0.4 C
Aghjabadi
Cümə axşamı, Yanvar 20, 2022

Prezident İlham Əliyev 2021-ci il 13 aprel tarixində ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfransda çıxış edib

Azərbaycan Prezidenti çıxışında bildirib ki, rəsmi Ermənistan münaqişənin
həllini istəməyib. Əraziləri azad etdikdən sonra gördüklərimiz göstərir ki, münaqişənin
həllinin olmaması üçün hər şey ediblər. Onlar nəhəng istehkamları, müdafiə xətlərini
tikməklə, milyonlarla dollarlıq vəsait cəlb etməklə bu əraziləri həmişəlik işğalda
saxlamaq istəyiblər. Ermənistan Birinci Qarabağ müharibəsində də müharibə
cinayətləri törədib. Lakin o vaxt informasiya mühiti fərqli idi. Vəhşiliklərlə və
barbarlıqla bağlı çoxlu faktlar sənədləşdirilməyib və sənədləşdirilsə belə, bu,
beynəlxalq ictimaiyyətə çatmayıb. Beləliklə, onlar o zaman bir çox müharibə
cinayətlərini gizlədə biliblər.

Gəncə şəhərinə ballistik raketlərin atılması barbarlığın aydın göstəricisidir. Çünki həmin ballistik raketin hədəfi var idi. Yaşayış komplekslərinin vurulması təsadüfi deyildi. Bu, gecə vaxtı insanların yatdığı zaman hədəflənmiş hücum idi. Bu, bir dəfə olmadı, bir neçə dəfə baş verdi. Ermənilər günahsız mülki insanları yandırırdılar, öldürürdülər. Bir çox kəndlər erməni barbarlığının qurbanı olub. İkinci Qarabağ müharibəsi zamanı onlar beynəlxalq ictimaiyyətin gözü qarşısında bizim şəhər və kəndlərimizi ballistik raketlərlə bombalayıblar, hər gün artilleriya atəşinə tutublar. Tərtər balaca şəhərdir, ora 16 min bomba atılıb, onlar hətta qəbiristanlıqda olan mərasimə də bomba atıblar. Onlar Bərdəni bombalayıblar. Onlar Naftalanı bomba ataraq beş nəfərlik ailəni qətlə yetiriblər.

Ermənistan ordusunun Rusiya ilə birlikdə modernləşdirilməsi planları da suallar doğurur. Hər hansı revanş niyyətinin qarşısı sərt şəkildə alınacaq. Ermənistan ordusu artıq yoxdur, mənəvi cəhətdən sarsılıb. Buna görə də biz münaqişədən sonrakı mərhələ barədə danışmazdan əvvəl başa düşməliyik ki, bu ərazilər otuz ildir işğal altındadır. Biz xatirələri, ailə üzvlərini itirən insanların və həmin ərazilərdə fundamental yaşamaq hüququ olan insanların bu hüquqdan məhrum edilməsini yaddaşlardan silə bilmərik. Azərbaycan tarixini silmək istəyənlər belə öyrədirdilər ki, guya Azərbaycanlıları qətlə yetirən, soyqırımı törədən Şaumyan və digərləri qəhrəmandırlar, əslində isə cinayətkardırlar. Biz istəyirik ki, gənc nəsil Zəngəzurun tarixi Azərbaycan ərazisi olmasını bilsin. Zəngəzur 1920-ci ildə, 101 il bundan öncə Ermənistana verilib. Ondan əvvəl bu ərazi bizə məxsus idi. XX əsrin əvvəllərindəki xəritəyə baxmaq kifayətdir. Orada Sevan yoxdur, orada Göyçə var.

            Azərbaycan Prezidenti bildirib ki, Qarabağ mövzusu həmişə ölkənin bütün gündəliklərində olub. Bütün beynəlxalq tədbirlərdə Dağlıq Qarabağ məsələsi hər zaman prioritet olub. Rəsmi İrəvan elə bilirdi ki, bizimlə 1992-ci ildəki döyüşü aparacaqlar. Lakin Azərbaycan fərqlidir, xalq fərqlidir, cəmiyyət fərqlidir.

İtaliya bizim ölkəmiz üçün çox yaxın tərəfdaşdır. Biz strateji tərəfdaşlıq haqqında ikinci sənədi imzaladıq. Ölkələrimiz arasında siyasi əlaqələr yüksək səviyyədədir. Biz möhkəm əməkdaşlığı davam etdiririk və bu əməkdaşlıq münaqişə zamanı və münaqişədən sonra sınaqdan çıxıb. Yenidənqurma planlarımızın ilk günlərindən biz İtaliya şirkətlərini dəvət etmişik.

İnkişaf üçün Azərbaycan daxilində, eləcə də sərhədlərdən kənarda stabilliyə ehtiyac var. Bizim əsas narahatlığımızdan biri risklərlə bağlıdır və onları minimallaşdırmaq üçün addımlar atacağıq. Azərbaycanın Qoşulmama Hərəkatında götürdüyü öhdəliklər böyük uğurdur. Bizim regionda əməkdaşlıq yaratmağımız beynəlxalq uğurumuzdur. Buraya Türkiyə-İran, Gürcüstan-Türkiyə, Rusiya-İran üçtərəfli əməkdaşlığı daxildir. Bu, sabitliyə töhfədir. Əlbəttə ki, Ermənistan tərəfindən revanş cəhdləri riskləri sıfır olmalıdır. Qonşularımız regional inkişafla bağlı bizim baxışlarımızı paylaşırlar. Azərbaycan hökuməti regionun gələcəyini, nəqliyyat, logistika, enerji əməkdaşlığı, ticarət və s. ilə bağlı layihələrin necə ola biləcəyini qonşular ilə müzakirə edir.

Xəzəryanı qonşularla əlaqələrimiz çox uğurla inkişaf edir və onların hər biri ilə bizim xüsusi əməkdaşlıq yolumuz var. Bunun ən böyük hissəsi nəqliyyata aiddir. Çünki Azərbaycan nəqliyyat və logistika üzrə mühüm mərkəzlərdən birinə çevrilib. Bizim okeana birbaşa çıxışımız olmasa da, biz Şərq-Qərb, Cənub-Şimal nəqliyyat dəhlizlərində fəal şəkildə iştirak edirik. Hazırda bu layihələrə daha çox ölkə cəlb olunub.

            ATƏT-in Minsk qrupu regionda dinc həyatın nizamlanması üzrə öz təkliflərini hazırlayır. Elə sahələr var ki, onlar orada münaqişədən sonrakı vəziyyətə təsir göstərməkdə rol oynaya bilərlər. Beynəlxalq aktorlar üçün çoxlu fəaliyyət sahələri yarana bilər: demarkasiya, delimitasiya, qarşılıqlı fəaliyyət.

Əgər biz Zəngəzur dəhlizinə qayıdırıqsa, əgər biz bu yolu istifadə ediriksə, niyə də biz İrəvana qayıtmayaq? Azərbaycanın mövqeyi açıq və aydındır. Azərbaycanlılar və ermənilərin qarşılıqlı əlaqəsi istəkdən və siyasətçilərin müdrikliyindən asılıdır. Burada və İrəvanda körpülər qurmaq üçün fəal olmalıyıq. Ermənistan tərəfi ilə sülh razılaşmasının mümkünlüyü barədə biz qarşı tərəfdən hər hansı mesaj almamışıq. Hazırda Ermənistan Azərbaycana qarşı aqressiv münasibəti aradan qaldıra biləcək durumda deyil. Ermənistan müxalifəti panikadadır. Azərbaycanafobiya, türkofobiya əvvəllər də olduğu kimi ən böyük məsələdir.

            Qarabağ iqtisadiyyatımızda, qeyri-enerji sektorunda, eləcə də nəqliyyat sahəsində mühüm yerlərdən birini tutacaq. Üç hava limanı, dəmir yollarının əlaqələndirilməsi ilə əlaqədar işlərə artıq başlanılıb. Zəngilanın coğrafi mövqeyini nəzərə alsaq, mühüm daşınma və logistik mərkəz rolunu oynaya bilər. Qeyri-enerji sektoruna daha çox investorları cəlb etmək və biznes imkanları var.

            Prezident sonda bir daha vurğulayıb ki, Azərbaycan çoxmillətli ölkədir. Vətən müharibəsi zamanı bütün millətlərdən, etnik qruplardan olan insanlar Vətənləri uğrunda döyüşürdülər. Ölkəmiz həmişə konstruktiv mövqedə olub. Münaqişənin həlli yollarının tapılmasında hər zaman maraqlı olmuşuq, çünki biz münaqişədən əziyyət çəkən tərəfik. Azərbaycan “İsgəndər-M” raketi ilə bağlı açıqlama tələb edir. Rusiya ilə “İsgəndər-M” raketi ilə bağlı məsələlərin müzakirəsi olub. Rəsmi İrəvan gah partlamamış raketlər haqqında danışır, gah da bunun sirr olduğunu deyir. Biz rəsmi cavab gözləyirik. Azərbaycan XXI əsrin müharibəsini aparmaqla yanaşı, mənəviyyat müharibəsi aparırdı. Müharibə zamanı hərbi qulluqçularımız ləyaqətlə davranıb, mülki şəxslərə zərər yetirməyib. Ermənistan tərəfində mülki əhali arasında tələfatın 40 nəfərdən az olması bunun əyani sübutudur.

Xəbər lenti

Ağcabədi Pedaqoji Kollecində 20 Yanvar faciəsinə həsr olunmuş tədbir keçirilib

20 Yanvar hadisəsi təkcə faciə deyil, eyni zamanda xalqımızın azadlıq istəyi,  öz müstəqilliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir.  Ağcabədi Pedaqoji Kollecində Qanlı Yanvar...

Eldəniz Qənbərov: “Gecə saat 12:00-dan başlayaraq şəhərə böyük texnika yeridildi. Göyün üzü işıq saçan güllələrlə dolu idi”

Xalqımızın qan yaddaşı olan 20 yanvar faciəsinin növbəti ildönümüdür. Əlbəttə, o dövrün hadisələri haqqında çox məlumatlar var, çox şahidlər danışıb. Amma hər...

Ağcabədidə 20 Yanvar faciəsi şəhidlərininxatirəsi anılıb

Respublikamızın bütün bölgələrində olduğu kimi Ağcabədidə də 20 Yanvar faciəsi şəhidlərinin anım günü qeyd olunub. Anım mərasimdə Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov,...

Kəmalə Əlizadə: “Gözlərini yummazdan əvvəl evin ünvanını deyib”

20 Yanvar faciəsinin qurbanlarından biri də Faiq Əbdülhüseyn oğlu Əlizadə idi. O, 10 yanvar 1953-cü  ildə Ağcabədidə anadan olub. Sonradan Bakı şəhərində yaşayan həmyerlimiz hadisə...

Cərimə olundular

Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində mövcud  karantin qaydalarını pozan şəxslər cərimələnib. Belə ki, yas...

İbiş bəy Mirzə Cəlili ölümdən necə xilasetdi?

Azərbaycanın ilk maarifçi qadınlarından, tanınmış ziyalı, ictimai xadim, xeyriyyəçi Həmidə xanım Cavanşir görkəmli yazıçı, dramaturq və publisist Cəlil Məmmədquluzadənin sədaqətli həyat yoldaşı...

Təcrübə üçün səfər et

Bu günlərdə Gənclərin İnkişaf və Karyera Mərkəzinin Ağcabədi nümayəndəliyinin əməkdaşları və könüllüləri “Aran” qəzeti redaksiyasının yaradıcı kollektivi ilə görüş keçiriblər.

Vaksinasiya tədbirləri davam edir

Rayonda koronavirus pandemiyası ilə əlaqədar vaksinasiya tədbirləri davam edir. Rayon mərkəzi xəstəxanasında peyvənddən öncə, sakinlərin müayinədən keçirilməsi diqqət mərkəzində saxlanılır. İndiyədək bölgədə...

Ziyalının xatirəsi əbədiləşdirildi

Xeyirxah əməllər sahibi olan insanlar həyatda olmasalar belə, qəlblərdə iz qoyur, əbədi yaşayır. Ağcabədinin dəyərli ağsaqqallarından, ziyalılarından biri olan Xəlil Xəlilov da...

Qəhrəmanlıq salnaməsi

ADPU-nun Ağcabədi filialında  dəyirmi masa keçirilib Yanvarın 19-da Azərbaycan Dövlət Pedaqoji Universiteti Ağcabədi filialında Qanlı Yanvar faciəsinin 32-ci il dönümü münasibətilə dəyirmi masa keçirilib. Tədbirdə ADPU-nun Ağcabədi filialının müəllim kollektivi və  tələbələr iştirak ediblər. 

Şərhlər