Vaksinasiya tədbirləri genişlənir

            Əsrin bəlasına çevrilən koronavirus (COVİD-19) xəstəliyinə qarşı mübarizə tədbirləri davam etdirilir. Respublikanın bütün bölgələrində olduğu kimi, Ağcabədi rayonu da peyvəndləmə kampaniyasında fəal iştirak edir. Bununla əlaqədar olaraq rayon mərkəzi xəstəxanasında vaksinasiya prosesi ilə tanış olduq. Xəstəxanada koronavirus əleyhinə peyvənd olunan rayon sakinləri ilə görüşdük və onların fikirlərini öyrəndik.

            Ağcabədi şəhər sakini Eldəniz Sultanov Xocavənddən olan Xudayət Abdullayev söhbət zamanı vaksinasiya tədbirlərinin əhəmiyyətindən danışıb,  koronavirusa qarşı mübarizədə onun çox vacib olduğunu bildiriblər. Vaksin vurulduqdan sonra heç bir təsir olmadığını dilə gətirən sakinlər vətəndaşların sağlamlığının qayğısına qalan dövlətimizin başçısına dərin təşəkkür və minnətdarlıq ediblər. Onlar bütün sakinləri vaksinasiya tədbirində iştirak etməyə açğırıblar.

            Ağcabədi rayon Mərkəzi Xəstəxanasının şöbə müdiri, vaksinasiyasiya kampaniyasının rəhbəri Sabir Məhərrəmovun dediklərinə görə, ötən dövr üzrə rayon üzrə 14 000 nəfərdən çox birinci doza, 9 000 nəfər isə ikinci doza ilə peyvəndlənib. Bütövlükdə 23 000 nəfərdən çox sakin peyvənd olunub. Gün ərzində xəstəxanada 500-600 nəfərə vaksin vurulur. Vaksinasiya tədbirlərində Ağcabədi rayon “Asan Xidmət” Mərkəzi, ümumi təhsil məktəbləri, uşaq baxçalarının kollektivlərinin üzvləri fəal iştirak edirlər.

Hüseyn QULUZADƏ

Şərhlər