kənara, yiyəsinin kimliyindən asılı olmayaraq o boş qalmış papaqları görəndə insan həqiqətən sarsılır, qəribə hisslər keçirir. Lakin…

  Mən də hər zaman dünyada sülh olmasını arzulamışam. Müharibələrə nifrət etmişəm. Gözüm önündə bir böcəyin əzilməsinə dözə bilmirəm. Və bu görüntülər də müharibənin acı nəticələrinin göstəricisidir. Ağırdır.  Amma nə qədər ağır olsa da, Xocalıdakı görüntülərdən dəhşətli deyil.Və o görüntülərdəkilər başqasının torpağına sahiblənmək istəyən hərbçi maketi deyil, məhz əli yalın, körpə, yaşlı, çarəsiz insanlar idi. Şirin yuxudaykən həyatı qəfil qorxulu filmə… Yox,yox, qorxulu reallığa çevrilən insanlar.

  Qorxu demişkən, bax o qorxu uzun illər bizim canımızdan çıxmadı. Bax o qorxu iliyimizə,qanımıza elə işlədi ki, erməni adı gələndə gizlənməyə yer axtarırdıq. Bəli, bütün varlığıyla, mövcudluğuyla, gücüylə ayağımızın tozu belə olmayan ermənilər Xocalıdan geriyə o dəhşət saçan fotoların qalmasında özləri maraqlı idilər. Çünki xof yaratmağı bacarmışdılar. Və həmin görüntüləri görən bizlər-o dövrün uşaqları içimizdəki qorxu ilə böyüdük. İllər keçdi, mənim də bir övladım- oğlum var idi artıq. Hələ ona mübariz ruhlu bir yazı də həsr etdim, qorxmazlığa, düşməndən üstün olmağa səslədim. Amma… Aprel döyüşləri başlayan gecə məhz həmin övladımın yatağının yanında dayanıb qəhərdən boğula-boğula ağladım. ”Sən bu həyatda nə yaşadın ki, körpəm?” dedim. Sonra düşmən əlinə keçəcəyimiz təqdirdə onu və özümü necə öldürəcəyimlə bağlı planlar qurdum.Təsəvvür edirsiniz? Qorxuya bax ey… Balamın və özümün canıma qıyacaq qədər dəhşətli qorxu… Bəli, birinci Qarabağ savaşı zamanı düşmən etdiyi vəhşilikləri məhz buna hesablamışdı. Bizi qorxutmaq. Dəhşət yaratmaq. Müqavimətimizi qırmaq. Cəsarətimizi, hünərimizi yox etmək. Amma aprel döyüşlərinin başlanmasından sonrakı günlər- ordumuzun gücü, hadisələrin gedişatı qorxu hissimi alt-üst etdi. Tək mənim yox ha, bütün xalqın qorxusu yoxa çıxdı. Hətta  döyüşlər dayandırılanda insanlar ağzından od püskürdü. Dayanmaq istəmədilər. İllərlə xəyalımızda gəzdirdiyimiz qorxunc bədheybət obrazı məhv oldu. Və bir neçə il sonra… Sonrası hamımıza bəllidir. Artıq qorxunu yenmiş bir xalq olaraq Vətən müharibəsində biz düşmənə təkcə silahla yox, həm də psixoloji zərbələr vuraraq qalib gəldik. İllər öncə bizə yaşatdıqları bədbin hisslərimizi onlara ötürməyi bacardıq. Müharibə dövründə sosial şəbəkələrdə əsgərlərimizin videogörüntüləri yayılırdı. Oxuyurdular, çalıb-oynayırdılar. Yadınızdadırsa, çox yaxınlığında partlayış olan bir əsgər  ironiya ilə “dəymədiii, dəymədiii” deyə oxuyaraq video çəkməyə davam edir, düşmənin göndərdiyi “ölümü” belə ciddiyə almırdı. Yüzlərlə belə görüntülər var idi. Biri isə azad olunmuş torpaqda üzünü düşmənlərin yaşadığı tərəfə tutub  səsgücləndirici ilə onların eşidəcəyi  şəkildə xalq mahnılarımızı oxuyurdu. Əslində sadəcə oxumaq deyildi bu.  Bəziləri bu videogörüntüyə gülüb keyfini açmaq üçün baxırdı. Amma həmin ifalar əslində düşmənin döyüş ruhunu öldürürdü, əlini-qolunu bağlayırdı, məğlubiyyətini qabardırdı. Bu, onlar üçün silahla ölməkdən betər idi. Bəli, müharibədə məğlubiyyətin də, qələbənin də kökündə  ruh vəziyyəti dayanır. Ermənistan ordusunda məhz  ruh düşkünlüyü var idi ki, onu da bax elə özümüz yaratmışdıq.

     İndi söz-söhbətə səbəb olan Hərbi Qənimətlər Parkındakı görüntülər də lağlağı deyil, dost! O, düşmənin beynində, şüurunda bir məğlubiyyət qorxusu yaratmaqdır. Və bu, belə də olmalıdır.Bəs sən nə gözləyirdin ki? Balamızın başını kəsənlərin, qanını içənlərin şəklini qara çərçivəyə alıb önünə tər çiçəklər düzməyi?

     Məşhur “Səfillər”dən tez-tez sitat gətirdiyim bir fikir var : ” Ot olub yeyilməkdənsə, diş olub yemək yaxşıdır.” Təbii ki, şəxsi həyatımızda buna əməl edib etməmək öz işimizdir. Məsələn, mən qisas almağı, heyif çıxmağı sevmirəm. Amma söhbət xalqın taleyindən gedirsə, burada mənim humanistliyim bir addım geri çəkilməlidir…

     Ölkə rəhbərinin bir neçə il əvvəl söylədiyi fikirləri xatırladıram: “Əgər erməni əsgəri ölmək istəmirsə, rədd olsun Azərbaycan torpaqlarından!” Bu, əslində sərt deyildiyi qədər həm də humanist bir çağırış idi. Möhlət vermək idi. Ay adam, ölmək istəmirsən, icazəsiz soxulduğun evimdən çıx. Çıxmırsansa, necə deyərlər, günah məndən getdi…

     İndi Hərbi Qənimətlər Parkındakı görüntüləri düşmənin addımları ilə eyniləşdirən insanlıq carçıları doğrudanmı aradakı fərqi görmürlər? Fərq ondadır ki, onlar bizi soydaşlarımızın qarnı cırılmış, gözü çıxarılmış, dərisi soyulmuş, başı, qolu, qıçı kəsilmiş, yandırılmış və daha dəhşətli görüntüləri ilə  ruhdan salırdılar, biz isə onların döyüş gücünə ironiya ilə yanaşmaqla…  Mən Hərbi qənimətlər parkında nümyaiş etdirilənlərdə bunu gördüm. Və buradakı mesaj da əslində mahiyyət etibarı ilə müharibədən əvvəlki çağırışla eyni idi. Yəni, düşmən özünü bu vəziyyətdə, gülünc şəkildə görmək istəmirsə, axmaq iddialarından əl çəksin. Yəni, erməni mənim üçün bu maketlərdən başqa bir şey deyil. Yəni, torpaqlarıma göz dikənlərin başlayacağı müharibənin sonu maketə dönüb sərgilərdə nümayiş etdirilmək olacaq,  papağı da boş qalacaq…

Başqa “yəni”yə ehtiyac varmı?

  Məhsəti MUSA

Xəbər lenti

Aşıq Ələsgərin 200 illik yubileyi qeyd olundu

27 oktyabr 2021-ci il tarixdə  karantin qaydaları gözlənilməklə Ağcabədi rayon Heydər Əliyev Mərkəzində Aşıq Ələsgərin yubileyi ilə əlaqədar Ağcabədi gəncləri üçün inkişaf...

Şəhid ailəsi üçün ev tikilir

Zülfüqar Rəhim oğlu Mirzəyev 21 fevral 1967-ci ildə Füzuli rayonunun Əbürrəhmanlı kəndində anadan olub. 1985-1987-ci illərdə Moskvada ordu...

Şəhid ailəsi ziyarət olunmuşdur

YAP Ağcabədi rayon təşkilatı II Qarabağ müharibəsində şəhid ailələrinin və qazilərin ziyarətini davam etdirir.            ...

Görkəmli rəssam Bakıda Beynəlxalq konfransda iştirak edib

Elimizin,obamızın fədakar övladları respublikamızın hüdudlarından kənarda belə, öz istedadları, bacarıqları və səmərəli fəaliyyətləri ilə rayonumuzun adını daim uca tuturlar. Onlar yaşadıqları, çalışdıqları...

Vətənpərvər müəllim

27 sentyabr 2020-ci il ildə  Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Ermənistan silahlı qüvvələrinə qarşı cəbhəboyu ərazilərdə əks-hücum əməliyyatına başlayan rəşadətli...

Rəsm qalereyasının bu günü və sabahı

Rəsm qalereyası 2005-ci ildən etibarən Ağcabədi Regional Mədəniyyət İdarəsinin nəzdində fəaliyyət göstərir. Yarandığı gündən qalereyaya rəssam Əkbər İsayev rəhbərlik edir. Əkbər müəllimlə...

Başlıbel faciəsi Koreya mətbuatında işıqlandırılıb

Azərbaycan tarixinin qanlı səhifələrindən biri olan Başlıbel faciəsi haqqında məqalə Cənubi Koreyanın nüfuzlu "The Korea Post" qəzetində yayımlanıb. 525.az...

Dağılmış evlərin bərpasına 15 milyon manat xərclənəcək

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi Tikinti-Planlaşdırma Mərkəzi Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisinə təcavüzü nəticəsində Tərtər rayonunda (1 və 2), Gəncə şəhərində,...

Ağcabədi rayonundakı evdən naqil oğurlamaqda şübhəli bilinən şəxslər yaxalanıblar

Ağcabədi rayonu ərazisindəki evlərin birindən naqil oğurlamaqda şübhəli bilinən şəxslər yaxalanıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, rayon ərazisindəki...

Şəhidlərin yas mərasimləri keçirilib

Bu günlərdə Vətən Müharibəsində şəhid olmuş Kəbirli kəndindən olan Təhmasib Qarayev, Hacıbədəlli kəndində Dəyanət Əliyev və Yuxarı Qıyamaddınlı kəndində Sahil Məmmədovun il...

Şərhlər