Boyat kənd kitabxanasında fasilələr yaranmayıb

            Boyat kənd kitabxanası 1969-cu ildən fəaliyyət göstərir. Bu ötən illər ərzində kitabxananın xidmətindən yüzlərlə kənd sakini istifadə etmişdir. Kitabxananın müdiri Təhminə Quliyeva söhbət zamanı bildirdi ki, pandemiya zamanı kitabxananıın fəaliyyətində bəzi çətinliklər mövcud olub. Bütün bunlara baxmayaraq oxucuların istəklərinə uyğun olaraq, onlara evlərinə kitab çatdırılması təmin olunub. İmkanı olmayan sakinlərə səyyar və onlayn şəklində xidmətlər göstərilib. T. Quliyevanın sözlərinə görə, kitabxana bu istiqamətdə fəaliyyətini müntəzəm olaraq davam etdirəcəkdir.

“Aran”

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər