14.6 C
Aghjabadi
Çərşənbə, May 25, 2022

Paytaxtda və regionlarda dayanma-durma və parklanma qaydalarını pozan sürücülərə qarşı mübarizə tədbirləri davam etdirilir

Daxili İşlər Nazirliyinin tədbirlər planına uyğun olaraq, respublikanın ayrı-ayrı inzibati ərazi vahidlərində dayanma-durma və parklanma qaydalarını pozan sürücülərə qarşı mübarizə tədbirləri davam etdirilir.

Baş Dövlət Yol Polisi (DYP) İdarəsindən AZƏRTAC-a bildiriblər, sürücülər arasında maarifləndirmə və təbliğat işləri aparılmaqla yanaşı, qayda pozuntularına yol verən sürücülərə qarşı inzibati tənbeh tədbirləri də görülür.

Baş Dövlət Yol Polisi (DYP) İdarəsinin Yol Patrul Xidməti Alayı, habelə Gəncə, Ağdam, Ağdaş, Ağstafa, Ağsu, Ağcabədi, Qax, Qazax, Qəbələ, Quba, Daşkəsən, Zaqatala, Zərdab, İsmayıllı, Yardımlı, Kürdəmir, Göyçay, Göygöl, Goranboy, Neftçala, Lerik, Oğuz, Samux, Salyan, Siyəzən, Tərtər, Tovuz, Ucar, Hacıqabul, Yardımlı, Masallı, Mingəçevir, Xocalı, Cəlilabad, Şabran, Şamaxı, Şəmkir, Şirvan və Şəki şəhər rayon polis orqanlarının Dövlət Yol Polisi qurumları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində dayanma-durma və parklanma qaydalarını kobud şəkildə pozan sürücülər inzibati məsuliyyətə cəlb olunub.

DYP bir daha bildirib ki, yollarda avtomobil sıxlığının qarşısını alınması üçün dayanma-durma və parklanma qaydalarına riayət etmək vacibdir. Nəqliyyat vasitəsini ikinci cərgədə, səkilərdə, piyada keçidlərində və digər qadağan olunan yerlərdə park edən sürücü bilməlidir ki, o, bu hərəkəti ilə qayda pozuntusuna yol verməklə yanaşı digər hərəkət iştirakçılarının təhlükəsiz, rahat və fasiləsiz hərəkətinə mane olur.

Xəbər lenti

Azərbaycan-Litva münasibətləri yüksələn xətlə inkişaf edir

     Tarixin hansı mərhələsində olursa-olsun, dünyanın siyasi xəritəsində meydana çıxan yeni müstəqil dövlət ayaq üstə qalmaq üçün bir-birindən çətin sınaqlarla üz-üzə gəlir....

Ümumrayon yığıncağı keçirilib

May ayının 21-də Ağcabədi rayon Mədəniyyət Mərkəzində bölgə  ərazisində ideoloji maarifləndirmə işini həyata keçirən təbliğat qrupu üzvlərinin iştirakı ilə ümumrayon yığıncağı keçirilib.

Bu gün onların peşə bayramıdır

Mayın 23-ü Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramıdır.  Bu münasibətlə 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları ulu...

“Fədakarlar bir amalın uğrunda” kitabının təqdimatı keçirilib

Mayın 21-də Nizami Kino Mərkəzində Mədəniyyət Nazirliyi tabeliyində Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin sektor müdiri,  Azərbaycan Jurnalistlər Birliyinin üzvü Aydın Tağıyevin...

Azərbaycan sülhə, təhlükəsizliyə və sabitliyə sadiqdir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevmayın 18-də Litva Prezidenti Gitanas Nausadının ölkəmizə səfəri ilə əlaqədar mətbat üçün bəyanat verib.  Ölkə Prezidenti bildirib...

“Çempionumuz” layihəsi çərçivəsində növbəti görüş

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan İdman Könüllüləri İctimai Birliyi tərəfindən təsdiq edilmiş birgə əsasnaməyə müvafiq...

Deyimlərimiz, kəlamlarımız

         Bədii yaradıcılıq xalqımızın ruhunda, canındadır. Lap qədimdən bu günə qədər qaynayıb-daşan, axıb-coşan bu yaradıcılıq çeşməsi bitib-tükənmək bilmir. Zəngin məna çalarlarına malik...

Avşar elinin tarixi

         Fəzlullah Rəşidəddin (“Cəmiəttəvarix”), Yazıçıoğlu Əli (“Səlcuqnamə”) və Əbülqazi Bahadır Xan Xivəliyə (“Şəcəreitərakimə”) görə Avşar adının anlamı “işlərini cəld görən və ova...

Kümçülərə 877 qutu barama qurdu paylanılıb

         Respublikamızda barama istehsalına yüksək dövlət diqqət və qayğısından ruhlanan rayon kümçüləri 2022-ci təsərrüfat ilində  də bu mühüm kampaniyaya böyük həvəslə qoşulublar.

Şəhidlərin xatirəsi əbədiləşdirilib

         Rayonun İmamqulubəyli kəndində Birinci Qarabağ müharibəsi şəhidləri Hidayət Kərimov, Cavanşir Zeynalov, Savalan Kərimov, Yadigar Bəşirov və Röyal Baxşəliyevin xatirələrini əbədiləşdirmək məqsədi...

Şərhlər