16 aprel 2021-ci il tarixində görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın doğum günü ilə əlaqədar olaraq Ağcabədi rayon Heydər Əliyev Mərkəzi və GİKM-in Ağcabədi nümayəndəliyi ilə birgə təşkilatçılığı ilə “Zərif Ana,Zərif Qadın” adlıonlayn konfrans keçirilib.
Konfransı giriş sözü ilə açan Mərkəzin direktoru səlahiyyətlərini müvəqqəti icra edən Rövşanə Əliyeva Zərifə xanım Əliyevanın elmi fəaliyyətindən, onun ömür-gün yoldaşı ulu öndər Heydər Əliyevə olan böyük sevgisindən danışıb, qeyd etmişdir ki, Azərbaycan səhiyyəsinə böyük töhfələr vermiş bu insanı xatırlayanda hər bir azərbaycanlının gözü önündə mənəvi kamilliyin ən uca zirvəsində dayanan, əziz xatirəsi milyonlarla insanın qəlbində yaşayan, insanların gözlərinə nur verən görkəmli elm fədaisinin işıqlı çöhrəsi canlanır. Eyni zamanda biz Zərifə xanımın timsalında nəcib Azərbaycan qadını, böyük bir nəslin layiqli övladı, vəfalı ömür-gün yoldaşı, fədakar ana obrazını görürük. Yüksək intellekt, geniş erudisiya, zəngin mədəniyyət, dərin bilik, insanpərvərlik, vətənə məhəbbət və xeyirxahlıq kimi keyfiyyətlər isə Zərifə xanımın portretini tamamlayır.
Daha sonra GİKM-in Ağcabədi nümayəndəliyinin əməkdaşı Mirəli Mirəliyev Zərifə xanım Əliyevanın ömür yolu haqqında ətraflı məlumat verərək,qeyd etmişdir ki, Zərifə xanımın nurlu obrazı həmişə bizim ürəyimizdədir. O, həm böyük alim, həm də nümunəvi qadın, ana kimi hər zaman Azərbaycan qadınlarına bir örnəkdir.