13.5 C
Aghjabadi
Çərşənbə, May 25, 2022

Metodik kabinetin fəaliyyəti:yeni tələblər və meyarlar

            Tarixən hər bir millətin mədəni tərəqqisi məktəb və təhsil verənlərlə bağlı olaraq cəmiyyətin, elmin, texnikanın inkişafında misilsiz rol oynamışdır. Bu hazırda da prioritet sahə kimi daimi dövlətimizin diqqət mərkəzindədir. Çünki elm, təhsil, bilik xalqın yüksəliş və tərəqqisində mühüm yer tutur. Bunu ulu öndərimiz Heydər Əliyevin “Təhsil millətin gələcəyidir”, “Hər bir xalqın səviyyəsini onun bilik səviyyəsi müəyyən edir” müdrik kəlamları da sübut edir. Məhz elə bunun nəticəsidir ki, son illərdə təhsil müəssisələrinə böyük diqqət və qayğı göstərilir. Respublikamızın paytaxt və bölgələrində yeni müasir standartlara cavab verən saysız-hesabsız tikilmiş, əsaslı təmir edilərək yenidən qurulmuş məktəb binaları və hər cür cihaz və avadanlıqlarla təchiz edilmiş lobaratoriyalar, zəngin kitabxanalar buna əyani sübutdur. Bütün bunlar heç şübhəsiz, cənab Prezidentimiz İlham Əliyevin və Heydər Əliyev Fondunun Prezidenti, Birinci-vitse prezident Mehriban xanım Əliyevanın böyük diqqət və qayğısının, yorulmaz fəaliyyətlərinin bariz təcəssümüdür.Artıq məktəblərdə təhsilin hərtərəfli inkişafı üçün lazımi şərait yaradılıb.İndi əsas və başlıca vəzifə bu şəraitdən maksimum dərəcədə yararlanaraq təlim-tərbiyə prosesində daha böyük nailiyyətlər qazanmaqdır.Çoxillik pedaqoji təcrübə və illərlə aparılan müşahidələr birmənalı şəkildə sübut edir ki, təhsildə daha yüksək müvəffəqiyyətlər qazanmaq üçün təlim-tərbiyə prosesinə kompleks yanaşılmalıdır.Ona görə bu kompleks yanaşmanın içərisində ilk öncə təhsil şöbəsində fəaliyyət göstərən metodik kabinet önəmli, xüsusi yer tutur.Bu heç də təsadüfi xarakrter daşımır. Buna görə metodik kabinet rəhbəri son dərəcə müasir elmi-nəzəri, pedaqoji, metodiki, psixoloji cəhətdən zəngin, mükəmməl biliyə yiyələnməklə böyük təcrübəyə malik olmalıdır. Eyni zamanda bu tələb və meyarlar Təhsil Şöbəsində fəaliyyət göstərən bütün metodistlərə də şamildir. Hər bir sahədə olduğu kimi metodiki kabinetin də istər bugünki, istərsə də gələcəkdə daha səmərəli fəaliyyət göstərməsi bilavasitə ona rəhbərlik edən şəxsdən çox asılıdır. Bu baxımdan o, təhsil şöbəsində əsas, aparıcı və başlıca şəxslərdən biri hesab edilir. Hər şeydən əvvəl onda düzgün idarəetmə qabiliyyəti yüksək səviyyədə olmalıdır. Axı, heç vaxt unutmaq olmaz ki, o, müəllimlər müəllimidir…

            Metodiki kabinənin hər zaman səmərəli, yüksək səviyyədə fəaliyyət göstərməsində ona rəhbərlik edən şəxsin iş planı və bu planda əks olunan işlərin yerli şərait nəzərə alınmaqla vaxtlı-vaxtında icra olunması mühüm əhəmiyyət kəsb edir. Ona görə metodik kabinə rəhbərinin fəaliyyət planında hər il görüləcək işlər müasir tələblər baxımından öz əksini tapmalıdır. Bu da bir məlum həqiqətdir ki, rayon metodik kabinetin fəaliyyətinin daha yüksək səviyyədə təşkil edilməsində məktəbdaxili və məktəblərarası metodiki formaların da böyük əhəmiyyəti vardır.Lakin çox təəssüf ki, bu metodiki formalar bəzən unudulur.Onlar əksər məktəblərdə formal xarakter daşıyır.Hansı ki, onlar (metodiki formalar) təhsil verənlərin tədqiqatçılıq, yaradıcılıq qabiliyyətlərinin inkişafına böyük təsir göstərir.Buna görə metodkabinetin yerlərdə fəaliyyət göstərən metodiki formaların fəaliyyətini yüksəltmək üçün yaxşı olar ki, onların (metodiki formaların) özlərinin “Metodika” adlı divar qəzeti fəaliyyət göstərsin.Bu formalarda dinlənilib bəyənilmiş metodiki mətnlər seçmə yolla həmin qəzetdə öz əksini tapsın.Bu da istər-istəməz təhsil verənlərdə müəyyən marağın yaranmasına səbəb olacaq.Göründüyü kimi bu metodik formalar başda rayon metodkabineti olmaqla bu və ya digər dərəcədə bir-biri ilə sıx bağlıdır. Həmin metodik formaların vaxtlı-vaxtında tələb olunan səviyyədə təşkili, keçirilməsi həm məktələrdə metodiki xidmətlərin təkmilləşməsinə, həm də rayon metodiki kabinetin fəaliyyətinin get-gedə yüksəlməsinə səbəb olar. Doğrudur, hazırda mövcud vəziyyət bütün dünyada əsrin bəlasına çevrilmiş koronavirus pandemiyasına görə hər bir yerdə, təşkilatlarda olduğu kimi, təhsil şöbəsində və tədris ocaqlarında toplantı keçirtmək mümkün deyil. Lakin yaxşı olar ki, belə və digər mühüm tədbirlər topantı vasitəsilə deyil, onlayn yolu ilə ayda bir dəfə keçirilsin. Bu dinləmələrə əsas metodbirləşmə rəhbərlərinin, eləcə də məktəblərdə ayrı-ayrı fənlər üzrə yaradılmış metodbirləşmə üzvlərinin və təlim-tərbiyə işləri üzrə direktor müavinlərinin qatılması vacibdir. Həmin dinləmələrin mövzuları təxminən aşağıdakı kimi olsa, zənnimcə daha faydalı olar:

  1. Təhsil alanların çətin mənimsədikləri, qavradıqları mövzuların tədrisi.
  2. Məktəblərdə açıq dərslərin dinlənilməsi.
  3. Məktəblərdə qabaqcıl təcrübənin öyrənilməsi və rayon daxilində yayılması.
  4. Ulu öndərimiz Heydər Əliyevin irsinin öyrənilməsi və yeri gəldikcə ondan dərs prosesində, dərnək məşğələlərində  istifadə edilməsi.
  5. Möhtərəm Prezidentimiz İlham Əliyevin həyat və fəaliyyətinin öyrənilməsi və yeri gəldikcə ondan dərs prosesində, dərnək məşğələlərində istifadə olunması və s.

Məktəblərdə metodistlərin apardıqları məqsədyönlü işlər də metodik kabinetin fəaliyyət dairəsinin genişlənməsində və onun gələcək fəaliyyətinin tərəqqisində yeni-yeni mütərəqqi ideyaların formalaşmasında az əhəmiyyət daşımır. Ona görə onlara nəzarət, tələbkarlıq, diqqət, qayğı daha güclü olmalıdır. Bu olduqca çox faydalı və əsas şərtlərdən biridir. Bir şərtlə ki, gərək burada maksimum reallıq tam təmin edilə. Bunun üçün yaxşı olar ki, rayon metodkabinə rəhbəri hələlik pandemiya dövründə iki aydan bir onlayn yolu ilə metodistlərin, məktəb metodbirləşmə rəhbərlərinin və bu birləşmələrə rəhbərlik edən şəxslərin (təlim-tərbiyə işləri üzrə direktor müavinlərinin) hesabatlarını dinləsin. Onların hesabatlarında görünən zəif və yaxşı cəhətləri aşkar etsin və qarşıya qoyulmuş vəzifələrin həlli istiqamətində öz faydalı tapşırıqlarını versin.

Beləliklə, metodik kabinetin yüksək səviyyədə fəaliyyət göstərməsi üçün yuxarıda qeyd edilənlərlə bərabər, aşağıdakılar da nəzərə alınmalıdır:

  1. Metodistləri, həmçinin təhsil verənləri aidiyyəti üzrə qəzet və jurnallara (jurnallara əlavə edilən metodiki məcmuələr də daxil olmaqla) abunə yazdırmaq, onların internet şəbəkəsindən istidafə edilməsini daim diqqət mərkəzində saxlamaq. 
  2. Metodkabinədə ayrı-ayrı fənlər üzrə müasir tələblərə cavab verən zəngin əyani və təlimin digər texniki vasitələrindən ibarət mərkəzin yaradılması və bu mərkəzə rəhbərlik etməyi qabaqcıl metodistlərdən birinə həvalə edilməsi.
  3. Metodik kabinədə informasiya, monitorinq mərkəzinin fəaliyyət göstərməsi və bu mərkəzə rəhbərlik etməyi qabaqcıl metodistlərdən birinə həvalə  edilməsi və s.

Bütün bunlar metodik kabinetin fəaliyyətində əhəmiyyətli rol oynaya bilər.Belə ki, yuxarıda qeyd etdiklərimiz nəinki məktəblərdə metodiki xidmətlərin təkmilləşdirilməsində, hətta təhsil verən və məktəb rəhbərlərinin fəaliyyətində də həlledici rola malikdir.Bunu bir daha görkəmli təhsilşünas alimlərin-Ə.Ağayevin, A.Həsənovun müştərək yazdıqları “Pedaqogika” kitabında göstərdikləri kimi “…problem məsələlərin müzakirə etmək, müəllimləri elm, metodika, pedaqogika və psixologiyanın yeni nailiyyətləri ilə tanış etmək vacibdir.Qabaqcıl təcrübə məktəblərində müəllimlərin müxtəlif mövzularda dərslərini dinləyir, müzakirə edir, yeni ədəbiyyatla tanış olur, təcrübə mübadiləsi aparırlar.Belə yaradıcı əməkdaşlıq yalnız müəllimlərin deyil, həm də məktəb rəhbərlərinin təkmilləşməsinə şərait yaradır” (“Pedaqogika”,”Nasir” nəş.2007, səh.472) kəlamları da sübut edir.Məhz buna görə istər metodik kabinetin, istərsə də metodik formaların bir-biri ilə müştərək şəkildə yüksək səviyyədə fəaliyyət göstərməsi qarşıya qoyulmuş yeni tələb və meyarların, nəcib vəzifələrin həyata keçirilməsində əsas və başlıca yer tutur.

Ədalət Hüseynov,

Ağcabədi rayon Təhsil Şöbəsinin metodisti, müəllim-metodist, Qabaqcıl Maarif xadimi, Qızıl Qələm mükafatı laureatı.

Xəbər lenti

Azərbaycan-Litva münasibətləri yüksələn xətlə inkişaf edir

     Tarixin hansı mərhələsində olursa-olsun, dünyanın siyasi xəritəsində meydana çıxan yeni müstəqil dövlət ayaq üstə qalmaq üçün bir-birindən çətin sınaqlarla üz-üzə gəlir....

Ümumrayon yığıncağı keçirilib

May ayının 21-də Ağcabədi rayon Mədəniyyət Mərkəzində bölgə  ərazisində ideoloji maarifləndirmə işini həyata keçirən təbliğat qrupu üzvlərinin iştirakı ilə ümumrayon yığıncağı keçirilib.

Bu gün onların peşə bayramıdır

Mayın 23-ü Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramıdır.  Bu münasibətlə 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları ulu...

“Fədakarlar bir amalın uğrunda” kitabının təqdimatı keçirilib

Mayın 21-də Nizami Kino Mərkəzində Mədəniyyət Nazirliyi tabeliyində Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin sektor müdiri,  Azərbaycan Jurnalistlər Birliyinin üzvü Aydın Tağıyevin...

Azərbaycan sülhə, təhlükəsizliyə və sabitliyə sadiqdir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevmayın 18-də Litva Prezidenti Gitanas Nausadının ölkəmizə səfəri ilə əlaqədar mətbat üçün bəyanat verib.  Ölkə Prezidenti bildirib...

“Çempionumuz” layihəsi çərçivəsində növbəti görüş

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan İdman Könüllüləri İctimai Birliyi tərəfindən təsdiq edilmiş birgə əsasnaməyə müvafiq...

Deyimlərimiz, kəlamlarımız

         Bədii yaradıcılıq xalqımızın ruhunda, canındadır. Lap qədimdən bu günə qədər qaynayıb-daşan, axıb-coşan bu yaradıcılıq çeşməsi bitib-tükənmək bilmir. Zəngin məna çalarlarına malik...

Avşar elinin tarixi

         Fəzlullah Rəşidəddin (“Cəmiəttəvarix”), Yazıçıoğlu Əli (“Səlcuqnamə”) və Əbülqazi Bahadır Xan Xivəliyə (“Şəcəreitərakimə”) görə Avşar adının anlamı “işlərini cəld görən və ova...

Kümçülərə 877 qutu barama qurdu paylanılıb

         Respublikamızda barama istehsalına yüksək dövlət diqqət və qayğısından ruhlanan rayon kümçüləri 2022-ci təsərrüfat ilində  də bu mühüm kampaniyaya böyük həvəslə qoşulublar.

Şəhidlərin xatirəsi əbədiləşdirilib

         Rayonun İmamqulubəyli kəndində Birinci Qarabağ müharibəsi şəhidləri Hidayət Kərimov, Cavanşir Zeynalov, Savalan Kərimov, Yadigar Bəşirov və Röyal Baxşəliyevin xatirələrini əbədiləşdirmək məqsədi...

Şərhlər