29.8 C
Aghjabadi
Şənbə, İyun 25, 2022

Sabah tam orta təhsil səviyyəsi üzrə keçiriləcək buraxılış imtahanlarında 18 mindən çox şagird iştirak edəcək

Aprelin 16-da Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən tam (11 illik) orta təhsil səviyyəsi üzrə növbəti buraxılış imtahanları təşkil olunacaq.

Bu barədə AZƏRTAC-a DİM-dən məlumat verilib. Bildirilib ki, Bakı şəhərinin Binəqədi, Nizami, Səbail, Suraxanı rayonlarında, Gəncə şəhərinin Nizami rayonunda, Ağcabədi, Ağstafa, Astara, Oğuz, Şamaxı, Saatlı rayonlarında və Sumqayıt şəhərində keçiriləcək buraxılış imtahanlarında 18367 nəfərin iştirakı nəzərdə tutulur.

İmtahanlar saat 11:00-da başlanır. Saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.

Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək tövsiyə olunur.

İştirakçılar imtahana tibbi maska ilə gəlməli və onlardan düzgün (burun, ağız və çənə nahiyəsini tam örtməklə) istifadə etməlidirlər. Maskanı çıxarmaq qadağandır və bütün prosesboyu (buraxılış rejimi, imtahan müddəti, imtahan binasının tərk edilməsi) istifadə olunmalıdır.

Şagirdlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

– İmtahana buraxılış vərəqəsi;

– Sağlamlıq haqqında bəyannamə (buraxılış vərəqi ilə birlikdə çap edilir və imzalanır. İmtahana buraxılış vərəqəsi şagirdin özündə saxlanıldığı, sağlamlıq haqqında bəyannamə isə imtahan nəzarətçisinə təhvil verildiyi üçün hər iki sənəd ayrıca vərəqdə çap olunmalıdır);

– Şəxsiyyəti təsdiq edən sənədin əsli:

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

– Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3×4 sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

Xəbər lenti

26 İyun Azərbaycan Silahlı Qüvvələri Günüdür

1918-ci il mayın 28-də müstəqilliyini elan etmiş Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşamasına baxmayaraq, ölkədə ordu quruculuğu sahəsində əhəmiyyətli addımlar ata...

“Şuşa ili”nə həsr olunmuş tədbir maraqla qarşılanıb

Ağcabədi Rayon Heydər Əliyev Mərkəzinin təşəbbüsü və təşkilatçılığı, "Ələk" ədəbi məclisi, Ağcabədi şəhər Uşaq İncəsənət Məktəbi, Qarabağ Muğam Mərkəzi və Ağcabədi Rayon...

Dövlətçiliyin və Xalqın xilaskarı

Azərbaycanın Xalqının Ümummilli Lideri Heydər Əlirza oğlu Əliyev  tarixə öz adnını qızıl həriflərlə yazmış dahi sərkərdə olmuşdur. Heç şübhəsiz ki, Ulu...

“Qəbələ”nin kapitanı: “Valideynlərim futbola getməyimə ancaq bir şərtlə razılaşmışdılar ki…” – MÜSAHİBƏ

Saytımızda bu gündən etibarən "TAM ŞƏXSİ" rubrikasına start veririk. Sözügedən rubrikada tanınmış futbolçularla onların futbol karyerası və ailə həyatına dair müsahibələrə yer...

Təbrik edirik!

            Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 22 iyun 2022-ci il tarixli Sərəncamı ilə respublikamızda bir qrup dövlət qulluqçusu “Dövlət qulluğunda fərqlənməyə görə”...

23 İyun Dövlət Qulluqçularının peşə bayramıdır

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25 may 2006-cı il tarixli Sərəncamına əsasən hər il İyunun 23-ü dövlət qulluqçularının peşə bayramı günü kimi...

Yerli idarəetmədə yeniliyin ünvanı

Dövlətin istəyi reallaşır, vətəndaş məmnun qalır Ağcabədi ölkənin böyük iqtisadi potensiala, əmək ehtiyatlarına malik rayonlarındandır. Bu diyarın torpağı münbit,...

Aran kəndində səyyar qəbul keçirilib

            Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə icra və idarəetmə orqanlarının rəhbərləri tərəfindən vaxtaşırı yerlərdə səyyar qəbullar keçirilir, vətəndaşların problemlərinin həlli...

Azərbaycan Milli Kitabxanasının direktoru , həmyerlimiz CENL toplantısında çıxış edib

Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov Ankarada Prezident Kitabxanasında keçirilən CENL toplantısında çıxış edib. Kitabxanadan bildirilib ki, Avropa Milli...

Azərbaycanda qanunsuz ağackəsmə ilə bağlı cinayət işi başlanılıb

Azərbaycanda qanunsuz ağackəsmə ilə bağlı cinayət işi başlanılıb. Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Şərhlər