3.4 C
Aghjabadi
Cümə axşamı, Yanvar 27, 2022

DƏNLİ VƏ TEXNİKİ BİTKİLƏRİN YANĞIN TƏHLÜKƏSİZLİYİ.

     Dənli və  texniki bitkilərin yetişdirilməsi, tədarükü əhalinin ərzaqla  təminatında  mühüm  əhəmiyyət kəsb etdiyindən ölkəmizdə bu  sahənin inkişafı  daim  diqqət mərkəzində saxlanılır. Təsadüfi deyildir ki, son dövrlər bu istiqamətdə, xüsusən də taxıl tədarükünün artırılması, əhalinin ərzaqla etibarlı təminatı ilə bağlı dövlət başçımız, hökumət tərəfindən mühüm qərarlar qəbul edilmişdir.

    Dənli və texniki bitkilərin, o cümlədən taxıl tədarükünün artırılması ilə bağlı qarşıya qoyulan vəzifələrdən biri də bu strateji  əhəmiyyətli məhsulların yanğından qorunması, biçin dövründə yanğın  təhlükəsizliyi  tədbirlərinin  düzgün həyata keçirilməsidir.

   Biçin dövründə-zəmilərin yaşıl örpəyinin  qızılı donla əvəz  olunduğu, kombaynların sahələrə çıxdığı, yəni taxıl yığımı, mal-qara üçün silos, senaj, quru ot tədarükü görüldüyü mövsümdə müxtəlif dənli və texniki bitkilərin, o cümlədən taxılın, həmçinin qaba və şirəli yemlərin yanğından qorunması üçün yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl olunması çox vacib məsələdir.

  Bu yazımızda məhz həmin qaydalardan-dənli və texniki bitkilərin yığılmasına hazırlıq, məhsul yığımı, onların daşınması və tədarük olunması dövründə yanğın təhlükəsizliyilə bağlı,  həmçinin  yanğın baş verən zaman  hansı zəruri tədbirlərin həyata keçirilməsindən söhbət açılır.

   Biçinə hazırlıq dövründə yanğın təhlükəsizliyi ilə əlaqədar hansı tədbirlər həyata keçirilməlidir?

   Dənli və texniki bitkilərin yığımı dövründə  mülkiyyət formasından asılı  olmayaraq hər bir təsərrüfatda onun rəhbəri tabeliyindəki obyektlərin yanğın təhlükəsizliyinə cavabdeh şəxs kimi məsuliyyət daşıyır. Həmçinin ot biçini və taxıl yığımı başlayan vaxtdan qurtaranadək təsərrüfat  rəhbərləri yanğın təhlükəsizliyi qaydalarına əməl olunmasını tam təmin etməli, bununla  əlaqədar kənd təsərrüfatı  işçiləri arasında müvafiq maarifləndirmə işləri aparmalıdırlar.

   Taxıl və ot yığımına başlamazdan əvvəl bütün təsərrüfat rəhbərləri, biçində iştirak edən  hər bir şəxs kənd təsərrüfatı texnikasını yanğına qarşı hazırlamalı, onlar ilkin odsöndürmə vasitələri  ilə tam təmin edilməlidirlər. Dənli və texniki bitkilərin yığılması, daşınması, emalı və saxlanması dövründə yanğın təhlükəsizliyinə  nəzarət etmək üçün əmrlə cavabdeh şəxslər təyin edilməlidir.

   Məhsul yığımında iştirak edən traktor və kombayn sürücüləri, onların  köməkçiləri, digər mexanizatorlar, eləcə də məhsul yığımına cəlb edilən hər bir şəxs qanunvericilikdə nəzərdə tutulmuş qaydada xüsusi proqram üzrə yanğına qarşı təlimat keçməlidir. Yanğın  təhlükəsizliyi  üzrə təlimat almayan şəxsə məhsul yığımında iştirak etməyə icazə verilməməlidir.

   Məhsul yığımında iştirak edən texnikanın hamısı biçinə başlamazdan əvvəl yanğına qarşı texniki müayinədən keçirilməli, onların yanğın təhlükəsizliyi tələblərinə cavab vermələri barədə akt tərtib edildikdən sonra  sahəyə buraxılmalıdır.

   Kollektorların birləşmə hissələrinin və atqı borusunun ara qatlarında zədələnmələr olmamalıdır. Əgər məhsul yığımı ilə eyni vaxtda biçilməmiş taxıl zəmilərinin yaxınlığında payız şumlanma işləri aparılarsa, onda şum traktorları mütləq qığılcımsöndürənlərlə təmin edilməlidir. Mühərrikin çıxış kollektoruna küləşli məhsulların düşməsinin qarşısını almaq  məqsədi ilə örtüksüz (kapotsuz) və ya örtüyü (kapotu) açıq olan texnikaların istifadəsinə icazə verilməməlidir.

 Dənli və texniki bitkilərin yetişdiyi dövrdə yanğın təhlükəsizliyi tədbirləri

   Dənli və texniki bitkilərin yetişdiyi  dövrdə yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə bir sıra zəruri tədbirlər təxirəsalınmadan həyata keçirilməlidir. Belə ki, meşə zolaqları, avtomobil və dəmir yolları taxıl zəmilərinə yaxın olduqda onların arası biçilməli və eni 4  metrdən az olmamaq şərti ilə şumlanmalıdır. Biçilmiş ot taxıl zəmilərindən ən azı 30 metr aralıda tayaya vurulmalıdır.Taxıl yetişən zaman cavabdeh şəxslər tərəfindən zəmiləri  yanğından qorumaq məqsədi ilə xüsusi keşikçilər ayrılmalıdır Biçilmiş ot və taxıl həmin sahədən kənara daşınmalıdır.

   Məhsul yığımı dövründə yanğın təhlükəsizliyi tədbirləri

   Məhsul yığımı dövründə bir sıra zəruri yanğın təhlükəsizliyi tədbirləri  həyata keçirilməlidir. Biçin aparılan taxıl zəmilərinin yaxınlığında baş verə biləcək yanğınların qarşısını almaq məqsədi ilə kotanlı traktorlar olmalı, taxıl zəmilərində və onların yaxınlığında küləş  yandırılması və  tonqal qalanmasına yol verilməməlidir. Tarla şəraitində traktor, kombayn və digər maşınların yanacaqla təmin edilməsi onların mühərriki söndürüldükdən sonra  yanacaqdoldurucu  maşınlarla həyata keçirilməlidir.

   Yığımda iştirak edən texnikanın diyircəklərinin və digər sürtülən hissələrinin qızmasının  qarşısını almaq  məqsədi  ilə  onların  vaxtlı-vaxtında yağlanmasına və etibarlı bərkidilməsinə ciddi nəzarət olunmalı, kombaynların, digər texnikaların fırlanan mexanizmlərinə dolaşan küləş kütləsi vaxtlı-vaxtında təmizlənməlidir.Taxıl xırmanları bina və tikintilərdən 50 metr, taxıl zəmilərindən 100 metr aralıda olmalıdır. Xırmanların sahələri bitki örtüyündən (otdan) mütləq təmizlənməli, ətrafı 4 metr enində şumlanmalıdır. Bir daha xatırladırıq ki, kənd təsərrüfatı məhsullarının, xüsusən də taxılın oddan qorunması hamının şərəf işi olmalıdır. Unutmamalıyıq  ki, taxıl bərəkətdir, ruzidir və o, böyük zəhmət hesabına  yetişdirilir.

Yanğın baş verərsə…

   Taxıl zəmisində, ot sahələrində yanğın baş verərsə, dərhal iş dayandırılmalı, maşının  fiti və metal cismlərə zərbə vurmaqla ətrafdakılar məlumatlandırılmalı və dərhal mövcud yanğınsöndürmə vasitələri ilə (odsöndürən, motopompa, su, süpürgə, keçə və s.), eləcə də  yanan yerə torpaq atmaqla yanğını söndürməyə çalışmaq lazımdır. Əgər yanğının qarşısı alınmazsa, təcili olaraq 112 və ya 101 nömrəli telefonlara zəng etməklə yanğından mühafizə hissəsinə məlumat verilməlidir. Yanğının taxıl zəmisində genişlənməsinin qarşısını almaq məqsədilə yanan sahənin ətrafını kotanlı traktor vasitəsi ilə şumlayaraq yanğına qarşı ara  məsafəsi yaratmaq lazımdır. Ara məsafəsi yaratmaq məqsədilə aparılan şumlama zamanı yanğının yayılma sürəti və küləyin istiqaməti nəzərə alınmalıdır.

     Uçan qığılcımları və küləşin yanan hissəciklərini söndürmək üçün şumlanmış qurşaq  boyunca  süpürgə  ilə təchiz edilmiş adamlar düzmək lazımdır.

  Yanğın təhlükəsizliyini təmin etmək üçün…

    Kənd təsərrüfatı məhsullarının, o cümlədən taxılın, digər dənli və texniki bitkilərin yanğından qorunması tək yanğın təhlükəsizliyi qurumları əməkdaşlarının deyil, eləcə də   təsərrüfat başçılarının, traktorçuların, kombaynçıların, mexanizatorların, mexaniklərin,  sürücülərin, məhsul yığımında iştirak edən bütün  əməkçilərin ümdə vəzifəsi olmalıdır.

    Taxıl və ot yığımı  ərəfəsində bütün  kənd təsərrüfatı texnikaları yanğına qarşı  hazırlanmalı, ilkin yanğınsöndürmə  vasitələri  ilə  təmin edilməlidir.

    Dənli və texniki bitkilərin yığımında iştirak edən bütün texnikaların yanğın təhlükəsizliyi qaydalarının tələblərinə uyğun olması hər bir təsərrüfatda təşkil olunmuş xüsusi komissiya tərəfindən  Dövlət Yanğın Nəzarəti Xidmətinin yerli qurumlarının əməkdaşlarının iştirakı ilə birgə yoxlanılmalıdır.

   Mühərriki akkumlyatorla işə salınan kombayn və traktorların elektrik naqillərinin etibarlı izolyasiyası  olmalı, naqillər sürtünmədən və mexaniki zədələrdən qorunmalıdır.

  Biçində iştirak edən texnikaların  naqilləri gövdə və onun iti künclərindən keçən yerlərdə rezin və yaxud plasmas borularla  mühafizə  olunmalıdır.

  Dənli və texniki bitkilərin yığımında iştirak edən bütün texnikaların atqı boruları qığılcımsöndürənlərlə təmin edilməli, hava verən turbinli mühərriklər istismara yararlı olmalıdır.

   Taxıl yığımı, ot tədarükü zamanı müvəqqəti tarla düşərgələri taxıl zəmilərindən, xırmanlardan və s. yanğın təhlükəli yerlərdən ən azı 100 metr kənarda  olmalıdır.

   Taxıl zəmilərində, xırmanlarda, ot tayaları  yığılan yerlərdə siqaret çəkilməməlidir!

   Taxıl yığımı və ot tədarükü zamanı kombaynın kənar şəxslər tərəfindən işə salınmasına,   onun yedəyə alınmaqla və yüksəklikdən buraxılmaqla işə  salınmasına, yanacaq və yağların sızmasına yol verilməsinə,  işdən sonra texnikanın sahələrdə saxlanmasına, kombaynlarda əlavə yanacaq və yağlama  materiallarının  saxlanılmasına yol verilməməlidir.

  Taxıl zəmilərində kibrit yandırmaq, açıq oddan istifadə etmək  olmaz.

  Taxıl zəmiləri kombaynın gündəlik yığım normasına uyğun olaraq sahələrə bölünməli, bu sahələrin arası 8 metr enində biçilməli və həmin zolaq mütləq ən azı 4 metr enində şumlanmalıdır. Biçilmiş ot və taxıl həmin sahədən kənar edilməlidir. Taxıl yetişən zaman yanğın təhlükəsizliyinə məsul şəxslər tərəfindən  zəmiləri yanğından qorumaq məqsədilə xüsusi keşikçilər ayrılmalıdır.

  Tarla düşərgələrində, taxıltəmizləmə xırmanlarında, ot və küləş yığılan yerlərdə siqaret çəkmək üçün xüsusi yer ayrılmalıdır.

   Biçilmiş ot zəmilərdən ən azı 30 metr məsafədə tayalara vurulmalı, ot tayaları bir-birindən  ən azı 20 metr yanğına qarşı  ara  məsafəsi olmaqla  qurulmalıdır.

   Taxıl zəmisinin yaxınlığında tonqal qalamaq, gecə vaxtı maşınların yanacaqla doldurulması   qadağan edilməlidir.

   Tarla düşərgələri, taxıl təmizləmə xırmanları, ot və küləş tayaları yığılan sahələr ilkin yanğınsöndürmə vasitələri ilə təmin  edilməlidir.

   Zəmilərin yaxınlığında uşaqların kibritlə oynamasına, odla dəcəllik etməsinə yol verilməməli, tezalışan məhsullar, o cümlədən  yanacaq və sürtgü materialları  yerə tökülməməlidir.

   Taxıl yığımı zamanı kombayn, traktor və otbiçən, eləcə də taxılı daşıyan avtomaşınlarda yanğın baş verərsə, yanğını təcili olaraq söndürmək və texnikanı taxıl zəmisindən çıxarmaq lazımdır. Yanğın zamanı kombaynın küləş yığılan hissəsindən küləşin boşaldılması kombayn taxıl zəmisindən çıxarıldıqdan sonra həyata keçirilməlidir.

    Bir daha xatırladırıq ki, kənd təsərrüfatı məhsullarının, xüsusən də taxılın oddan qorunması hamının şərəf işi olmalıdır. Unutmamalıyıq ki, taxıl bərəkətdir, ruzidir və o böyük zəhmət hesabına  yetişdirilir.

 Elin bu əvəzsiz sərvətini oddan qoruyun!  

Qarabağ regional Dövlət Yanğın Nəzarəti İdarəsi

Xəbər lenti

Ağcabədi rayon pambıq sahələrinin orta məhsuldarlığı 30 sentnerdən çox olub

2021-ci ildə Ağcabədi, Neftçala, Tərtər, Salyan və Yevlax rayonlarında pambıq sahələrində orta məhsuldarlıq 30 sentnerdən çox olub. Bunu kənd təsərrüfatı naziri İnam Kərimov...

Ağcabədi və ağcabədililər haqqında dəyərli nəşr III hissə

Vətən müharibəsinin Zəfərlə başa çatmasını müəllif xalqın, ordunun və dövlətin birliyinin nəticəsi, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin qətiyyətinin təntənəsi kimi...

Məşhur xeyriyyəçi haqqında maraqlıfaktlar

Azərbaycan xalqının inkişafı üçün əlindən gələni əsirgəməyən böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev mənalı və maraqlı həyat yolu keçmişdir. O,...

Cərimələniblər

Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən görülmüş tədbirlər nəticəsində koronavirus pandemiyası ilə əlaqədar karantin qaydalarını pozan şəxslər cərimələniblər.  Belə...

Peyvənd olunanların sayı artır

Rayonda koronavirus pandemiyası ilə əlaqədar vaksinasiya tədbirləri davam etdirilir. Gün ərzində Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına müraciət edən sakinlər müayinə edilərək peyvənd olunurlar....

Vəzifəli şəxs vəfat edib

Ağcabədi Rayon Suvarma Sistemləri İdarəsinin şöbə müdiri İnşallah Muxtar oğlu Sultanov ömrünün 61-ci ilində vəfat edib. Tanınmış mütəxəssis uzun illər meliorasiya-su təsərrüfatı...

Respublika fənn olimpiadalarına start verilib

Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə keçirilən respublika fənn olimpiadalarına start verilib. 22 yanvar 2022-ci il tarixdə  olimpiadanın birinci...

Ağcabədidə intiharın qarşısı alınıb

Xilasedicilər Ağcabədi rayonunda intihara cəhd edən şəxsi fikrindən daşındırıblar. Rayonun Hindarx sakini 1995-ci il təvəllüdlü Savalanov Tural Elzamin oğlu intihara...

Əməkdaşımız Orxan Kərimov İctimai TV-nin qonağı oldu

Orxan Kərimov İctimai Televiziyanın reytinqli proqramlarından olan Dikdaban verilişində "Gənclərin mütaliə marağı" mövzusunda qonaq olub. İzləmək üçün videonu açın...

Qanlı 20 Yanvar

  Yanvarın 19-da Ağcabədi Rayon Heydər Əliyev Mərkəzində “Qanlı 20 Yanvar" adlı tədbir keçirilmişdir. 5 saylı uşaq bağçası-körpələr evinin...

Şərhlər