Mobil qruplar tərəfindən maarifləndirmə işləri davam etdirilir


Rayonumuzda koronavirusa yoluxma hallarının qarşısının alınması istiqamətində əhali arasında təbliğat işləri genişləndirilir.
Ağcabədi rayonunda yaradılmış mobil qrupların üzvləri müntəzəm olaraq bununla əlaqədar ictimai yerlərdə, idarə-təşkilatlarda, ictimai iaşə obyektlərində və sakinlər arasında maarifləndirici tədbirlər həyata keçirir, söhbətlər aparır. Rayon sakinlərinə sıxlıq olan yerlərə getməmək məsləhət bilinir. Əhaliyə virusun yayılması, törədə biləcəyi fəsadların qarşısının alınması məqsədi ilə tibbi maska taxmaq, gigiyena, spirtdən istifadə, ara məsafələrinin gözlənilməsi qaydaları ilə əlaqədar lazımi tövsiyyələr verilir.
Mobil qruplar tərəfindən idarə, müəssisə, məktəb, uşaq bağçaları, habelə özəl obyektlərin rəhbərlərinə pandemiyaya qarşı mübarizə tədbirləri ilə bağlı zəruri lövhə və plakatların asılmasının vacibliyi bildirilir.
Koronavirus pandemiyası ilə əlaqədar maarifləndirmə tədbirləri davam etdirilir.

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər