Bakıdan düşmənə gözdağı: Hərbi Qənimətlər Parkı

Məlum olduğu kimi, aprelin 12-də Prezident İlham Əliyevin iştirakı ilə Bakıda Hərbi Qənimətlər Parkının açılışı olub.

Əvvəla onu qeyd edim ki, belə bir parkın qısa müddət ərzində ərsəyə gəlməsi təqdirəlayiq hadisədir. Hərbi Qənimətlər Parkı keçmişini, tarixini bilən, torpaq uğurunda mübarizəmizi dərk edən, milli amala xidmət edən, əsl vətəndaş kimi düşünən hər bir azərbaycanlı üçün qürur yeridir. Eyni zamanda qalib Azərbaycan Ordusunun öz qəhrəmanlığı ilə yaratdığı bir əsərdir. Lakin bu dəfə də tarixi epizodlar təkrarlanır desəm, yanılmaram. Vətən müharibəsindəki uğurlu mübarizəmiz və şanlı qələbəmizi gözü götürməyən, hər vəchlə ona kölgə salmağa çalışan düşmən və onların yandaşları bu gün də eyni mövqedən çıxışlar etməyə başlayıblar.

Belə demək olarsa, Hərbi Qənimətlər Parkında nümayiş olunan hərbi qənimətlər və düşməni təcəssüm etdirən manikenlər Ermənistanı xeyli qəzəbləndirib və əks-təbliğat üçün “hərəkətə keçməyə” məcbur edib. Bütün tarixi dövrlərdə belə dırnaqarası kampaniyalarla var-gəl edən düşmən, bu dəfə də eyni üsulla hərəkətə keçib. Təbii ki, müharibədəki biabırçı məğlubiyyətlərindən sonra Azərbaycandan qələbə rəmzi kimi belə bir hərbi muzey görmək erməni “hay-küyü” üçün yetəri qədər ciddi səbəbdir. Çünki Qənimətlər Parkı Ermənistan ordusunun necə darmadağın edildiyini, bu ölkəyə uzun illərdən bəri təmənnasız verilən külli miqdarda hərbi texnikanın necə yararsız hala düşdüyünü, uzun illər boyu ətrafında “məğlubedilməzlik” mifi yaradılan Ermənistan ordusunda real vəziyyətin necə olduğunu ən incə detallarına kimi ortaya qoyur.

Bəs tarix boyu dinc azərbaycanlılara qarşı insanlığa sığmayan, xüsusi vəhşiliklə törədilmiş soyqırımlar, qətliamların müəllifi ermənilər deyilmi?! 30 il işğal altında saxlanılan tarixi Azərbaycan torpaqlarında erməni vandalizminin izləri: məqsədyönlü şəkildə törədilmiş talançılıq, tarixi abidələrin dağıdılması, mədəni irsimizin silinməsi, təbii sərvətlərin qanunsuz istifadəsi hansı beynəlxalq və insani hüquqlarına sığır?! 1 milyondan çox insanı torpaqlarından didərgin salmaq, yaşama hüququnu pozmaq, 31 Mart, Xocalı soyqırımlarını törətmək faşizmin göstəricisi deyilmi?!

Görünür Ermənistan XİN “Hərbi Qənimətlər Parkı” layihəsini “tənqid edib”, bunu müharibədə həlak olanların xatirəsinin alçaldılması kimi qiymətləndirdiyi cəfəng bəyanatını yazarkən, geriyə dönüb öz ölkəsinə nəzər salmağı yaddan çıxarıb.

Elə isə tarixi hadisələrə qısa nəzər salaq:

Birinci Qarabağ müharibəsi zamanı Şuşadan Xankəndinə gedən yolda erməni tankını abidə kimi yerləşdirib, qarşısına Ermənistan bayrağı asmaq sülh deyil, nifrət və işğalçılıq siyasətinin göstəricisidir. Eləcə də Birinci Qarabağ savaşında ələ keçirdikləri azərbaycanlılara məxsus avtomobillərin nömrələrindən stend düzəldib nümayiş etdirmək, insanlığa sığmayan amansızlıqla törətdikləri Xocalı soyqırımından sonra İrəvanda “Xocalı” adlı restoran tikib, təmtaraqlı açılış etmək xarab erməni xislətinin bariz nümunəsidir. Faşist Nijdeyə İrəvanda heykəl ucaldan, beynəlxalq miqyasda rəsmən terrorçu kimi qəbul edilən, azərbaycanlıların qatili Monte Melkonyanı qəhrəman elan edən, muzdlu qatil, terrorçu Soqomon Teyliryana kəsilmiş insan başı ilə abidə ucaldan bir dövlət indi Azərbaycanı nifrət aşılayan, düşmən hərbçilərinin ləyaqətini tapdalayan dövlət kimi günahlandırır.

Belə təxribat xarakterli bəyənata Azərbaycan Xarici İşlər Nazirliyindən Ermənistana verilən cavab kifayət qədər tutarlı idi:

“Ermənistanın üçtərəfli razılığa zidd olaraq, pozucu fəaliyyəti ilə bağlı üzrxahlıq bildirmək əvəzinə, əsassız iddialarla çıxış etməsi, Azərbaycana qarşı yalan və iftira dolu kampaniya aparması bu ölkənin hələ də düşmənçilik mövqeyindən çıxış etdiyini, beynəlxalq hüquq əsasında münasibətlərin normallaşdırılmasına hazır olmadığını və beləliklə də yaxın keçmişdə baş verənlərdən nəticə çıxarmadığını nümayiş etdirir”.

Təbii ki, Ermənistanın bu bəyanatından sonra havadarlarının da onlara dəstəyi gözlənilən idi. Ermənistandakı fransalı səfirin belə “dəstəyi” özünü çox gözlətmədi. Fransanın İrəvandakı səfirinin Ermənistanın 44 günlük müharibədə “ləyaqətlə məğlub olduğunu” bildirməsi və Azərbaycana ithafən “müharibə tamaşa predmeti olmamalıdır” deməsi Fransanın ermənipərəst mövqeyini bir daha sübut etmiş oldu. Ləyaqətli mübarizə ilə başqasının torpağını işğal etmək anlayışını ayıra bilməyən insanın diplomatik bacarıqlarına şübhə etməmək olmur. Eyni zamanda Fransa səfiri bizə düşməndən götürülən qənimətlərlə necə davranacağımızıma dair göstəriş verəcək şəxs deyil!

Hər şeyə rəğmən reallıq göz qabağındadır. Azərbaycan Prezidentinin yürütdüyü düzgün siyasətinin nəticəsi, Azərbaycanın şanlı qələbəsi, Azərbaycan Ordusunun gücü bütün dünyaya məlumdur. Bu gün Hərbi Qənimətlər Parkı Azərbaycan xalqı üçün müqəddəs yerdir. Bizə qanları bahasına qələbə sevinci yaşadan şəhidlərimizin ruhu, qazilərimizin nəfəsi var burada. Qalibiyyətimizin rəmzi, düşmənlərimizə gözdağıdır bu məkan. Bu muzey gələcəkdə Azərbaycan torpaqlarına göz dikməyə cəsarət edə biləcək revanşistlər üçün bir ibrət dərsidir. Hərbi Qənimətlər Parkını ziyarət edən hər kəs Azərbaycan Ordusunun qüdrətinin şahidi olacaq.

Bu Parkın və burada sərgilənən kompozisiyaların verdiyi əsas mesaj isə Qələbəmizin təntənəsidir. Dövlətimizə qarşı həyata keçirilən təcavüz siyasəti və qanunsuz işğal üzərində çalınan böyük Qələbə!

Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin sektor müdiri Aydın Tağıyev

Millət vəkilindən mediaya dəstək

Xəbər verdiyimiz kimi, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə olunan məsələlər arasında medianın vergidən azad...

Mehriban Əliyeva Türkiyəyə başsağlığı verib

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Türkiyədə baş vermiş zəlzələ ilə əlaqədar qardaş ölkəyə başsağlığı verib.  "Instaqram" hesabında olan paylaşımda...

Bu gün Xankəndi-Laçın yolunda sülhməramlıların 26 avtomobili maneəsiz keçib

Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus daha 20 avtomobilin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.   "Report"un aksiya keçirilən...

Azərbaycanda qəzet və saytlara verilən maddi yardımlar vergilərdən azad edilir

Aranın xəbərinə görə, bununla bağlı Vergi Məcəlləsinə dəyişiklik təklif olunur. Layihənin qeyd hissəsində əsaslandırılıb...

Azərbaycan və  Macarıstan oxşar cəhətlərə malik ölkələrdir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Macarıstana rəsmi səfəri zamanı Budapeştdə mətbuata bəyanat vermişdir. Bəyanatda qeyd edilir ki, dost ölkələr kimi Azərbaycanla Macarıstan...

Azərbaycanda media subyektlərinin əldə etdikləri gəlirlər vergidən azad olunacaq

Azərbaycanda media subyektlərinin əldə etdikləri gəlirlər vergidən azad olunacaq. "Report"un xəbərinə görə, bununla bağlı Vergi Məcəlləsinə dəyişiklik təklif olunur.

Azərbaycan və Macarıstan münasibətləri yeni inkişaf mərhələsində

Şərqi Avropa ölkələri, o cümlədən Macarıstanla ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişafı ölkəmizin xarici siyasətinin vacib istiqamətlərindən biridir. Bu ölkələr arasında qarşılıqlı səviyyədə...

Türkiyədə zəlzələdə ölənlərin sayı 284 nəfərə çatıb, 2323 nəfər yaralanıb 

Türkiyədəki zəlzələdə ölənlərin sayı 284 nəfərə çatıb. “Aran” xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Fuat Oktay jurnalistlərə açıqlamasında deyib.

Azərbaycan Prezidentinin tapşırığı ilə FHN-in çevik qüvvələri Türkiyəyə yola düşəcək

Bu gün səhər saatlarında Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab...

Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan başsağlığı verib. Aran xəbər verir ki, başsağlığında deyilir:

Şərhlər