30.2 C
Aghjabadi

Dəftər küncündəki qeydlər

*      *      *

Yas məclisidir. Xala nəsihət verir:

Ağzıpütöy olmaz lazımdı. Nə gördün, gedif orda-burda danışmazdar. Gördün, görməməzdiyə vur, eşitdin, eşitməmiş ol. Dey ha,səhər elə aralığın başına çatmışdım ki, gördüm Gülnisəən  gədəsiynən Ziveydəəən qızı cuqquldaşır. İndi mən bunu gedif camaata danışmalıyam?

*       *      *

Saallah Banu nə addır? Uşaxlara müqəddəsdərin adın qoymax lazımdı. 3 qızım var, üçünün də adın dini ad qoymuşam: Zeynəb, Zəhra, Fatimə. Gör, nə gözəl addardı… On uşağım olsa, onuna da belə ad qoyajam.

Bir az keçir…Getməyə hazırlaşırlar. Əlini qulağının dibinə qoyub çığırır:

-Zenkaaa,  Zaraaa,  Fatoooooş, gəlin,eveeediriiiik!

*      *      *

Novruz bayramı ərəfəsidir.

Bir qohumgildəydik. Evin gəlini mənim kimi iş adamıdır,şirniyyatın çoxunu bişirtdirib, hazır alıb.Qayınanasının bacısı da bunlardadır.Alınma şirniyyatların keyfiyyətsizliyindən danışa-danışa, əlinə götürdüyü şirniyyatı bişirənlərin dədəsinin kəlləsinə  söyə-söyə, bu şirniyyatlara pul verənlərdə ağıl olmadığını söyləyə-söyləyə  masanın üstündəki sonuncu paxlavanı da çeynəmədən udub dərindən nəfəs aldı.

*      *      *

Az, o təzə donumu gətir görüm. Ihhh…hııııh… İtin qızı, kömeylə dana. Orasın yox, kürəyin dart aşağı… Həə, geyindim, di telfonu götür istolun üstün çək.

-Çəkdim

– Süfrədəkilər hamısı düşdümü?

-Hə

-Bəs mən nətər düşdüm?

-Ay maa, səni çəksəm istolun üstü pütöy düşmür.

-Az hamısın topala mən tərəfə, hə, bax belə…   İndi çək.

-Çəkdim.

-Hə, di qoy “vaççafda” istatusa,  Züyeyxaan ürəyi partdasın. Görməmişin qızı oorəli Kürün qırağında balıx kavavıynan şəkil çəkdirif qoyuf istatusa maaa qıjıx verirdi… Qoy indi baxsın, ölsün elə… Maa da Faxradın qızı Ürbabə deyəllər..

*      *      *

Xala nəfəs almadan bütün nəslinin- kökünün qeybətini qırır.Fikrimi ondan yayındırıb telefonda mətn hazırlayıram.Arada mənə söz atmağı da unutmur:

-A bala, o telefonla az oyna

-…

-Gör nətəər diriyifdi ey gözdərin

-…

– Yazıx qaynanaa gününə.Belə gəlini bir gün də saxlamaram.Azaaaaz, kor oleyssan.

-…

-Boooy, başaaa dönüm Allah.Az bəlkə ölürəm,bir cavaf ver dana.

-Ay xala, bir yazı var, onu hazırlayıb göndərməliyəm.Nəsə deyirdin?

– Telefonda nə yazı, azz?

-Xala, söz soruşurdun deyəsən…

-Hə, deerdim bilmirsən, Asifin inəyi doğdu?

*      *      *

İşlə bağlı bir yerdəyəm. Bayırda komendant təmizliyə baxan xalayla tutaşıb. Deyir təmizləmirsən dəhlizi.

-Təmizdiirəm ey. Gəlif – gedillər, bulaşır.

-Bulaşır, yenə sil

-Həəə?

-Hə

-İndi yenə keçəjəhlər axı

-A keçəjəhlər, yenə sil

– Boooy

-Nə boooy? Silməlisən dana. Səhərdən axşama qədər silməlisən.

-Bəs “pirrifddə” nağayrım?

– Komendantın papağı başından qalxıb göydə 3 dövrə vurur və yenidən yerinə qayıdır:

-A nağayrassan, get yeməyııı ye, gəl yenə sil.

-Heyləəə? Bəs silənnən sora yenə batırajaxlar axı…

Məhsəti Musa

Xəbər lenti

Şəhid Cəmaləddin Məmmədovun Anım günü qeyd olundu

Vətən müharibəsinin ilk günlərindən silaha sarılaraq döyüş meydanına atılan oğullarımızdan biri də Məmmədov Cəmaləddin Türbəndə oğludur. O, 1988-ci ildə Ağcabədinin Kürdlər kəndində...

Ağcabədidə prokurorluq işçilərinin peşə bayramı qeyd olundu

Ağcabədi rayonunda 1 oktyabr - Prokurorluq işçilərinin peşə bayramı günü münasibəti ilə tədbir keçirildi.Tədbirdə hüquq-mühafizə orqanlarının rəhbər və əməkdaşları, Ağcabədi Rayon İcra...

​​​Xalqımız bütün təhdidlərə sinə gərəcək

  2020-ci ilin sentyabr  ayının 27-də​Ermənistanın təh-riki ilə başlayan və qəhrəman ordumuzun sücaəti nəticəsindəAzərbaycanın qələbəsi ilə başa çatan 2-ci Qarabağ Müharibəsi 30 il işğal altında inləyən torpaqlarımızın azad edilməsi ilə nəticələndi.

Anım günü kitabxanada da qeyd edilib

Sentyabr ayının 26-da Ağcabədi Regional Mədəniyyət İdarəsi Ağcabədi rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin kollektivi tərəfindən “27 Sentyabr - Anım Günü” ilə bağlı tədbir...

Şəhid ailələri ziyarət olunub

      YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov və aparatın əməkdaşları sentyabrın 27-də Vətən müharibəsinin ilk günündə qəhrəmancasına həlak olmuş Poladlı...

Taekvondo üzrə rayon turniri keçirilmişdir

25 sentyabr 2022-ci il tarixdə Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə "Rizvan" Taekvondo Klubunun idman zalında "Anım...

İcra Hakimiyyətində yeni komissiya yaradılıb

Sentyabrın 23-də Ağcabədi Rayon İcra Hakimiyyətində şəhid ailəsi üzvləri, əlillik dərəcələri təyin olunmuş Vətən müharibəsi iştirakçıları və “Müharibə...

Şəhid Gülalı Qəhrəmanovun anım mərasimi keçirilib

​Şəhidlik məqamına ucalan hər kəs əbədi olaraq könüllərdə yaşayır, əbədilik qazanır.  ​Vətənimizin sərhədlərini yenidən quran Vətən baniləri öz adlarını tarixə əbədi...

Gücümüz birliyimizdir!

    Səfər Ali Baş Komandan cənab Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın cari ilin 27 sentyabrda Anım günündə Füzuli rayonuna səfərləri mühüm əhəməiyyət kəsb etdi. Səfəri zamanı çıxışında cənab...

Şəhid Rövşən Allahverdiyevin anım günü qeyd edildi

​Sentyabrın 28-də digər Qaraxanlı kəndində şəhid Rövşən Allahverdiyevin anım mərasimi keçirildi. ​Mərasimdə Ağcabədi Rayon İcra Hakimiyyəti başçısı, hüquq-mühafizə orqanları rəhbərləri, səfərbərlik və hərbi...

Şərhlər