Yeni uğurlar qazanmaq əzmi ilə

            Qaravəlli kənd sakini İmamqulu Qəhrəmanov rayonumuzun qabaqcıl fermerlərindəndir. Prezident İlham Əliyevin ölkəmizdə kənd təsərrüfatına göstərdiyi diqqət və qayğıdan ruhlanan təcrübəli istehsalçı hər il taxıl, pambıq tədarükü sahəsində yaxşı nəticələr əldə edir.

            O, ötən il özünə məxsus olan təsərrüfatında daha yüksək uğurlar qazanıb. 10 hektar əkin sahəsinin hər hektarından 57 sentner taxıl, 14 hektar əkin sahəsinin hər hektarından isə 53 sentner pambıq istehsal olunub.

            İmamqulu başçılıq etdiyi təsərrüfatda heyvandarlıqla da məşğul olur. Burada 200 baş ətlik qaramal, 150 baş ana qoyun bəslənilir. Fermerin dediyinə görə bu il yüz baş ana qoyundan 115 bala alınıb. Heyvandarlıqda istehsal olunan ət və süd  məhsullarından əldə olunan qazanc fermer təsərrüfatı üzvlərinin dolanışığına sərf olunur.

            İ. Qəhrəmanov 2021-ci təsərrüfat ilində 4 hektar əkin sahəsində buğda, 6 hektar əkin sahəsində isə dənlik arpa yetişdirir. Bacarıqlı fermer cari mövsümdə 14 hektar sahədə pambıq yetişdirmək fikrindədir. Bununla əlaqədar olaraq, əkin sahələrində yüksək aqrotexniki tədbirlər həyata keçirilib. Sahələr şumlanılıb, suvarma suyu və gübrələrlə təmin olunub və malalanıb. Təsərrüfat rəhbərinin dediyinə görə, aprelin 15-dən çiyid səpininə start veriləcək.

            İmamqulu Qəhrəmanov bu il də əkin sahələrindən rekord miqdarda taxıl və pambıq məhsulu əldə etmək əzmindədir. Ona bu yolda yeni uğurlar arzulayırıq!

Yəhya PAŞAZADƏ

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər