İşğaldan azad olan ərazilərə getmək istəyən sürücülər saxlanılıb.
Bu barədə APA-nın Qarabağ bürosuna Ağdam Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin rəisi Allahverdi Allahverdiyev məlumat verib.
A. Allahverdiyev bildirib ki, rayon polis şöbəsinin əməkdaşları tərəfindən yollarda hərəkətin təhlükəsizliyinin təmin olunması məqsədilə rayon ərazisində növbəti reydlər təşkil olunub. Keçirilən reyd zamanı təhlükəsizlik kəmərindən, avtomobilin işıq cihazlarından, yəni dönmə siqnallarından düzgün stifadə etməyən sürücülər haqqında protocol tərtib olunub və ya xəbərdarlıq edilib. Eyni zamanda, koronavirus pandemiyasının yayılmasının qarşısının alınması məqsədi ilə xüsusi karantin rejimi qaydalarına riayət edilməsi məqsədilə rayon ərazisində nəzarət-profilaktik və maarifləndirmə tədbiri həyata keçirir.
Rayonun müxtəlif ərazilərində təşkil olunan reyd zamanı yol polisi əməkdaşları sürücülərin bir daha diqqətinə çatdırıb ki, istifadələrində olan avtomobillərin yanacaq sistemini tənzimləməklə onları saz vəziyyətə gətirməli və ixrac qazlarının tərkibinin normalara uyğunlaşdırılmasını təmin etdikdən sonra istismarına yol verməlidir.
Ağdam rayon Polis Şöbəsinin əməkdaşları Ağdama səfər edən sürücülərin rayon ərazisinin işğaldan azad olunan, Tərtər -Ağcabədi rayon ərazisinə kimi olan Ağdam rayon ərazisinin 30 km məsafə minalı hesab olunduğundan istər özlərinin istərsədə avtomobildə olan sərnişinləri həmin yerlərə aparmağı qəti qadağandır. Əks halda cinayət məsuliyyəti cəlb olunmaları qaçılmazdır.