Əmisi oğlunu “ə” dediyinə görə bıçaqladı

“Ölkə.Az” xəbər verir ki, hakim Oruc Cəlilovun sədrliyi ilə keçiriləcək növbəti baxış iclası aprelin 28-nə təyin olunub.

Qeyd edək ki, hadisə ötən il fevralın 26-da, saat 15 radələrində rayonun Salmanbəyli kəndi ərazisində qeydə alınıb.

Belə ki, 1986-cı il təvəllüdlü Rafiq Mirzəliyev əmisi 1956-cı il təvəllüdlü Etibar Mirzəliyevlə torpaq sahəsində kirpi ovlayıblar. O, qardaşı, 1981-ci il təvəllüdlü Ramiz Mirzəliyev, E.Mirzəliyevin oğlanları – 1997-ci il təvəllüdlü Cəsur Mirzəliyev və 2002-ci il təvəllüdlü Cəzahir Mirzəliyevlə birlikdə həmin torpaq sahəsində yeyib-içiblər. Spirtli içki qəbul edəndən sonra Rafiq Mirzəliyev əmisi E.Mirzəliyevə “ə” ifadəsi işlədib. Daha sonra Rafiq Mirzəliyevlə əmisi oğlu Cəsur Mirzəliyev arasında şəxsi münasibətlər zəminində mübahisə düşüb. Rafiq Mirzəliyev üstündə gəzdirdiyi cib bıçağı ilə Cəsur Mirzəliyevin döş qəfəsinə 2 zərbə endirib.

Cəsur Mirzəliyev yaxınları tərəfindən Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına aparılıb və onun həyatını xilas etmək mümkün olub.

Hadisəni törədən Rafiq Mirzəliyev saxlanılıb.

Ona qarşı, Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə itiham elna olunub.

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər