Ağcabədidə Ulu Öndərə həsr olunan sərgi açılıb

Ağcabədi rayon Heydər Əliyev Mərkəzində ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ilə əlaqədar olaraq “Əbədiyaşar lider” adlı sərgi açılıb.

Mərkəzdən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən kitab və jurnallardan ibarət sərgi mayın 11-dək davam edəcək. Pandemiya dövrünün tələbləri qorunmaqla, istənilən şəxs sərgi ilə tanış ola bilər

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər